Konfliktologiyada münaqişənin tənzimlənməsi zamanı üçüncü tərəfin opponentlərlə
münasibətlərində bir neçə taktika müəyyən edilir:
1.
Müştərək görüşlər zamanı
növbəli surətdə dinləmə taktikası kəskin
münaqişə dövründə - tərəflərin ayrılması qeyri-mümkün olan zaman situasiyanın
aydınlaşdırılması və təkliflərin dinlənməsi üçün tətbiq edilir.
2.
sövdələşmənin spesifikası ondan ibarətdir ki, vasitəçi vaxtın əksəriyyətini
hər iki tərəfin iştirakı ilə danışıqların aparılmasına sərf edir. Bu zaman əsas diqqət
kompromisli qərarların qəbul edilməsinə yönəldilir.
3.
diplomatiya. Bu zaman mediator münaqişə aparan tərəfləri ayırır və daim
müxtəlif razılaşma aspektlərinə nəzarət edir. Nəticədə adətən kompromiss əldə edilir.
4.
opponentlərdən birinə təsir. Üçüncü tərəf vaxtının əksər hissəsini
iştirakçılardan biri ilə işə sərf edir və onun mövqeyində olan səhvləri sübut edir.
Nəticədə həmin iştirakçı güzəştə gedir.
5.
direktiv təsir diqqətin opponentin mövqeyindəki zəif nöqtələrə, bir- birinə
münasibətdə onların fəaliyyətlərinin yanlışlığına yönəldilməsitndən ibarətdir.
Mediasiya prosesinin konkret texnikaların qeyd və təsvir etmək, onların tətbiq
edilməsi üzrə tövsiyyələrin təklif edilməsi mümkündür.tşin əvvəlində mediator
reflektor müdaxilə texnikalarına müraciət edir, belə ki, onlar ona problemə
köklənməyə, münaqişə iştirakçılarını mediasiya prosesinə cəlb etməyə, onların
gözlərində öz nüfuzunu qaldırmağa yardım edir. Mediator müştərilərə özü haqqında,
öz imkanları, ümumiyyətlə mediasiya haqqında məlumat verir, iş tirakçıları
danışıqların aparılmasına istiqamətləndirir.
Mediasiya texnikalarının əksəriyyəti tərəflər arasında münasibətlərin
normallaşdırılmasına və onlar qarşısında dayanmış problemlərin həllinə nail olmağa
yönəldilmişdir. Onlar adətən kontekstual müdaxilə texnikaları adlanır. Müştərilərin
bir-birinə qarşı qeyri-real tələblər irəli sürdükləri zaman vasitəçi onları dəyişməyə
çalışır, bunu isə tərəflərin mövqeyinin qeyri- konstruktivliyinin nədən ibarət olması
ilə izah edir. Tərəflər arasında düşmənçiliyin yaranması zamanı situasiyaya ciddi
şəkildə
nəzarət etmək
Müəlliflərin bəyəndiyi ikinci yanaşma isə rəhbərin bütün mediasiya tiplərin
tətbiq etmək bacarığının olmasından ibarətdir. Rəhbər üçün əsas rollar arbitr və
vasitəçi rollarıdır, münsif hakim, köməkçi və müşahidəçi rolları əlavə rollardır.
Arbitr modeli aşağıdakı hallarda optimaldır:
•
rəhbərin cəld kəskinləşən münaqişə ilə qarşılaşdığı halda;
•
tərəflərdən birinin aşkarcasma
səhv olduğu halda;
•
münaqişənin ekstremal şəraitdə
getdiyi halda;
•
xidməti vəzifələrin onun hərəkətlərini məhz
arbitr olaraq müəyyən etdiyi
halda;
•
ətraflı surətdə araşdırmaq üçün vaxt olmadığı halda;
•
münaqişənin qısamüddətli və əhəmiyyətsiz olduğu halda.
Rəhbər üçün şaquli münaqişələrin tənzimlənməsi zamanı arbitr rolundan
istifadə etmək (xüsusilə də opponentləri bir-birindən ierarxiya piramidasman bir neçə
pilləsi ayırarsa) daha məqsədəuyğundur.
Rəhbər münaqişələrin tənzimlənməsi zamanı vasitəçi rolunda aşağıdakı
hallarda çıxış edə bilər:
•
münaqişə iştirakçılarının vəzifə statuslarının bərabərliyi mövcuddur;
•
tərəflərin uzun müddət davam edən mənfi münasibətləri zamanı;
•
opponentlərin gözəl ünsiyyət və davranış vərdişlərinin olduğu halda;
•
problemin həlli üçün aydın meyarların olmadığı halda.
Seçilmiş vasitənin həyat keçirilməsi opponentlərlə müxtəlif söhbətlərdən,
problemin müştərək şəkildə müzakirə edilməsinə hazırlıqdan, opponentlərlə
müştərək işdən və münaqişənin bitməsinin təsbit edilməsindən ibarətdir.
Opponentlərin razılığı ilə rəhbər problemi kollektivi iclasına və ya mütəxəssislərin
müşavirəsinə çıxara bilər, vasitəçiliyə liderləri və ya opponentlərin yoldaşlarını cəlb
edə bilər
Mövzu: MÜNAQİŞƏLƏRİN HƏLLİ ZAMANI DANIŞIQLAR PROSESİ