Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə86/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   82   83   84   85   86   87   88   89   ...   100

 
229
 
erməni diasporu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi ―garabah.org‖ 
saytı açdığı barədə məlumat yaydı. Əslində, bu saytda yeni bir yanaşma 
yox  idi.  Erməni  diasporuna  məxsus  digər  saytlarda  öz  əksini  tapmış  və 
ifrat erməni-millətçi mövqeyi əksetdirən materiallar bu saytda da toplan-
mışdı.  Qeyd  etmək  lazımdır  ki,  erməni  mətbuatı  bu  saytın  açılmasını 
uzun-uzadı reklam etdi. Lakin bu kitabın hazırlanması dövründə  həmin 
saytı açmaq mümkün olmadı. Bunun nə ilə bağlı olduğunu söyləmək çə-
tindir. 
XX əsrin ortalarından və xüsusilə ikinci yarısından etibarən isə qeyd 
edildiyi  kimi,  Amerikada  və  Avropada  erməni  diasporunun  təşkilatlan-
ması və ictimai-siyasi fəallığı xeyli genişləndi. 1991-ci ildə dünya ermə-
niliyi arasında təşkilatlanması ilə seçilən Amerika Erməni Milli Komitə-
sinin əsası qoyuldu. Daşnaksutyun partiyası tərəfindən Nyu-Yorkda əsası 
qoyulan bu komitə həm də "Ay-Dat" komitəsi adı ilə məşhurdur. İdeya-
siyasi mahiyyətini Daşnaksutyun proqramı təşkil edən bu komitənin əsas 
hədəfi xəyali Böyük Ermənistandır. EMK mövcud olduğu illərdə Ameri-
kanın siyasi və biznes dairələri arasında dərin kök salaraq lobbiçilik edir 
və  Ermənistan  dövlətinə  və  erməniliyə  Amerika  siyasi  aləmində  dəstək 
formalaşdırır.  Dağlıq  Qarabağa  olan  erməni  iddiaları  EMK  tərəfindən 
həmişə ciddi şəkildə dəstəklənmişdir və bu münaqişənin fəal dövrü baş-
lananda EMK bütün imkanlarını səfərbərliyə aldı. Dağlıq Qarabağa olan 
erməni  iddialarının  və  Dağlıq  Qarabağda  ifrat  millətçi-separatizmin  hə-
yata  keçirilməsi  üçün  EMK  Amerikada  Ermənistana,  Dağlıq  Qarabağa 
ən müxtəlif yardımların göstərilməsinə nail oldu. EMK-nın birbaşa təz-
yiqləri ilə, hətta Amerika büdcəsində Dağlıq Qarabağ separatçılarına ay-
rıca maliyyə vəsaiti müəyyənləşdirildi.  
Erməni millətçiliyi və işğalçılığı əleyhinə yönəldilmiş Azərbaycan və 
Türkiyə  informasiya  siyasətinin  neytrallaşdırılması  üçün  EMK  xüsusi 
siyasət həyata keçirir. Bu məqsədlə EMK tədqiqat mərkəzi yaradılmışdır. 
Həmin  tədqiqat  mərkəzi  Dağlıq  Qarabağ  münaqişəsinin  mahiyyətinin 
təhrif  edilməsi,  erməni  separatçılığının  dəstəklənməsi  istiqamətində  ki-
tablar çap etdirir. Bu komitənin ixtiyarında "Trans Caucasus", A Chrono-
logy  ANC  Newsletter  kimi  dövri  orqanlar  vardır.  Amerikada  EMK-nin 
iki şöbəsi vardır – Şərq və Qərb şöbələri. Bundan başqa, EMK-nin Va-
şinqtonda,  Bostonda,  Los-Ancelesdə,  San-Fransiskoda  və  Amerikanın 
digər şəhərlərində ofisləri vardır. Bu komitənin bir sıra Avropa, Asiya və 
Afrika ölkələrində yerli komitələri vardır. 2001-ci ildə isə Avropa İttifa-
qının nəzdində EMK komitəsi yaradılmışdır (24). Bütün bu qurumların 


 
230
 
qarşısında dayanan əsas məsələlərdən biri sözsüz ki, Dağlıq Qarabağ mü-
naqişəsi haqqında təhrif olunmuş təsəvvürlərin yayılması və bununla da 
Dağlıq Qarabağdakı erməni separatizminə dünya birliyinin dəstəyinin tə-
min edilməsidir. 
Hazırda Amerikanın erməni diasporu fəallığı ilə xeyli seçilməkdədir. 
XX əsrin 2-ci yarısında burada çoxlu sayda erməni qurumlarının açılma-
sına  başlandı.  1972-ci  ildə  Amerika  Erməni  Assambleyasının  əsası  qo-
yuldu.  1965-ci  ildə  Nyu-Yorkdakı  Kolumbiya  Universitetində,  1969-cu 
ildə  Los-Ancelesdəki Kaliforniya  Universitetində ermənişünaslıq  kafed-
raları açıldı. 1982-ci ildə Kembricdə Zoryan institutu yaradıldı. Bu insti-
tutun Los-Ancelesdə, Parisdə şöbələri vardır. 1985-ci ildə Miçiqan Uni-
versitetində Ermənistanşünaslıq tədqiqatları və nəşrləri mərkəzi açılmış-
dır. Vaşinqtonda Erməni Milli İnstitutu fəaliyyət göstərir. Bütün bunlar-
dan  başqa,  hazırda  Amerikada  çoxlu  sayda  ermənişünaslıq    institutları, 
ermənişünaslıq assosiasiyaları, ermənişünaslıq kafedraları fəaliyyət gös-
tərir (25). 
Dağlıq Qarabağ münaqişəsi başlayanda Amerikadakı erməni diaspo-
runu  özündə  birləşdirən  bütün  bu  qurumlar  Azərbaycana  qarşı  səfərbər 
olundular.  Müasir  erməni  millətçiliyinin  klassik  nümayəndəsi  olan  Zori 
Balayan da yazırdı ki, Qarabağ münaqişəsi başlayanda Xankəndi və İrə-
vanın  ardınca  bütün  diaspor,  o  cümlədən  də  Los-Ancelesdə  yaşayan  er-
mənilər ayağa qalxdılar. Onun fikrincə, dünya erməniliyi bilirdi ki, Qara-
bağda  erməniliyin  taleyi  həll  olunur.  Dünya  erməniliyi  buna  hazır  idi, 
çünki dünya erməniliyi çoxdan buna hazırlaşırdı (26). 
Erməni  diasporunun  Amerikanın  siyasi  həyatına  göstərdiyi  təsir  və 
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səfərbər olunmaları qısa müddətdən 
sonra  özünü  göstərməyə  başladı.  Erməni  diasporunun  təzyiqi  altında 
Amerika senatı 1989-cu il noyabr ayının 19-da Dağlıq Qarabağ münaqi-
şəsi ilə bağlı xüsusi qətnamə qəbul etdi. Qətnamədə Dağlıq Qarabağ əha-
lisinin 80 faizinin erməni olması, Sumqayıtda baş verən hadisələrin düz-
gün  qiymətləndirilməməsi,  Xüsusi  İdarəetmə  Komitəsinin  fəaliyyətinin 
yarıtmazlığı  əks  olunur  və  təklif  olunurdu  ki,  ikitərəfli  diskussiyalar  za-
manı  Dağlıq  Qarabağ  münaqişəsi  Dağlıq  Qarabağ  xalqının  mənafeyinə 
uyğun həll olunsun (27). 
Başqa  sözlə,  Dağlıq  Qarabağ  münaqişəsinin  fəal  fazasının  başlanğı-
cında Amerikadakı erməni diasporu Amerika siyasətçilərində Dağlıq Qa-
rabağ  münaqişəsinin  tamamilə  təhrif  olunmuş  informasiya  modelini  ya-
ratmağa müvəffəq oldular. Bunun üçün Amerikadakı erməni təbliğat ma-


 
231
 
şını işə salındı, Amerika siyasətçilərinə təsir mexanizmi böyük bir sürətlə 
işə  başladı.  Amerika  Birləşmiş  Ştatlarının  dünya  siyasətinə  təsir  etmək 
imkanlarının  genişləndiyi  üçün  bu  ölkənin  erməni  diasporu  Ermənistan 
millətçiləri  ilə  birləşərək  Dağlıq  Qarabağın  Azərbaycandan  qoparılması 
üçün  daha  ciddi  qərarlar  qəbul  olunması  uğrunda  mübarizəyə  girişdilər. 
Məlumdur ki, hələ hadisələrin başlanğıcında Zori Balayan, Sergey Miko-
yan  (Anastas  Mikoyanın  oğlu)  Amerikaya  yollanaraq  burada  millətçi 
təbliğat apardılar və Amerikadakı erməni diasporunun maliyyə ehtiyatla-
rının səfərbərliyə alınmasına cəhd göstərildi. Çünki məlum idi ki, bu ma-
liyyə ehtiyatları səfərbərliyə alınmasa, Amerika siyasətçiləri ilə iş birliyi 
qurmaq da çətin olardı. Xüsusilə, müxtəlif səviyyəli seçkilər zamanı er-
məni diasporunun maliyyə yardımları və bir də səsləri Amerika siyasət-
çilərinin ermənipərəst mövqelərinin formalaşmasına yol açırdı. 
XX əsrin 90-cı illərində Amerikada erməni diasporunun apardığı bir-
tərəfli  təbliğatın  nəticəsində  Amerikanın  müəyyən  siyasi  dairələrində 
Azərbaycanın  təcavüzkar  olması  barəsində  təsəvvürlər  yaradıldı.  Hətta 
Ermənistanın  müstəqilliyi  də  Amerika  tərəfindən  Azərbaycana  nisbətən 
daha tez tanındı. Yəni Ermənistanın müstəqilliyi 1991-ci ilin dekabrında ta-
nındısa, Azərbaycanın müstəqilliyi 1992-ci ilin fevralında tanındı (28). 
Erməni diasporunun Amerika ictimaiyyəti və siyasi dairələri arasında 
apardığı  təxribatçı  informasiya  fəaliyyətinin  ciddi  nəticələrindən  biri 
1992-ci  ildə  "Azadlığa  dəstək  aktına"  907-ci  Düzəliş  oldu.  "Azadlığa 
dəstək aktı" keçmiş SSRİ respublikalarına iqtisadi yardımın göstərilməsi  
ilə bağlı idi. Erməni diasporunun və ona bağlı Amerika parlament üzvlə-
rinin Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin təhrif edilməsi istiqa-
mətindəki qeyri-obyektiv informasiya fəaliyyəti Amerika qanunvericilik 
orqanında 907-ci Düzəlişin qəbul olunması ilə nəticələndi. Həmin Düzə-
lişə görə, guya, Azərbaycan Ermənistanı və Dağlıq Qarabağı blokadaya 
almış və Ermənistana qarşı təcavüzkar siyasət aparır. Bu Düzəlişə əsasən 
Amerika  hökuməti tərəfindən  Azərbaycana  kömək  göstərilməsinə  qada-
ğa qoyulurdu (29). 
Mütəxəssislərin  fikrincə,  Azərbaycana  qarşı  belə  bir  qeyri-obyektiv 
qərarın qəbul edilməsinin bir neçə səbəbi var idi  – Amerikadakı erməni 
diasporunun  güclü  lobbiçilik  fəaliyyəti,  parlament  və  prezident  seçkilə-
rində erməni diasporunun dəstəyinin vacibliyi, Amerika administrasiyası-
nın Cənubi Qafqazla bağlı aydın siyasətinin olmaması və erməni diaspo-
runun  da  bundan  məharətlə  istifadə  etməsi  (30).  Bura  yəqin  ki,  həmin 
dövrdə  Azərbaycanın  informasiya  siyasətinin  zəif  olmasını  da  əlavə  et-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə