Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə85/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   81   82   83   84   85   86   87   88   ...   100

 
227
 
Erməni  diasporu  hazırda  dünyanın  ən  yaxşı  təşkil  olunmuş,  maliyyə 
baxımından da yaxşı təmin olunmuş, yerləşdikləri ölkələrin ictimai-siya-
si  həyatına  fəal  müdaxilə  edən  toplumlarından  biridir.  Millətçi  hisslər, 
xəyali ideyalar ətrafında birləşməsi, kilsə tərəfindən idarə olunması, ara-
sında yaşadıqları xalqların məişətinə, yerli şəraitə tez uyğunlaşa bilməsi 
erməni diasporunun xarakterik xüsusiyyətlərindən biridir. 
Doğrudur, erməni diasporlarının formalaşması daha çox XX əsrin əv-
vəllərinə aid edilir. Amma əslində, ermənilərin müxtəlif ölkələrin ərazisi-
nə  yayılmasının  çox  qədim  tarixi  vardır.  XX  əsrin  əvvəllərində,  Birinci 
Dünya müharibəsi illərində isə ermənilərin Qərbdə məskunlaşması xeyli 
genişləndi. Dünya erməniliyinin qurumlanması da elə XX əsrin əvvəllə-
rindən daha sürətlə davam etmişdir. Bu qurumlanma, əsasən,  klassik er-
məni partiyaları ətrafında aparılırdı. Yəni dünya erməniliyi Hnçak, Daş-
naksutyun, Ramqavar kimi  partiyalara qoşulurdu (17). Erməniliyi birləş-
dirən  ən  nüfuzlu  təşkilat  isə  heç  şübhəsiz  ki,  erməni  kilsəsi  idi.  Siyasi 
əqidəsindən, ictimai mövqeyindən asılı olmayaraq, ermənilər kilsə ətra-
fında sıx  birləşirdilər. Ermənilərin dini, ictimai və məişət həyatını istiqa-
mətləndirən bir təşkilat kimi erməni kilsəsi dünya erməniliyinin millətçi 
və siyasi baxışlarının formalaşmasına da müəyyən təsir göstərirdi. 
Mövcud olan məlumatlara görə, hazırda dünyanın 60 ölkəsində təşki-
latlanmış erməni diasporu fəaliyyət göstərir (18). Bu ölkələr arasında Ya-
xın və Orta Şərqdə yerləşən erməni diasporları daha qədim erməni top-
lumları hesab edilirlər. Bu ölkələr arasında Livan, Suriya, İran və Misir-
də yerləşən erməni diasporları daha yaxşı təşkilatlanıblar. Bu ölkələrdəki 
erməni  diasporlarının  Dağlıq  Qarabağ  münaqişəsinin  qızışdırılmasında 
və mürəkkəbləşməsindəki iştirakı da az deyil. Məlumdur ki, Dağlıq Qa-
rabağ münaqişəsinin qızışdırılması və hərbi müstəviyə keçməsi üçün Li-
van və Suriyadakı erməni diasporları Dağlıq Qarabağa həm silah, həm də 
canlı qüvvə göndərirdilər (19). 
Mütəxəssislərin  fikrincə,  XX  əsrin  birinci  yarısında  Yaxın  və  Orta 
Şərq ölkələrində erməni diasporları daha fəal və təşkilatlanmış diasporlar 
idi. Bu ölkələrin diasporları hətta dünya erməni diasporlarının mədəni və 
siyasi  mərkəzi,  diasporların  erməni  elitasının  yetişdirilməsi  ocağı  kimi 
qiymətləndirilirdi (20).  İran,  Suriya  və  Livanın Türkiyə  ilə formalaşmış 
özünəməxsus  münasibətləri  də  bu  ölkələrdəki  erməni  diasporlarının  sü-
rətlə təşkilatlanmasına münasib şərait yaradırdı. Həmin ölkələrdə erməni 
məktəbləri açılmış, erməni informasiya vasitələri təsis edilmiş, erməni ki-
tablarının nəşri tənzimlənmişdir. Bu müsəlman ölkələrində erməni kilsə-


 
228
 
sinin  azad  fəaliyyəti,  erməni  ictimai  təşkilatlarının  qurumlanması  üçün 
geniş  imkanlar  yaradılmışdır.  Erməni  diasporuna  bir  sıra  digər  məlum 
imkanlar  da  təmin  edilmişdir  (21).  Bütün  bunlardan  isə  erməni  millətçi 
təbliğatının aparılmasında məharətlə istifadə olunur. 
XX əsrin ortalarından etibarən Misir, Suriya, Livan və sonralar İranda 
daxili siyasi hadisələrin inkişafı erməni diasporluğunun ağırlıq mərkəzi-
nin Qərbə keçməsinə səbəb oldu. Bununla belə, adları çəkilən ölkələrdə 
erməni diasporlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təbliğat apar-
malarına,  bu  münaqişə  ilə  bağlı  həmin  ölkələrin  siyasi  elitalarına  təsir 
göstərmək cəhdlərinə son qoyulmamışdır. Livanda və İranda erməni dias-
porlarının ixtiyarında bir sıra mətbuat orqanları və elektron ehtiyatlar var-
dır  ki,  onlar  Dağlıq  Qarabağ  münaqişəsinin  ermənipərəst  informasiya 
modelinin  formalaşdırılmasında  öz  imkanlarından  bütünlüklə  istifadə 
edirlər. Yuxarıda deyildiyi kimi, Livanda çap olunan erməni qəzeti  Xan-
kəndində dünya erməniliyinin ən yaxşı mətbuat orqanı elan olunmuşdur.  
İrandakı  erməni  disaporunun  uzun  müddətdən  bəri  çap  etdirdiyi 
"Alik"  də  (alikonline.com)  səhifələrində  Dağlıq  Qarabağ  münaqişəsini 
həmişə diqqət mərkəzində saxlayır və bu qəzet uzun illər ərzində İranda-
kı erməni diasporunun aparıcı qəzeti olmaqla erməni oxucuları arasında 
böyük  təsir imkanlarına  malikdir.  Bu  qəzet  1931-ci  ildən  çap  olunur  və 
onun tirajı 3000 nüsxəyə çatır.  Mütəxəssislər də qeyd edirlər ki, İrandakı 
erməni diasporuna mənsub olan "Alik" qəzeti "milli-vətənpərvər" ideolo-
ji  çərçivəni  qoruyub  saxlayır.  İrandakı  erməni  diasporu  üçün  "milli-və-
tənpərvər" çərçivə daşnak ideyaları deməkdir. Başqa sözlə, qəzetin ideo-
loji istiqamətini Daşnaksutyun partiyasının kursu təşkil edir. Bütünlükdə 
qeyd  edilir  ki,  İrandakı  erməni  diasporunun  gəncliyi,  əsasən,  ənənəvi 
daşnak ideyaları üzərində tərbiyə edilir (22). 
İran hökuməti də ölkədəki erməni diasporunun mətbu orqanlarının ça-
pına müəyyən yardımlar göstərir. O cümlədən diaspor qəzetinin çapı üçün 
hökumət tərəfindən kağız yardımı göstərilir (23). 
İrandakı erməni diasporuna mənsub olan ―hoosk.net‖ və ―farsi.irana-
hayer.com‖  saytlarında  Dağlıq  Qarabağ  münaqişəsi,  qondarma  erməni 
soyqırımı,  Ermənistan  dövlətinin  millətçi  və  işğalçı  siyasətini  dəstəklə-
yən materiallar verməklə bərabər, bu saytların hər ikisində xüsusi Dağlıq 
Qarabağ  bölməsi  vardır.  Fars  və  erməni  dilində  olan  bu  saytlar  ölkənin 
erməni  diasporunu  daşnak-millətçi  ideyalar  ətrafında  səfərbər  etməklə 
bərabər, İran əhalisinə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrif olun-
muş məlumatlar çatdırırlar. Bundan başqa, 2011-ci ilin əvvəlindən İranın 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə