Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə88/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   84   85   86   87   88   89   90   91   ...   100

 
235
 
rabağda elan olunmuş qondarma quruma iqtisadi yardımların artırılması 
Azərbaycanın  artan  beynəlxalq  nüfuzunun  neytrallaşdırılması  dünya 
erməniliyinin qarşısında duran başlıca məsələdir (35). Bununla belə, Ru-
siyadakı erməni diasporunun ictimai-siyasi tarixi daha çox Dağlıq Qara-
bağ münaqişəsi ilə bağlıdırsa, Fransadakı erməni diasporunun millətçilik 
tarixi daha çox qondarma soyqırımının tanıdılması cəhdləri ilə bağlı idi. 
Bu da onunla bağlı idi ki, sovet dövründə SSRİ ərazisində yaşayan ermə-
nilər öz millətçilik fəaliyyətində müəyyən məhdudiyyətlərlə qarşılaşmış-
dılar və bu toplum istər qondarma soyqırımı, istərsə də Dağlıq Qarabağ 
məsələlərini açıq şəkildə gündəliyə gətirə bilmirdilər. Fransadakı erməni 
diasporu isə belə bir məhdudiyyətlə qarşılaşmamışdı və Dağlıq Qarabağ 
məsələsi  açıq  gündəlikdə  olmadığı  üçün  bütün  qüvvə  qondarma  erməni 
soyqırımının tanıdılmasına istiqamətləndirilmişdi. 
Əslində, hazırda qondarma erməni soyqırımının tanıdılması və Dağlıq 
Qarabağ məsələsi erməni diasporu üçün bir vəhdət təşkil edir. Hər ikisi 
erməni  məsələsinin  tərkib  hissəsi  sayılır.  Erməni  diasporu,  o  cümlədən 
də Fransanın erməni diasporu yaxşı anlayır ki, qondarma erməni soyqırı-
mının tanıdılması məsələsi dünya erməniliyinin mövqeyini möhkəmlədər 
və bu da Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını sürətləndirə bi-
lər. Eyni zamanda da əksinə, qondarma Dağlıq Qarabağ qurumunun müs-
təqilliyinin tanınması da erməniliyin mövqeyinin möhkəmlənməsinə təsir 
edər  və  qondarma  erməni  soyqırımının  tanıdılmasını  sürətləndirə  bilər. 
Ona görə də, Fransada yaşayan 400 min nəfərlik erməni seçicisi bu mə-
sələlərə, daha doğrusu bu məsələlərin qəbul olunması üçün Fransanın si-
yasi elitasına təsir göstərilməsinə səfərbər olunmuşdur. 
Məlumdur  ki,  Fransa  hazırda  Dağlıq  Qarabağ  münaqişəsinin  nizam-
lanması  üzrə  Minsk  Qrupunun  həmsədr  ölkələrindən biridir.  Bu  baxım-
dan Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müəyyən 
təsir göstərmək imkanı da vardır. Lakin Fransanın bu istiqamətdə xüsusi 
bir  fəallıq  və  təşəbbüskarlığını  görmək  mümkün  deyil.  Müşahidəçilərin 
fikrincə, bu, Fransadakı erməni diasporunun gücü və bu diasporun Fran-
sanın siyasi elitasına təsir göstərmək imkanı ilə bağlıdır. Bunu elə Fran-
sanın rəsmiləri də etiraf edirlər. ―Wikileaks‖ saytında açıqlanan məxfi mə-
lumatlardan birinə görə, Fransanın Xarici İşlər Nazirliyinin yüksək vəzifəli 
şəxslərindən  biri  Amerikanın  müdafiə  nazirinə  bildirmişdir  ki,  Fransadakı 
böyük  erməni  toplumu  Dağlıq  Qarabağ  münaqişəsinin  həllinə  yardım 
göstərə biləcək müəyyən təkliflərin irəli sürülməsinə maneçilik yaradır (36). 


 
236
 
Buradan  belə  bir  qənaətə  gəlmək  mümkündür  ki,  Fransanın  dövlət 
rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın işğalçılıq siyasə-
tinin  nəticəsi  olduğunu  görür,  lakin  erməni  diasporundan  ehtiyatlandığı 
üçün müvafiq təkliflər irəli sürməyə tələsmir.  
Rusiyadakı  erməni  diasporunun  da  uzun  bir  tarixi  vardır.  Hələ  orta 
əsrlərdən  Rusiya  ərazisində  ermənilərin  məskunlaşdığı  haqqında  məlu-
matlar mövcuddur. Diaspor kimi təşkilatlanma isə Rusiya erməniləri ara-
sında SSRİ-nin dağılmasından sonra aparılmışdır. Diasporluq və lobbiçi-
lik fəaliyyətini ermənilər elə keçmiş sovet dövründə də aparırdılar. Mə-
lumdur ki, Moskvada çoxlu sayda ermənilər toplanmışdı və onlar SSRİ-
nin rəhbər dairələri arasında lobbiçilik siyasəti aparırdılar. Dağlıq Qara-
bağ  münaqişəsinin  qızışdırılmasında  Moskvadakı  erməni  lobbisi  xeyli 
fəal rol oynadı. Əvvəlki fəsillərdə də bununla bağlı bir sıra faktlar sada-
lanmışdır. Əgər SSRİ mərkəzi hakimiyyət dairələri ermənipərəst mövqe 
tutmasaydı və Dağlıq Qarabağda alovlanan erməni millətçi separatizmi-
nə  qarşı  qətiyyətli  münasibət  nümayiş  etdirsəydi,  Dağlıq  Qarabağdakı 
hadisələr faciəvi sonluqlara yol açmazdı. 
Bəzi məlumatlara görə, hazırda Rusiyada 2–2,5 milyon erməni yaşa-
yır  (37).  Bəzi  erməni  müşahidəçiləri  isə  Rusiyada  yaşayan  ermənilərin 
sayının  şişirdildiyini  sanırlar.  Qeyd  olunur  ki,  Rusiyaya  yeni  gələn  hər 
Ermənistan səfiri Rusiyada yaşayan ermənilərin sayını şişirtməyə çalışır 
(38).  Bu tendensiya  dünya  erməni  diasporuna  da  aid edilir.  Erməniliyin 
gücünü  göstərmək  üçün  müxtəlif  ölkələrdəki  erməni  diasporu  haqqında 
şişirdilmiş  və  ya  köhnə  rəqəmlərin  göstərilməsi  erməni  müəlliflərinin 
köhnə adətidir. 
Dağlıq Qarabağ münaqişəsinin açıq fazaya keçməsi ilə Rusiya ermə-
niliyi, xüsusilə də Moskva erməniliyi arasında təşkilatlanma prosesi baş-
landı. 1988-ci ildə ―Qarabağ‖ komitəsi, ―Barev zes‖, ―Yusisapayl‖, ―Maş-
tos‖ mədəni cəmiyyətləri, ―Vaspurakan‖ gənclər birliyi yaradıldı. 1989-
cu  il  iyunun  29-da  ―Mako‖  Moskva  şəhər  mədəni  cəmiyyəti  yaradıldı. 
Lakin  tezliklə  bu  cəmiyyət  parçalandı.  1991-ci  il  noyabrın  30-da  isə 
―Moskva erməni icması‖ təşkil edildi. Güman edilirdi ki, bu təşkilat Ru-
siyadakı  erməni  diasporunu  birləşdirəcək  bir  qurum  olacaqdır.  1993-cü 
ildə Rusiyada daha iki erməni cəmiyyəti qeydiyyata alındı – Moskva Er-
məni Assambleyası və Beynəlxalq Erməni Assambleyası (39). Lakin Ru-
siya ermənilərinin təşkilatlanması sonrakı illərdə də davam etdi və əlavə 
bir sıra erməni təşkilatlarının yaradıldığı elan edildi. 


 
237
 
2000-ci ildə Rusiyada yaşayan bütün erməniləri öz ətrafında birləşdi-
rə  biləcək  yeni  bir  təşkilatın  yaradıldığı  elan  edildi.  Bu  təşkilat  Rusiya 
Erməni  İttifaqı  adlanır.  Hazırda  bu  təşkilatın  Rusiyanın  70  subyektində 
və 340-dan çox şəhərində bölgə və yerli bölmələri vardır (40). 
Erməni millətçiləri Rusiyanın Erməni İttifaqına böyük ümidlər bağla-
yırlar. Güman edilir ki, bu İttifaq Rusiya ərazisində öz şəbəkəsini geniş-
ləndirməklə Rusiyanın ictimai-siyasi həyatına daha fəal təsir göstərəcək 
və bununla da Rusiya məkanında erməni maraqlarının daha yaxşı qorun-
masına nail olunacaqdır. 
Baxmayaraq ki, sayı etibarilə Rusiyanın erməni diasporu ən böyük er-
məni diasporudur, lakin təşkilatlanması imkanları, ölkənin siyasi həyatı-
na  təsir  baxımından  bu  diaspor  ilə  digər  ölkələrdəki diasporlar  arasında 
fərqlər vardır. Məsələn, təşkilatlanma baxımından Amerikadakı və Fran-
sadakı diasporlar daha güclüdür və ən azı seçkilər vasitəsi ilə ölkənin si-
yasi həyatına daha güclü təsir göstərə bilir. Rusiyadakı erməni diasporu 
isə  ölkədə  keçirilən  seçkilərə  vahid  bir  platforma  ilə  yaxınlaşa  bilmir. 
Çünki Rusiya erməniləri bu təşkilati imkana malik deyil və Rusiya ermə-
niləri arasında ciddi bir əlaqə də yoxdur. Bunu elə erməni siyasətçiləri də 
etiraf edirlər və onlar Rusiyadakı erməni diasporunun nəhayət ki, təşkilatla-
naraq Ermənistanın maraqlarını qorumaqdan qorxmamağa çağırırlar (41). 
İlkin müşahidələr göstərir ki, Rusiyadakı erməni diasporu Dağlıq Qa-
rabağ  münaqişəsi  ilə  bağlı  daha  çox  intellekt  imkandan  istifadə  etməyə 
çalışır, Dağlıq Qarabağ  münaqişəsi ətrafında qurulan erməni informasi-
ya siyasətinin beynəlmiləlləşdirilməsi üçün Rusiya potensialından bəhrə-
lənməyə cəhd göstərir. Rusiyanın informasiya məkanında ermənilər ənə-
nəvi olaraq güclü mövqelərə malik olmuşlar və bu gün də onlar bu ənə-
nəni qorumağa çalışırlar. 
Bununla belə, dünyanın ən böyük dövlətlərində erməni diasporlarının 
malik  olduğu  maliyyə,  informasiya,  lobbiçilik  imkanlarna  baxmayaraq, 
Azərbaycanın haqlı  mövqeyinin  qarşısını almaq  günü-gündən çətinləşir. Bu, 
əslində, belə də olmalıdır. Dinc qonşuluq, bölgədə əməkdaşlıq, beynəlxalq hü-
quq normalarına ehtiram, müxtəlif xalqlara və dinlərə qarşı dözümlülük Azər-
baycanın xarici siyasətinin əsasını təşkil edir. Bu, günün reallığıdır və erməni 
diasporunun  istəyindən  asılı  olmayaraq  dünya  birliyi  Azərbaycanın  haqlı 
mövqeyini  lazımınca  qiymətləndirməkdədir.  Elə  onun  nəticəsidir  ki,  erməni 
diasporunun bütün səylərinə baxmayaraq, dünya ölkələri və beynəlxalq təşki-
latlar Azərbaycanın ərazi bütövlüyünün tanınmasına başqa bir alternativ gör-
mürlər.   


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə