Layihənin rəhbəri: Ruhiyyə Aslanova
Müəllif: Namiq Əliyev
Redaktorlar: Zakirə Zakirqızı
Cahan Əliyeva
Dizayner: Vüqar Manafov
Foto: Polad Qasımov
Kitab son on illik ərzində Azərbaycanda daha da aktuallaşan
“İctimaiyyətlə əlaqələr”in qurulmasına həsr olunmuşdur.
Müəllif, istər jurnalist, istərsə də ictimaiyyətlə əlaqələrin
qurulması sahəsindəki fəaliyyəti dövründə qazandığı təcrübəni
oxucularla bölüşmüş, bu sahədə ilk addımlarını atmağa başlayan
mütəxəssislərə PR, PR və reklamın fərqi, böhran
kommunikasiyası, bank sektorunda ictimaiyyətlə əlaqələr,
ictimaiyyətlə əlaqələrin qurulmasında vacib olan amillər barədə
söhbət açmışdır.
Kitab ictimaiyyətlə əlaqələrin qurulması, PR tədbirlərin
keçirilməsi, böhran kommunikasiyasının idarə edilməsi kimi
məsələlərə maraq göstərən tələbələr üçün faydalı vəsait sayıla bilər.
2
Kommunikasiya sahəsinə az-çox bələd olanlar yaxşı bilir ki,
piar (PR) haqqında yazmaq asan iş deyil. Təkcə ona görə yox ki,
bu, yeni sahədir və qulaqlarımız hələ heç sözün özünə yaxşı
alışmayıb. Həm də ona görə ki, ümumiyyətlə, piar deyilən bu incə
fəaliyyətin özünün mahiyyətində, lap əvvəldən bir az
mürəkkəblik olub. Hələ 1975-ci ildə Amerika fondlarından biri
bu mövzunu dərindən araşdırmaq fikrinə düşəndə məlum
olmuşdu ki, müxtəlif mənbələrdə piarın 500-ə yaxın tərifi var.
Ona görə də fondun mütəxəssisləri çox dərinə getmədən piara
informasiyanın idarə edilməsi prosesi kimi yanaşaraq, ona daha
bir ümumiləşmiş tərif vermişdilər. Sonradan məlum olmuşdur ki,
onların verdiyi yozum da, piarın mahiyyətini tam anlatmağa
yetərli deyil, çünki incə ünsiyyətə və informasiya ilə idarə
etməyə əsaslanan piar daim inkişafda olan, zaman-zaman
cilalanan dinamik bir sistemdir.
Göründüyü kimi, kitabın müəllifi Namiq Əliyev çox
mürəkkəb bir sahəyə müraciət edib, kommunikasiya sferasının
olduqca mühüm bir platformasını araşdırıb, onun mahiyyətini
öyrənib-izah etmək baxımından ortaya gərəkli bir vəsait çıxarıb.
Mən Namiqin bu uğurunun bir səbəbini onun jurnalistika ilə,
yaradıcılıqla sıx bağlı olmasında görürəm. N.Əliyev mənim
hafizəmdə üzdə olan parlaq telejurnalistlərdən biri kimi qalıb.
Onun analitik reportajları, Qarabağ problemi ilə bağlı dolğun
şərhləri, maraqlı süjetləri həmişə diqqəti cəlb edib. Əminəm ki,
Namiqin “Azad Azərbaycan” (ATV) telekanalında məharətlə
apardığı populyar “Həftə sonu” analitik proqramı hələ də
diqqətli tamaşaçının yaddaşındadır. Bu proqram aparıcısının
dərin intellektual səviyyəsi, hadisələrə fərqli yanaşması, ağıllı və
soyuqqanlı təhlilləri ilə seçilirdi.
Yaradıcı adam harda olursa-olsun biliyə, maariflənməyə
duyulan ehtiyacı görür. Bu mənada artıq neçə illərdir ki, ölkənin
əsas bankında – müasir dövlət təsisatında ictimaiyyətlə əlaqələr
sferasında çalışan Namiq Əliyev piarın havasını duyur və
Ünsiyyət diplomatiyasını anladan kitab
4