Klinikaçılar və patoloqoanatomlar arasında məqsədlərin fərqlənməsi bir
çox hallarda münaqişələrə gətirib çıxarır. Ətraflı münaqişə təşkilatlarda
konstruktiv pol oynayır və ən yakxşı qərarın qəbul edilməsi, qarşılıqlı
nəzarət və s. məqsədilə yaradıla bilər. Lakin o, şəxslər arasında münaqişəyə
çevrilə bilər və öz səmərəsini itirə bilər.
3.
Subyektiv xarakter daşıyan bir qrup səbəblər:
A)
təşkilati-idarəedici - rəhbərin öz təşkilati, idarə, səlahiyyətverici
funksiyalarını yerinə yetirməməsi və ya pozması ilə əsaslanan nöqsanları;
B)
Hüquqi - qanunların, hüquqların, maliyyə qaydalarının yalnız rəhbər
tərəfindən deyi, həm də kollektivin üzvləri tərəfindən də pozulması;
C)
Psixoloji - psixoloji uyğunsuzluq, yalnış fikrə
əsaslanan neqativ
qayda.
Münaqişə nəzəriyyəsi ənənəvi olaraq tərəflərin iddialarının uyğunsuzluğunu
münaqişənin universal mənbəyi hesab edir, belə ki, onların həyata keçirilməsi
imkanları məhduddur. Bununla belə, münaqişə, eləcə
də təşkilati münaqişə daimidir,
çünki, hamının tələbatlarının ödənildiyi bir ictimai sistemin yaradılması
qeyri-mümkündür.
KUonfliktoloqlar, ayrıca olaraq M. Doyç münaqişənin gedişatma öz təsirini
göstərən aşağıdakı sosial-psixoloji
şəraitləri qeyd edir:
1.
münaqişədə olan tərəflərin xüsusiyyətlər: onun dəyəri təsəvvürləri və
motivasiyaları, cəhd və məqsədləri,münaqişənin tənzimlənməsi və həll
edilməsi üzrə fiziki, intellektual və sosial imkanları, münaqişə haqqında
təsəvvürləri;
2.
tərəflərin münaqişədən öncəki münasibətləri: formalaşmış qaydalar, əqidə
və ümidlər, tərəflərin bir-birinin fikri barəsində təsəvvürləri;
2. münaqişəyə
səbəb olan mərkəzi problem: onun yaranmasının miqyası,
tezliyi, kəskinliyi, motivasiyanın əhəmiyyəti, problemin dərk edilməsi;
4.
münaqişənin
gedişatının sosial sferası: imkanlar və məhdudiyyətlər,
əlverişli şərait və əngəllər, onların münaqişənin tənzimlənməsinin və
gedişatının müxtəlif strategiya və taktikasına təsiri, münaqişənin