Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə87/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   83   84   85   86   87   88   89   90   ...   100

 
232
 
mək olar. Müstəqilliyin əldə edildiyi ilk ildə Azərbaycanın müstəqil in-
formasiya  sistemi  heç  formalaşmamışdı,  ölkə  daxilində  olan  mürəkkəb 
ictimai-siyasi  vəziyyət  isə  buna  lazımi  imkan  vermirdi.  Amerikada  isə 
erməni maraqlarını qoruyan erməni diasporu kimi Amerikanın siyasi hə-
yatına təsir etmək qüdrətində olan bir qüvvə var idi. 
Dağlıq  Qarabağ  münaqişəsinin  dinc  dövründə  Azərbaycan  dövləti 
gücləndikcə,  onun  həyata  keçirdiyi  siyasət  Dağlıq  Qarabağ  münaqişəsi-
nin mahiyyətini dünya ictimaiyyətinə aydınlaşdırdıqca Amerikanın özün-
də də 907-ci Düzəlişə münasibət dəyişməyə başladı. 1998-ci ildə Ameri-
kanın  dövlət  katibi  Madlen  Olbrayt  Nümayəndələr  Palatasına  məktub 
göndərərək 907-ci Düzəlişin Amerikanın maraqlarına cavab vermədiyini
bu Düzəlişin ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində neytral sta-
tusu ilə uyğun gəlmədiyini, Azərbaycanda geniş iqtisadi və hüquqi isla-
hatların  aparılmasına  kömək  etmədiyini  vurğuladı.  Lakin  onda  erməni 
diasporuna bağlı olan parlament lobbisi bu Düzəlişin aradan qaldırılma-
sına imkan vermədi. Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişə-
sində  atəşkəs  əldə  edildikdən  sonra  Amerikadakı  erməni  diasporunun 
təşkilatlanması və ona bağlı olan lobbiçiliyin qurumlanması bir qədər də 
gücləndi. Məsələn, 1993-cü ildə ABŞ Konqresində erməni məsələsi üzrə 
konqresmenlərin ikili partiyası yaradıldı. Bu qrupu demokrat Frenk Pel-
lone  ilə  respublikaçı  Edvard  Porter  yaratdı.  Həmin  qrup  Nümayəndələr 
Palatasında  işləməklə  erməni  diasporunun  marağında  olan  məsələlərin 
qaldırılmasını nizamlayır. Bundan başqa, həm Demokratlar partiyasında, 
həm də Respublikaçılar partiyasında Erməni Şurası yaradılmışdır. Ermə-
nipərəst fəaliyyətinin əvəzində həmin qrup və partiyalar Amerikanın er-
məni diasporundan ciddi maliyyə yardımı alırlar. Adları çəkilən qrupla-
rın istər parlament səviyyəsində, istərsə də partiyalar səviyyəsində fəaliy-
yətinin başlıca hədəfi aşağıdakılardır: 
1. Qondarma erməni soyqırımının Amerika hökuməti tərəfindən tanı-
dılması; 
2. Qondarma Dağlıq Qarabağ Respublikasının tanınması və bu quru-
ma yardım göstərilməsi; 
3. 907-ci Düzəlişin qüvvədə saxlanılması; 
4. Ermənistana Amerika yardımının davam etdirilməsi
5. Türkiyəyə silah satışının qarşısının alınması; 
6. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrasına maneçilik törədil-
məsi (31). 


 
233
 
Amerikadakı erməni diasporunun və ona bağlı lobbiçiliyin göstərdiyi 
bütün cəhdlərə baxmayaraq, 2001-ci ildə 907-ci Düzəlişin dondurulması 
haqqında qərar qəbul edildi. Belə bir qərarın qəbul edilməsi Dağlıq Qara-
bağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin Amerika siyasi 
dairələrində  qəbul  olunduğunu  nümayiş  etdirir.  Bununla  belə,  Amerika-
nın erməni diasporu güclü və təşkilatlanmış bir qurum olaraq qalmaqdadır. 
Amerikanın  erməni  diasporu  bu  gücündən  istifadə  edərək  hər  vasitə 
ilə Azərbaycanın suverenliyi və inkişafı əleyhinə yönəlmiş ermənipərəst 
maraqları qorumağa çalışır. Məsələn, ermənipərəst Ed Rayte 2006-cı ildə 
Nümayəndələr Palatasına Amerikanın dövlət strukturlarına Bakı-Tbilisi-
Qars  dəmir  yolu  xəttinin  çəkilməsinin  maliyyələşdirilməsini  qadağan 
edən qətnamə layihəsi təqdim etdi. Adıçəkilən deputatın və digər erməni-
pərəst həmkarlarının  səyləri nəticəsində bu qətnamə qəbul olundu və bu-
nunla  da  ABŞ  tərəfindən  bu  layihənin  maliyyələşdirilməsi  imkanının 
qarşısı alındı (32). 
Amerikadakı erməni diasporunun dəstəyi və maddi yardımı ilə Dağlıq Qa-
rabağda elan olunmuş qondarma qurumun bu ölkədə nümayəndəliyi açılmış-
dır. Bu nümayəndəlik də öz himayədarı – erməni diasporu ilə birlikdə qondar-
ma qurumun tanınması və rəsmiləşdirilməsi üçün Amerika rəsmiləri qarşısın-
da müəyyən işlər aparmağa çalışır. Nümayəndəliyin 
www.nkrusa.org
 saytı da 
Dağlıq  Qarabağ  münaqişəsinin  mahiyyətinin  saxtalaşdırılması sahəsində 
aparılan informasiya mübarizəsinə qatılmışdır. 
Son  illər  ərzində  daxili  lobbiçilik  nəzərə  alınmazsa,  Amerikanın  er-
məni  diasporunun  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  əsas  fəaliyyəti 
Azərbaycana qarşı informasiya fəaliyyətinə, Dağlıq Qarabağdakı qondar-
ma  separatçı  quruma  yardımların  artırılmasına,  qondarma  qurum  üçün 
müxtəlif telemarafonların keçirilməsinə istiqamətləndirilmişdir. Məsələn, 
erməni  diasporunun  və  ona  bağlı  lobbiçiliyin  Dağlıq  Qarabağdakı  qon-
darma  qurumun  lehinə  apardığı  təbliğatdan  sonra  Konqres  2009-cu  il 
üçün bu quruma 8 milyon dollar, 2010-cu ildə isə 10 milyon ABŞ dolları 
maliyyə vəsaiti ayrılması haqqında qərar qəbul etdi. 
2010-cu ildə Amerika prezidentinin təklifi ilə Azərbaycana Ermənistandan 
daha çox hərbi yardım ayrılması gözlənilirdi. Lakin Amerikadakı erməni dias-
porunun təsiri altında olan Senatın maliyyələşmə və xarici əməliyyatlar alt ko-
mitəsi Azərbaycana və Ermənistana bərabər səviyyədə, 3,5 milyon dollar sə-
viyyəsində hərbi yardım ayrılması haqqında qərar qəbul etdi (33). 
2010-cu ildə Amerikanın erməni diasporu və Konqresdə bu diaspora 
bağlı olan erməni lobbiçiliyi Metyu Brayzanın Azərbaycana səfir göndə-


 
234
 
rilməsinin qarşısının alınması üçün xeyli fəallıq göstərdi. Erməni diaspo-
runun fikrincə, Metyu Brayza Minsk Qrupunun həmsədri olduğu illərdə 
Dağlıq  Qarabağ  münaqişəsinin  mahiyyətinə  dərindən  bələd  olmuşdu. 
Onlar şübhə etmirdilər ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hü-
quq normaları çərçivəsində həll olunacağı təqdirdə Ermənistanın işğalçı-
lıq siyasəti ifşa olunacaq və Azərbaycanın ərazi bütövlüyü qorunacaqdı. 
Ehtiyat edilirdi ki, Metyu Brayza da Amerika maraqlarının ifadəçisi kimi 
məsələyə obyektiv mövqedən yanaşacaqdır. 
Bunun nəticəsidir ki, 2010-cu ilin sentyabr ayında Senatın xarici əla-
qələr  komissiyasının  iclasında  ermənipərəst  deputatlar  Barbara  Bokser 
və Robert Menandes Metyu Brayzanın Azərbaycana səfir təyin edilməsi-
nə veto qoydular. Amerika Erməni  Milli Konqresi bu xəbəri çox böyük 
sevinclə qarşıladı və bu barədə geniş informasiya kampaniyası da aparıl-
dı. Erməni diasporu və konqresin erməni lobbiçiliyi bu hadisəni sevinclə 
qeyd  etsələr  də  Amerikanın  ictimai-siyasi  dairələrində  bu  xəbər  kifayət 
qədər  təəssüflə  qarşılandı.  Məsələn,  "Vaşinqton  Post"  qəzetində  bu  hadisə 
ilə bağlı çap olunan bir məqalədə bildirilirdi ki, ermənipərəst senatorların ve-
to qərarları Amerikanın Qafqazdakı maraqlarına zərbədir. "Wall Street Jour-
nal"dakı  yazıda  Amerika  senatorlarının  veto  qərarı  qeyri-diplomatik  və 
ABŞ-ın maraqlarına cavab verməyən qərar kimi qiymətləndirilirdi (34). 
Bütün bu cəhdlərinə baxmayaraq, Amerikanın erməni diasporu Metyu 
Brayzanın  Azərbaycana  səfir  təyin  olunmasının  qarşısını  ala  bilmədi. 
2010-cu ilin sonlarında Konqres istirahətdə olarkən mövcud qanunverici-
liyə uyğun olaraq ABŞ Prezidenti Barak Obama Metyu Brayzanın Senat 
səsverməsindən keçmədən Amerikanın Azərbaycandakı səfiri təyin etdi. 
Bununla, əslində, bir daha erməni diasporuna göstərildi ki, onların lobbi-
çilik fəaliyyəti nə qədər güclü olsa belə, Amerikanın dövlət maraqları er-
məniliyin maraqlarından daha üstündür. 
Erməni diasporunun digər intellektual və ictimai-siyasi mərkəzləri isə 
heç şübhəsiz ki, Fransa və Rusiyadır. Bu ölkələrdəki diasporlar da kifayət 
qədər  təşkilatlanmış  və  yerləşdikləri  ölkələrin  ictimai-siyasi  həyatına  təsir 
göstərəcək imkana  malikdir. Yuxarıda qeyd edildiyi  kimi,  Dağlıq  Qarabağ 
münaqişəsinin  fəal  fazaya  qədəm  qoyduğu  gündən  bütün  dünya  öl-
kələrinə səpələnmiş erməni diasporu bu hərəkata qoşuldu və Dağlıq Qa-
rabağın Azərbaycandan qoparılması üçün səfərbər olundu. Bu gün də hə-
min səfərbərlik davam etməkdədir. Hazırda Dağlıq Qarabağın Azərbay-
candan qoparılması Dağlıq Qarabağda elan olunmuş qondarma qurumun 
müstəqilliyinin  tanınmasına  nail  olunması,  Ermənistana  və  Dağlıq  Qa-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə