Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə84/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   80   81   82   83   84   85   86   87   ...   100

 
224
 
vəzifə  kimi  Dağlıq  Qarabağ  münaqişəsinin  ―ədalətli‖  həllinə  nail  olun-
masını göstərdi (13). 
Ermənistan prezidenti isə bildirirdi ki, Dağlıq Qarabağ münaqişəsinin 
―ədalətli‖ həlli üçün xarici auditoriyanın düzgün və obyektiv informasi-
yaya ehtiyacı vardır (14). Ermənistan prezidenti obyektivlikdən danışan-
da, heç şübhəsiz ki, erməni işğalçılığının, erməni istisnalığının və millət-
çiliyinin  pərdələnməsini  nəzərdə  tuturdu  və  dünya  erməni  informasiya 
vasitələri də bunun həyata keçirilməsinə çağırılırdı. Qeyd etmək lazımdır 
ki, Ermənistan prezidentinin dünya erməni jurnalistləri qarşısındakı qey-
ri-ciddi çıxışındakı əsassız iddialara və iftiralara akademik R.Mehdiyevin 
―Gorus.  Absurd  teatr  mövsümü‖  kitabında  əsaslandırılmış  cavab  veril-
mişdir (15). Azərbaycan informasiya məkanını yaxından izləyən erməni 
informasiya ideoloqları akademik R.Mehdiyevin  yazısında toxunulan və 
erməni qondarma tarixçiliyinin mahiyyətini çox aydın şəkildə işıqlandı-
ran  bu  əsərindəki  faktların heç  birini  təkzib  edəcək  bir  arqument  ortaya 
qoya bilmədilər. Baxmayaraq ki, erməni ideoloqları bu əsərə öz münasi-
bətlərini bildirən hay-küy saldılar. Lakin tarixi baxımdan əsaslandıra bi-
ləcəkləri bir faktı belə müzakirəyə çıxarmadılar. 
İnformasiya məkanını doldurmuş müxtəlif erməni elektron informasi-
ya vasitələri də beləcə saxta tarixlə, təhrif edilmiş informasiyalarla dolu-
dur. Yalnız Dağlıq Qarabağla bağlı olan elektron saytların sayı adamda 
təəccüb doğurur. Həmin saytların siyahısı bu kitabın əlavəsində verilmiş-
dir. Bu siyahı da təbii ki, tam deyildir və elektron informasiya məkanın-
da üstünlüyü qoruyub saxlamaq üçün ermənilər yeni-yeni saytlar açmaq-
da davam edirlər. 
Erməni  elektron  informasiya  vasitələrində  ―erməni  obyektivliyinin‖ 
necə təmin edildiyini isə elə ötəri müşahidə ilə də müəyyənləşdirmək olar. 
Bunun üçün də aşağıdakı elektron informasiya vasitələrinin ilkin müşahi-
dəsi aparılmış və bu müşahidənin nəticəsi aşağıda verilmişdir. Müşahidə 
2011-ci il mart ayının 2-ci yarısını əhatə edir. Bu dövr Azərbaycan mə-
kanında çox sakit və informasiya vasitələrinin və bütünlükdə Azərbaycan 
ictimaiyyətinin uzunmüddətli istirahət dövrünə təsadüf edir. Bu istirahət 
Novruz  bayramı  ilə  bağlıdır.  Yəni  ilk  baxışdan  güman  etmək  olardı  ki, 
Azərbaycanın  siyasi  həyatındakı  sakitlik,  informasiya  vasitələrinin  dinc 
dövrü  Ermənistan  elektron  mediasında  da  antiazərbaycan  təbliğatının 
səngiməsinə yol aça bilər. Bunun nə dərəcədə doğru olduğunu aşağıdakı 
cədvəldən müəyyənləşdirmək mümkündür: 
 


 
225
 
Elektron sayt 
Əhatə 
olunan 
dövr 
Dağlıq 
Qarabağ 
münaqişəsi 
haqqında 
yazılar 
Azərbaycan 
haqqında 
yazılar 
Qondarma 
soyqırım 
haqqında 
yazılar 
Minsk Qrupu 
və digər 
beynəlxalq 
qurumlar 
haqqında 
yazılar 
news.am 
armtoday.info 
2 həftə 
2 həftə 
62 
60 
23 
21 


19 
29 
 
Müşahidə  obyekti  olmuş  saytlarda  Azərbaycan  haqqında  da,  Minsk 
Qrupu ilə bağlı olan yazılar da erməni millətçiliyi mövqeyindən yazılmış 
yazılardır.  Əslində,  həmin  yazıları  öz  antiazərbaycan  məzmununa  görə 
bir yerə cəmləmək də mümkündür. İki həftə ərzində, ilin ən sakit vaxtın-
da  Dağlıq  Qarabağ  münaqişəsi  haqqında  bu  qədər  dezinformasiyaların, 
saxtalaşdırılmış informasiyaların istehsalı erməni informasiya maşınının 
kifayət qədər fəal işlədiyini göstərir. Oxşar mənzərəni sözsüz ki, digər ic-
timai-siyasi erməni  saytlarında da müşahidə etmək mümkündür. 
Lakin hər gün yeniləşən elə erməni informasiya saytları da vardır ki, 
onlar bütünlüklə Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin saxtalaşdı-
rılmasına, Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına qarşı iftiralar, 
dezinformasiyaların yayılmasına həsr edilmişdir. ―voskanapat.info‖, ―ka-
rabah88.ru‖,  ―defacto.am‖  saytlarının  materialları  demək  olar  ki,  Azər-
baycana  qarşı  iftiralara,  Dağlıq  Qarabağ  münaqişəsinin  mahiyyətinin 
saxtalaşdırılmasına  həsr  olunmuşdur.  ―analitika.at.ua‖,  ―yerkramas.org‖ 
kimi  saytların  materiallarının  isə  ən  azı  30–50  faizi  bu  mövzudadır. 
2010-cu ilin oktyabrında Xankəndində keçirilən dünya erməniliyi jurna-
listlərinin forumunda ―analitika.at.ua‖ saytı dünya erməniliyinin ən yaxşı 
saytı  adını  qazandı.  Bu  barədə  oktyabr  ayının  16-da  elan  olundu.  Bu 
saytın informasiya fəaliyyətinin məzmununun aydınlaşdırılması üçün elə 
2010-cu il oktyabr ayının 16-da verilmiş informasiyaların ümumi müşa-
hidəsi aparılmışdır. Saytın həmin günkü arxivində 59 informasiya möv-
cuddur. Onlardan 8-i Azərbaycanla, 9-u Dağlıq Qarabağ münaqişəsi ilə, 
2-si  isə  qondarma  soyqırımı  ilə  bağlıdır.  Bu  isə  saytın  ümumi  ma-
teriallarının təxminən 33 faizini təşkil edir. Başqa sözlə, saytın bir  gün-
lük  informasiyalarının  düz  üçdə  biri  Azərbaycan  xalqına,  Azərbaycan 
dövlətçiliyinə qarşı istiqamətlənmişdi. 
Adları çəkilən saytlar obyektivliyə iddialı olsalar da, ifrat millətçilik-
dən və informasiya təcavüzkarlığından uzaqlaşa bilməmişlər. Fikir plüra-


 
226
 
lizmi görüntüsü yaratmaq üçün bəzi saytlarda hətta informasiyalara şərh 
yazılması  üçün  pəncərə  də  qoyulmuşdur.  Lakin  bu  pəncərələrdə  də  yal-
nız  erməni  millətçiliyini  əks  etdirən  şərhlərə  yer  verilir. Məsələn, ―yer-
kramas.org‖ saytındakı informasiya pəncərələrinə erməni millətçiliyi, iş-
ğalçılığı  haqqında  şərh  yerləşdirilərsə,  dərhal  həmin  şərh  yox  edilir. 
―voskanapat.info‖ saytında bir vaxtlar, daha doğrusu 2009-cu ilin əvvəl-
lərində şərh pəncərələrində erməni siyasətçiliyinə zidd olan şərhlərin yer-
ləşdirilməsi qadağan edilməmişdi. Lakin bu şərhlər erməni millətçiliyinin 
və  işğalçılığının  mahiyyətini  ifşa  etdiyi  üçün  bir  müddətdən  sonra  saytın 
fəaliyyəti dayandırıldı. Bu saytın informasiya ideoloqları isə başqa sayt-
larda çıxış edərək ―voskanapat.info‖-nun şərh pəncərəsində yerləşdirilən 
şərhlərin müəlliflərinin uydurma şəxslər olduğunu iddia etdilər və Azər-
baycan tərəfini uydurulmuş şəxslər adından şərhlər verməkdə ittihamlan-
dırdılar (16). Halbuki heç də belə deyildi.  Bir müddət sonra ―voskana-
pat.info‖ saytı yenidən fəaliyyətə başladı. Lakin indi bu saytın şərh pən-
cərəsində Azərbaycan istifadəçiləri  tərəfindən, habelə erməni millətçiliyi 
əleyhinə olan oxucular tərəfindən yerləşdirilən şərhlər ciddi nəzarət altın-
dadır. Digər erməni elektron saytlarında da belə bir vəziyyət mövcuddur. 
 
2. Erməni diasporu 
 
Dağlıq  Qarabağ  münaqişəsinin informasiya  modelinin  formalaşdırıl-
masında erməni diasporunun fəaliyyəti xüsusilə böyükdür. Diaspor həm 
erməni informasiya-təbliğat fəaliyyətinin subyektidir, həm də vasitəsidir. 
Bu iki cəhət erməni diasporunun timsalında üzvi şəkildə birləşmişdir və 
onların,  əslində,  ayrı-ayrılıqda araşdırılması erməni  diasporunun  mahiy-
yətinin tam mənzərəsinin yaradılmasına mane ola bilər. Erməni diasporu 
Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələrin subyekti olmaq etiba-
rilə, eyni zamanda bu münaqişənin informasiya-təbliğat fəaliyyətinin də 
subyekti və iştirakçısıdır və Dağlıq Qarabağ münaqişəsi ətrafında aparı-
lan  informasiya  siyasətinin  formalaşmasında  xüsusi  rola  malikdir.  Yəni 
geniş imkanlara malik olan erməni diasporu Dağlıq Qarabağ münaqişəsi-
nin  mahiyyətini  təhrif  edir,  erməniliyin  Azərbaycana  qarşı  işğalçılıq  si-
yasətini,  erməni  millətçiliyini,  Azərbaycan  ərazilərində  etnik  təmizləmə 
aparılmasını və digər erməni cinayətlərini beynəlxalq auditoriyadan giz-
lətməyə  çalışaraq  dünya  ictimaiyyətində,  böyük  dövlətlərin  siyasi  elita-
sında antiazərbaycan təsəvvürləri formalaşdıran siyasət izləyir. Bu fəaliy-
yətin  daha  ifrat  şəkildə icrası  üçün indi  dünya  erməni diasporunun  bütün 
potensialı səfərbərliyə alınmışdır.  


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə