Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə83/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   79   80   81   82   83   84   85   86   ...   100

 
221
 
da‖, ―Za rubejom‖, ―Novaya vremya‖, ―Soyuz‖, ―Şit i meç‖ və s. mərkə-
zi qəzetlərdə də çoxlu sayda ermənipərəst yazılar çap olunmuşdur. Yuxa-
rıdakı siyahıda olan qəzetlərdəki erməni mövqeyini əksetdirən yazılar və 
informasiyaların elektron variantı da hazırlanmışdır. Qəzet yazılarının elek-
tron  variantının  mövcudluğunun  özü  də  informasiya  vasitələrindən  biri-
dir. İlkin müşahidələrin aparılması ilə bu yazıların birtərəfliliyini və ob-
yektivlikdən  uzaqlığını  görmək  mümkündür.  Xüsusilə  SSRİ  rəhbərliyi-
nin  qəbul  etdiyi  qərarlar  arasında  erməni  millətçilərini  və  separatizmini 
dəstəkləməyən  qərarların  mətni  adı  çəkilən  qəzetlərin  internetə  çıxarıl-
mış yazılarının arasında tapmaq mümkün deyildir. 
XX  əsrin  sonlarına  qədər mətbuat  orqanları  öz  kütləviliyini  qoruyub 
saxladılar.  Bu  vasitələr  həm  də  daha  münasib  maliyyə  xərcləri  ilə idarə 
oluna  bilirdi.  XX  əsrin  sonlarından  etibarən  informasiya  vasitəsi  kimi 
elektron vasitələrdən istifadə xeyli aktuallaşdı. Bu vasitələr daha az ma-
liyyə xərcləri ilə informasiyanın beynəlxalq aləmdə daha tez yayılmasına 
imkan verir. Ona görə informasiya vasitəsi kimi elektron vasitələrin Dağ-
lıq Qarabağ münaqişəsinin informasiya modelinin yaradılmasındakı rolu 
xeyli artdı. Bununla belə, mətbuat vasitələrinin istifadəsi heç də dayandı-
rılmadı. Bu vasitələrin kütləviliyinin artırılması üçün onların elektron versi-
yasının hazırlanması da informasiya siyasətinin mühüm elementlərindən 
birini təşkil edir. 
Hazırkı kitabın sonunda erməni informasiya məkanını formalaşdıran 
bir sıra informasiya vasitələrinin adları verilmişdir. Bu siyahı heç də tam 
deyildir.  Bununla  belə,  həmin  siyahıda  Dağlıq  Qarabağ  münaqişəsinin 
informasiya  modelinin  formalaşdırılması  üçün  saysız-hesabsız  informa-
siya vasitələrinin təsis edildiyini görmək mümkündür. Həmin siyahı dün-
ya  erməniliyinin  adam  sayına  görə informasiya  vasitələri  ilə  yüksək  sə-
viyyədə təmin olunduğunu nümayiş etdirir. 
Erməni  informasiya  vasitələrinin  sayının  artmasını  bir  tərəfdən  təbii 
saymaq  olar.  Çünki indi  Azərbaycanın  obyektiv  informasiya  siyasətinin 
qarşısını alımaq üçün dünya erməniliyinin daha çox informasiya vasitələ-
rinə ehtiyacı vardır. 
İctimai-siyasi məzmunda olan elə bir erməni mətbuat orqanı tapmaq 
mümkün deyil ki, həmin orqan Dağlıq Qarabağ mövzusuna toxunmamış 
olsun. Bu orqanlar elə indi də destruktiv fəaliyyətlərini aparmaqdadırlar. 
Doğrudur, bəzi orqanlarda bu mövzu ifrat çoxluq təşkil etmir. Amma elə 
orqanlar da var ki, onlar sanki Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti-
nin  təhrif  edilməsi  üzrə  ixtisaslaşıblar.  Söylənilənlərin  əsaslandırılması 


 
222
 
üçün  ―Azq‖,  ―Qolos  Armenii‖  və  ―Respublika  Armeniya‖  qəzetlərinin 
müşahidəsi aparılmışdır. Qeyd etmək lazımdır ki, müşahidəyə bu qəzet-
lərin  rus  dilində  olan  elektron  variantları  cəlb  olunmuşdur.  Bu  qəzetlər 
arasında ―Azq‖ qəzeti daha kiçik həcmlidir və onun hər nömrəsi orta he-
sabla 4-5 yazıdan ibarətdir. 
Müşahidə üçün bu kitab üzərində iş aparıldığı dövr, 2011-ci ilin ilk üç 
ayı götürülmüşdür. 2011-ci ilin üç ayı Dağlıq Qarabağ münaqişəsi ətra-
fında xüsusi gərginliyin olmadığı bir dövrdür. Bununla belə, bu qəzetlər-
də Dağlıq Qarabağ münaqişəsi ətrafında kifayət qədər informasiya və ya-
zıların getdiyini görmək mümkündür. 
 
Qəzetin adı 
Neçə 
nömrə 
üzərində 
müşahidə 
aparılıb 
Dağlıq 
Qarabağ 
münaqi-
şəsi haq-
qında ya-
zılar 
Azərbay-
can haq-
qında ya-
zılar 
Qondarma 
soyqırımı 
haqqında 
yazılar 
Minsk Qrupu 
və digər bey-
nəlxalq qu-
rumlar haq-
qında yazılar 
―Azq‖ 
―Qolos Armenii‖ 
―Res. Armeniya‖ 
56 
32 
20 
38 
135 
27 
22 
55 
14 
22 
18 

13 
43 

 
Yuxarıdakı cədvəldə Azərbaycan haqqında olan o yazılar nəzərə alın-
mışdır ki, onlar bu və ya digər şəkildə Qarabağ münaqişəsi ilə bağlıdır. 
Minsk  Qrupu  və  digər  beynəlxalq  qurumlar  haqqında  olan  yazılar  da 
Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  olan  yazılardır.  Nəzərə  almaq  la-
zımdır ki, erməni dilində çap olunan mətbuat orqanları daha kütləvi mət-
buat orqanlarıdır və təsəvvür etmək çətin deyil ki, həmin mətbuat orqan-
larında  Dağlıq  Qarabağ  münaqişəsi  haqqında  çap  olunan  yazılar  xeyli 
çoxdur.  
Qeyd  etmək  lazımdır  ki,  əsas  informasiya  vasitəsi  kimi  mətbuat  or-
qanları  müxtəlif  ölkələrin  erməni  diasporu  tərəfindən  çap  edilir.  Dağlıq 
Qarabağ münaqişəsi erməniliyin diqqət mərkəzində dayanan başlıca mə-
sələ  kimi,  sözsüz  ki,  bu  mətbuat  orqanlarının  da  əsas  mövzusunu  təşkil 
edir.  Həmin  mətbuat  orqanlarının  istiqamətləndirilməsində  Ermənistan 
dövləti də fəal şəkildə iştirak edir. 2010-cu ilin oktyabrında Xankəndində 
təşkil olunan dünya erməni jurnalistlərinin forumunda erməniliyin təbli-
ğindəki fəal roluna görə bir sıra mətbuat və media orqanları xüsusi mü-
kafata layiq görüldülər. Ermənistan dövləti tərəfindən təşkil olunmuş hə-
min toplantıda Beyrutda çap olunan ―Azdak‖ qəzeti ―ən yaxşı kütləvi in-
formasiya vasitəsi‖ adına layiq görüldü. Aylıq mətbuat orqanları arasın-


 
223
 
da  isə  bu  ada  Amerikada  çap  olunan  ―Amaynapatner‖  dərgisi  layiq  gö-
rüldü.  Adıçəkilən  toplantıda  Livanda  yerləşən  ―Vanın  səsi‖  radiosu  er-
məniliyin ən yaxşı radiosu adına, Amerikada fəaliyyət göstərən ―ARTN-
Shant‖ televiziyası isə erməniliyin  ən yaxşı televiziyası adına layiq gö-
rüldü (11). 
Bir daha qeyd edilməlidir ki, bu təqdimat mərasimi dünya erməni jur-
nalistlərinin Xankəndində təşkil olunmuş toplantısında həyata keçirilirdi. 
Elə bu faktın özü də həmin media orqanlarının Dağlıq Qarabağ münaqi-
şəsinin  erməni  yozumlu  informasiya  modelinin  formalaşdırılmasındakı 
fəal roluna dəlalət edir. 
Yeri gəlmişkən bildirmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi ilə 
bağlı təşkil olunan müxtəlif toplantılar, dəyirmi stollar, müzakirələr və s. 
tədbirlər də erməni informasiya vasitələri rolunda çıxış edirlər. Bu müx-
təlif formalar da erməni informasiyalarının yayılmasına xidmət edir. 
Müxtəlif ölkələrdə erməni millətçilərinin Dağlıq Qarabağla bağlı təş-
kil etdikləri telemarafonlar, sərgilər kimi təbliğat formaları da erməni in-
formasiya-təbliğat fəaliyyətinin digər vasitələridir. Bu istiqamətdə ermə-
ni millətçiləri kifayət qədər təşəbbüskarlıq göstərməyi bacarırlar. Televi-
ziya və kino ekranlarına çıxarılan saxta materiallar kilsələrdə səsləndiri-
lən moizələr, Dağlıq Qarabağa həsr edildiyi bildirilən musiqilər, erməni 
adına çıxarılan digər xalqların mədəni dəyərləri və s. də erməniliyin in-
formasiya-təbliğat vasitələri rolunu oynaya bilir. 
Hazırda erməniliyin informasiya vasitələri arasında elektron informa-
siya vasitələri də xüsusi yer tutur. Əhatə dairəsinin və istifadə imkanları-
nın kütləviliyi etibarilə internet indi erməni informasiya məkanını forma-
laşdıran  çox  ciddi  bir  vasitədir.  Ona  görə  bu  informasiya  ehtiyatları  da 
ermənilik tərəfindən səfərbərliyə alınmışdır. Erməniliyin nəzarətində olan 
kütləvi  informasiya  vasitələrinin  və  elektron  medianın  fəaliyyətinin  er-
məniliyin mənafeyi baxımından daha səmərəli istifadə edilməsi yuxarıda 
xatırlanan toplantıda, yəni 2010-cu ilin oktyabrında Xankəndində təşkil 
olunan  dünya  erməniliyi  jurnalistlərinin  toplantısında  da  əsas  müzakirə 
mövzularından biri idi. Bu toplantıda qeyd olundu ki, erməni informasi-
ya  vasitələri  Dağlıq  Qarabağ  münaqişəsinin    informasiya  siyasəti  sahə-
sində Azərbaycan-Türkiyə informasiya siyasətinə müqavimət göstərməli, 
guya Dağlıq Qarabağ münaqişəsinin ―ədalətli‖ həllində fəal rol oynama-
lıdır (12). 
Ermənistanın diaspor naziri toplantıda çıxış edərkən erməni informa-
siya vasitələrinin qarşısında beş əsas vəzifə dayandığını bildirdi və ilkin 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə