•
güclü tərəfin öz düzgünlüyünü dərk etdiyi zaman təşkilat üçün həyati
əhəmiyyətli şərait zamanı;
•
destruktiv davranış tərzinə malik sosial qruplara qarşı.
Mümkün davranış modelləri:
•
«qalibiyyət - məğlubiyyət» tipli strategiyanın zorla
qəbul etdirilməsi;
•
rəqabətdən istifadə
edilməsi;
•
məcburiyyət vasitəsilə
hakimiyyətdən istifadə;
•
tabe olmaq tələbi.
Qeyd edilən metod müdiriyyətin işçilər üzərində kifayət qədər üstünlüyünün
olduğu zaman daha efektivdir. Metodun ən ehtimal olunan nəticəsi «qalibiyyət -
məğlubiyyət»dir.
Mövzu: TƏŞKİLATİ MÜNAQİŞƏLƏRİN HƏLL EDİLMƏSİ
ZAMANI VASİTƏÇİLİK
L Təşkilatı münaqişələrin tənzimlənməsi zamanı üçüncü tərəfin iştirakı
üçün zəmin.
2.
Münaqişələrin tənzimlənməsindən üçüncü tərəfin iştirakının
səmərəliliyi.
3.
Təşkilatın rəhbəri vasitəçi rolunda.
1.
Münaqişənin başa çatması nəticəsinə təsir göstərən mühüm amil üçüncü
tərəfin onun tənzimlənməsində iştirakı və ya mediasiyadır. Mediasiya - üçüncü
tərəfin iştirakı ilə münaqişə aparan tərəflərin problemin həlli üçün münaqişəyə son
qoya biləcək həll yolunun axtarışa prosesinin optimizasiyasmdan ibarət olan
fəaliyyət növüdür.
Münaqişələrin tənzimlənməsi zamanı üçüncü tərəf rolunda bir qayda olaraq
bir nəfər, çox nadir hallarda 2-3 və ya daha artıq professionaldan ibarət
olan qrup iştirak edir. Mediasiya - münaqişələrin həll edilməsinin ən qədim
vasitələrindən biridir. O, hələ ta qədimdən Çində, qəbilə və ya tayfa başçılarının
özünəməxsus mediator rolunda çıxış etdikləri və bununla da problemli və münaqişəli
situasiyaların münaqişəsiz şəkildə həllinə nail olan Afrika ölkələrində mövcud
olmuşdur.
Mediasiya - ictimai əhəmiyyətli fəaliyyət olaraq 60-cı illərin əvvəllərində
ABŞ-da formalaşmışdır. Hal-hazırda ABŞ-da və digər qərb ölkələrində dövlət və
özəl mediasiya xidmətləri mövcuddur, ixtisaslaşdırılmış jurnallar buraxılır, dərs
vəsaitləri nəşr edilir və s.
Bəs münaqişə zamanı üçüncü tərəf rolunda kim çıxış edə bilər? Formal və ya
rəsmi mediatorluq mediatorun normativ statusunun və ya opponentlərə təsir
göstərmək imkanının olmasından ibarətdir. Qeyri-formal və ya qeyri- rəsmi
mediatorluq mediatorun normativ statusunun olmaması, lakin münaqişə
iştirakçılarının həmin şəxslərin qeyri-formal avtoritetini tanımasından ibarətdir.
Rəsmi mediator rolunda çıxış edə bilər:
•
dövlət hüquq institutları (arbitraj məhkəməsi, prokurorluq vəs.);
•
hökumət və ya digər dövlət komissiyaları (məsələn, tətillərin
tənzimlənməsi üçün yaradılmış komissiyalar və s.);
•
müəssisə, idarə, şirkət rəhbərləri və s.;
•
ictimai təşkilatlar (əmək mübahisələri və münaqişələrin həlli üzrə
komissiyalar, həmkarlar təşkilatları);
•
peşəkar mediator-konfliktoloqlar və b.
Qeyri rəsmi mediatorlar
adətən
•
müxtəlif səviyyəli sosial qrupların qeyri-formal liderləri;
•
təşkilatda
nüfuzlu və məşhur insanlar;
•
münaqişə şahidləri və b.
Münaqişəli münasibətlərin tənzimlənməsində üçüncü tərəfin iştirakının
məqsədəuyğunluğu opponentlərin yardım üçün üçüncü tərəfə
müraciət edib-
etməməsi və ya onun özünün münaqişəyə müdaxilə etməsi ilə əlaqədardır. Tərəflən
özləri mediatora yalnız aşağıdakı hallarda müraciət edir:
•
tənzimlənmə obyektinin uzun sürmüş münaqişədən ibarət olduğu halda.
Bütün dəlillərin, qüvvənin, vasitələrin birdiyi, lakin çıxışın görünmədiyi
halda;
•
tərəflərin ziddiyyət təşkil edən maraqları qoruduğu və ümumi təmas nöqtəsi
tapa
bilmədiyi zaman;
•
münaqişənin həllində əsasə olan norma və ya digər meyarların müxtəlif
şəkildə şərh edilməsi zamanı;
•
tərəflərdən birinə ciddi ziyan törədilməsi və onun opponentə qarşı sanksiya
tətbiq edilməsini tələb etdiyi halda;
•
mehriban münasibətlərin qorunub saxlanmasının tərəflər üçün əhəmiyyətli,
münaqişənin intensiv olduğu, lakin, hər iki tərəfi razı sala biləcək həll
yolunun tapılmasının qeyri-mümkün olduğu halda;
•
opponentlərin müvəqqəti razılığa gəldikləri, lakin, onun yerinə
yetirilməsinə xaricdən obyektiv nəzarətin gərəkli olduğu halda.
Üçüncü tərəfin münaqişəyə operativ müstəqil şəkildə müdaxiləsi aşağıdakı
hallarda zəruridir:
•
münaqişəli hadisələrin təhlükəli eskalasiyası başverdiyi, zor işlədilməsi
üçün birbaşa təhlükənin mövcud olduğu halda;
•
tərəflərdən biri kütləvi şəkildə
zor tətbiq edir;
•
üçüncü tərəfin münaqişədə marağı olmadığı halda;
•
Münaqişənin üçüncü şəxs tərəfindən nəzarətdə olan mühitə mənfi təsir
göstərdiyi halda. Məsələn, rəhbər kollektivə mənfi təsir göstərən
münaqişəni tənzimləmək məcburiyyətindədir;
•
Tərəflər razılığa gəlmədikdə, üçüncü tərəfin isə hər iki tərəfin maraqlarını
təmin etmək imkanına malik olduğu halda.
Mediatorun qəbul edilən qərar üzərində nəzarət səviyyəsindən asılı olaraq
münaqişədə üçüncü tərəfin bir neçə rolunu qeyd etmək olar: 1) münsif hakim; 2)
arbitr; 3)
vasitəçi; 4) köməkçi və müşahidəçi.