Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə89/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   85   86   87   88   89   90   91   92   ...   100

 
238
 
NƏTĠCƏ 
 
Bir daha qeyd edilməlidir ki, araşdırmaya cəlb edilmiş mövzu kifayət 
qədər geniş bir mövzudur və onun hərtərəfli öyrənilməsi üçün daha əha-
təli tədqiqatlara ehtiyac vardır. Mövzunun aktuallığı və uzun müddət də 
aktual qalacağı isə bu işin əhəmiyyətini təsdiq edir. Bununla belə, aparıl-
mış  müxtəsər araşdırmadan sonra da müəyyən nəticələrə gəlmək  müm-
kündür. 
İlk növbədə ona diqqət yetirmək lazımdır ki, erməniliyin informasiya-
təbliğat işi erməni millətçiliyinin əlavəsidir. Erməni informasiya-təbliğat 
fəaliyyətinin  mahiyyəti,  məzmunu,  istiqamətləri  erməniliyin  millətçiliyi 
ilə  müəyyənləşir  və  bu  fəaliyyət  sahəsi  erməni  millətçiliyinin  xidmətin-
dədir. Əslində, bu iki məqam bir-birini üzvi şəkildə tamamlayır. Erməni 
millətçiliyi olmasaydı, millətçi erməni informasiya-təbliğat fəaliyyəti də 
olmazdı. Eyni zamanda da əksinə, erməni informasiya-təbliğat fəaliyyəti 
olmasaydı, erməni millətçiliyi də ermənilərin istədikləri şəkildə qabardıla 
bilməzdi.  Çünki  erməni  millətçiliyinin  nüvəsində  milli  istisnalıq,  qonşu 
xalqlara qarşı dözümsüzlük, ətraf xalqların milli-mədəni dəyərlərinə qar-
şı qısqanclıq kimi qeyri-bəşəri keyfiyyətlər dayanır. Bu keyfiyyətlər cə-
miyyət tərəfindən birmənalı qarşılanmadığı üçün erməni millətçiləri on-
ların pərdələnməsi, erməniliyin tamam fərqli obrazının yaradılması üçün 
informasiya və təbliğata xüsusi önəm verir. Nəzərə alınsa ki, erməni mil-
lətçiliyi  genetik  əlamətlər  kəsb  edir,  onda  bu  millətçiliyin  hələ  uzun 
müddət davam edəcəyi və məntiqi olaraq informasiya-təbliğat fəaliyyəti-
nin də bu millətçiliyə cığırdaş olacağını ehtimal etmək olar. 
Dağlıq  Qarabağ  münaqişəsi  ətrafında  aparılan  informasiya-təbliğat 
fəaliyyəti  isə  erməni  millətçiliyinin  xidmətində  dayanan  ümumi  infor-
masiya-təbliğat fəaliyyətinin tərkib hissəsidir. Məlumdur ki, Dağlıq Qa-
rabağ  münaqişəsi  də  erməni  məsələsinin  tərkib  hissəsi  sayılır.  Qarşıya 
qoyulan təcavüzkar məqsədlərə çatmaq üçün Dağlıq Qarabağ münaqişə-
sinin  xüsusi informasiya  siyasəti  formalaşdırılmışdır. Bu  siyasətin  məq-
sədi  erməni  millətçiliyinin  Böyük  Ermənistan  xülyalarının  informasiya 
təminatını həyata keçirmək, bu xülyaların tarixiliyi və əsaslılığı haqqında 
beynəlxalq  ictimai  rəy  yaratmaq,  konkret  olaraq  Dağlıq  Qarabağa  qarşı 
həyata keçirilən işğalçılıq siyasətinə qarşı beynəlxalq ictimai rəydə dəs-
tək qazanmaq və bu dəstəyin ermənilər üçün əməli yardımlara çevrilmə-
sinə nail olmaqdır. Dağlıq Qarabağla bağlı izlənilən erməni informasiya 
siyasətinin öz meyarları, öz parametrləri və istiqamətləri vardır. Bu me-


 
239
 
yarlar  və  parametrlər  heç  də  mövcud  təcrübə  və  müvafiq  hüquqi-bəşəri 
normalarla  müəyyənləşmir.  Həmin  meyar  və  parametrlər  yalnız  erməni 
millətçiliyi  və  separatçılığı  istəkləri ilə  müəyyənləşir.  Erməni  millətçili-
yinə  və  işğalçılığına  uyğun  gəlməyən  hər  bir  təcrübə  və  norma  erməni 
informasiya maşını tərəfindən qətiyyətlə rədd edilir, bu millətçiliklə uy-
ğunlaşmayan beynəlxalq normalar qəbul olunmur, onların mahiyyəti sax-
talaşdırılır  və  erməni  ictimai  şüurunda  Dağlıq  Qarabağ  münaqişəsinin 
yalnız millətçi-separatçı modeli  formalaşdırılır. 
Bugünkü  Ermənistan  rəhbərliyi  Dağlıq  Qarabağ  münaqişəsinin  ob-
yektivlikdən  və  reallıqdan  uzaq  olan  modelinin  formalaşdırılmasında, 
təkmilləşdirilməsində  və  erməni  toplumunun  beyninə  yeridilməsində 
maraqlıdır.  Bu  məsələ  dövlət  siyasəti  səviyyəsinə  qaldırılmışdır.  Çünki 
millətçilik dalğasında hakimiyyətə gəlmiş müəyyən qruplar Dağlıq Qara-
bağ münaqişəsinin çözülməsində, bu bölgədə yaşamış və yaşayan xalqla-
rın dinc yanaşı yaşamasında maraqlı deyildirlər. Dağlıq Qarabağ müna-
qişəsi ətrafında yaranmış vəziyyətin real və obyektiv mənzərəsinin yara-
dılması həmin qüvvələr qarşısında ciddi tələblər qoyulmasına gətirib çı-
xara  bilər.  Buna  görə  də  bu  qüvvələr  hətta  münaqişəyə  cəlb  olunmuş 
soydaşlarının  bədbəxtliyi  üzərində  qurulan  hakimiyyətlərini  qorumaq 
üçün ictimai rəyi öz bildikləri kimi idarə etməyə çalışırlar. 
Erməni  millətçiliyinin  informasiya-təbliğat  sahəsində  kifayət  qədər 
qədim təcrübələri var və bu təcrübə Dağlıq Qarabağ münaqişəsinin infor-
masiya modelinin formalaşdırılmasında da məharətlə istifadə edilir. Klas-
sik erməni informasiya-təbliğatçılıq xətti bu gün də əyani şəkildə izlənil-
məkdədir. Araşdırmadan da göründüyü kimi, bu klassik xətt də iftiralar, 
böhtanlar,  şantajlar  üzərində  qurulmuşdur.  Millətçi  informasiya-təbliğat 
işinin  başlanması  və  genişləndirilməsi  üçün  ermənilərin  öz  təsəvvürləri 
var və bu təsəvvürlərə ciddi şəkildə riayət edilir. Yəni Azərbaycan xalqı-
na qarşı böhtan və iftira kampaniyasının başlanması üçün ermənilər hətta 
öz  soydaşlarını  qurban  verməkdən  belə  çəkinmirlər.  Bu  klassik  erməni 
ənənəçiliyini  öyrənməklə  erməni  millətçilərinin  informasiya  fəaliyyəti-
nin  müəyyən  istiqamətlərini  hətta  proqnozlaşdırmaq  da  olar.  Məsələn, 
məlumdur  ki,  erməni  millətçiləri  Dağlıq  Qarabağ  münaqişəsinin  həll 
olunmasını  və  Azərbaycanın  işğal  edilmiş  ərazilərinin  beynəlxalq  təşki-
latların qəbul etdiyi qərarlar əsasında azad edilməsini istəmirlər. Bu mə-
sələdə təzyiq altına düşəcəkləri təqdirdə isə erməni millətçiləri müxtəlif 
təxribatlara və onların informasiyada işıqlandırılmasına əl ata bilərlər. 


 
240
 
Açıq  millətçiliyi  və  işğalçı  siyasəti  göz  qarşısında  olduğu  halda,  er-
məni  informasiya  təhrifçiliyinin  qətiyyətli  müqavimətlə  rastlaşmaması 
ilk  baxışda  qəribə  görünə  bilər.  Lakin  qeyd  edilməlidir  ki,  beynəlxalq 
aləmdə erməniliyi qısqırdan qüvvələr vardır və onların ermənilərdən bir 
alət kimi istifadə etmək siyasəti bir çox hallarda ermənilərin karına gəlir. 
Eyni zamanda Azərbaycan Respublikasının inkişafını, bölgədə güc və in-
tellekt  mərkəzinə  çevrilməsini  istəməyən  qüvvələr  də  vardır.  Belə  qüv-
vələr üçün də Ermənistan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə 
olunur. Bu məqamlar onu göstərir ki, Azərbaycan möhkəmləndikcə müəy-
yən qüvvələrin Azərbaycana qarşı təzyiqləri və bunun nəticəsi olaraq Er-
mənistanın  və  dünya  erməniliyinin  Azərbaycana  qarşı  qısqırdılması  da-
vam edə bilər. 
Son illərdə Azərbaycanın dünya birliyində lazımınca möhkəmlənməsi, 
öz  layiqli  yerini  tapması  Azərbaycan  həqiqətlərinin  daha  geniş  şəkildə 
qəbuluna yol açmışdır. Azərbaycan hazırda bölgədə inkişafın, sabitliyin 
simvoluna  çevrilmişdir.  Bu  inkişafın  və  sabitliyin  nəticələrinin  qorunub 
saxlanması isə bir çox sahələrdə olduğu kimi, informasiya sahəsində də 
etibarlı və əsaslandırılmış, Azərbaycan Respublikası Prezidenti cənab İl-
ham  Əliyevin  dediyi  kimi,  ―hücum  xarakterli  addımlar  atılmalıdır‖.  Bu 
istiqamətdə  fəaliyyətin  daha  səmərəli  və  qətiyyətli  qurulması  üçün  isə 
Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı informasiya fəa-
liyyətinin  mahiyyətinin  gələcəkdə  də  öyrənilməsinin  davam  etdirilməsi 
ümumi işin xeyrinə olardı. 
 
 
 
 
 
 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə