•
münaqişəli situasiyanın təhlükəli şəkildə kəskinləşməsinin qeydə
alınmadığı və bu səbəbdən də qərarların ətraflı surətdə işlənməsinə
zərurətin olmadığı zaman;
•
mövcud problemlərin qısa müddət ərzində həllinin münaqişənin digər
ssenarilərinə nisbətən xərci kəskin şəkildə azaltmasına ümid edildiyi
zaman.
Bu metodun tətbiq edilməsinin ən mümkün nəticəsi «qalibiyyət - qalibiyyət»
modelinin formalaşmasından ibarətdir, lakin bunun üçün tətərflərin razılığı gərəklidir.
Metodun üstün cəhətləri onun qısa müddətli olması, debatlar zamanı tərəflərin
razılığa gətirilməsinin qarşılıqlı hörmət formasında istifadəsi, qərarların konsensus
Prinsipi əsasında hazırlanması.
6)
Kompromiss metodu. Kompromiss dedikdə mövcud fikir ayrılıqları və
problemlər çərçivəsində hər iki tərəfin orta mövqe tutduğu razılaşma növüdür.
Demokratik ölkələrdə bu metod münaqişələrin həll edilməsi zamanı klassik metod
hesab edilir. Onun mahiyyəti tərəflərin birbaşa danışıqları zamanı razılığın əldə
edilməsi vasitəsilə münaqişənin idarə olunmasından ibarətdir. Ondan aşağıdakı
hallarda istifadə edilir:
•
münaqişənin məqsədlərinin kifayət qədər mühüm olduğu, lakin onun
davuam etdirilməsinə və ya gücləndirilməsinə daha böyük qüvvə sərf
edilməsinin gərəkli olmadığı zaman;
•
opponentlərin bərabər səylərlə fəaliyyət göstərdiyi və əks məqsədlərə malik
olduğu zaman;
•
kompleks problemlər üzrə müvəqqəti razılıqların əldə
edilməsi üçün;
•
vaxt məhdudiyyəti şəraitində məqsədyönlü qərarlara nail olunması
üçün;
•
əməkdaşlıq və ya düşmənçiliyin müvəffəqiyyətlə nəticələnmədiyi halda
yaranmış şəraitdən çıxmaq üçün;
•
hər iki tərəf hesab edərsə ki, onların məqsədləri «ver - götür» tipli deyimə
əsasən danışıqlar vasitəsilə
həyata keçə bilər;
•
hər iki tərəfin kifayət qədər vaxtı olduğu zaman;
•
ehtiyyatlarm məhdud olduğu zaman;
•
«qalibiyyət - məğlubiyyət» nəticəsinin istənilməyən olduğu zaman.
Metodun texnologiyası:
•
danışıqlar;
•
hər tərəf kompromis istiqamətində
öz töhvəsini verir;
•
münasib qərarların axtarışı.
Kompromiss metodunun tətbiq edilməsi üçün məhdudiyyətlər:
•
ilkin olaraq tutulmuş mövqenin qeyri adekvat şəkildə
qiymətləndirilməsi
səbəbindən qeyri-real olması (məsələn, şişirdilmə);
•
qəbul edilmiş qərarın həddən artıq amorf və qeyri effektiv olması;
•
kompromisin qeyri-efektiv olduğu zaman və münaqişə iştirakçıları
tərəfindən qəbul etdikləri öhdəliklər barəsində mübahisə zamanı.
Kompromiss metodunun üstün cəhətləri:
•
hər iki tərəf üçün mübahisəli məsələlərin müəyyən və
həll edilməsi
mümküniyyəti;
•
diqqətin qarşılıqlı maraqlara
cəlb edilməsi;
•
danışıqlar zamanı obyektiv meyarın istifadəsi;
•
danışıqların hər iki tərəfin ləyaqətinə hörmət bəslənməsi əsasında
aparılması;
•
hər iki tərəf üçün əlverişli qərarların işlənib hazırlanması. Kompromisin
nəticəsi:
aşkar olaraq məğlub olmuş və qalib gəlmiş tərəf mövcud
deyidir.
7)
Əməkdaşlıq metodu - bu zaman bir-biri ilə rəqabət aparan tərəflər münaqişəli
situasiyadan çıxmaq üçün ən münasib vaiant axtarışı zamanı müştələk fəaliyyət
göstərir.
Metod aşağıdakı hallarda tətbiq edilir:
•
tərəflərdən birinin münaqişədə öz obyektiv məqsədlərini müəyyən etməyə
ehtiyacı olduqda;
•
gələcəkdə digər yolun tərəfdarı olan sosial qrupun mövqelərinin aşkar
edilməsi zamanı;
•
konsensus prinsipi əsasında razılaşmanın hazırlanması zamanı;
•
hər iki tərəfin tələblərini təmin edən alternativin axtarışı üçün vaxtın olduğu
zaman;
•
münaqişə aparan tərəflərin məcburilik prinsipinə riayət etməsi və
əməkdaşlıq prosesindən istifadə edə bildiyi zaman.
Bu metodun tətbiqi zamanı münaqişə aparan tərəflər:
•
problemin həll edilməsi istiqamətində
səy göstərir;
•
əsas diqqəti fərqlərə deyi, ümumi ideya
və informasiyaya yönəldir;
•
inteqrasiya olunacaq qərarlar axtarır;
•
hər iki tərəfin qalib olaraq çıxa biləcəyi situasiyaları aşkar edir;
•
münaqişəyə çağırış olaraq yanaşır.
Metodun metodikası aşağıdakılardan ibarətdir:
1.
Problemi qərarlar deyi, məqsədlər kateqoriyasında müəyyən edin.
2.
Problemin yarandığı zaman hər iki tərəf üçün münasib qərarlar tapın.
3.
Diqqətinizi qarşı tərəfin şəxsi keyfiyyətlərinə deyi, problemə yönəldin.
4.
Qarşılıqlı təsir və informasiya mübadiləsini artıraraq etimad abu- havası
yaradın.
5.
Ünsiyyət zamanı bir-birinizə qarşı hörmət münasibəti yaradın, daha
doğrusu, simpatiya göstərin və qəzəb hissini minimuma endirərək qarşı
tərəfin fikrinə diqqətlə qulaq asm.
Metodun tətbiqi zamanı effektivlik aşağıdakı hallarda azalır: tərəflərin
qeyri-dəqiq olduğu zaman, müvəqqəti əlverişsiz şərait zamanı. Metodun mümkün
nəticəsi hər iki tərəf üçün «qalibiyyət - qalibiyyət»dir.
8)
güc metodunun mahiyyəti bir tərəfin öz qərarını digər tərəfə qəbul
etdirmək cəhdindən ibarətdir.
Bu metod aşağıdakı hallarda tətbiq edilir:
•
cəld, cəzarətli addıma ehtiyac duyulduqda (fövqəladə hallar zamanı);
•
qeyri-kütləvi qərarların daxil edilməsi zərurəti zamanı (dissiplinar
məhdudiyyətlər zamanı, əməkhaqqının miqdarının aşağı salınması);