Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə55/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   51   52   53   54   55   56   57   58   ...   444
100 Vaqif Niftullayev. Sahibkarlığın əsaslan

- veni bazar strategiyasının mənimsənilməsi.

Daxili təcrübə və beynəlxalq praktikanın təhlili innovasiya biznesinin hazırlanması strategiyasının aşağıdakı mərhələlər üzrə həyata keçirilməsinə imkan verir;


  1. Yeniliklərin məzmun baxımından və iqtisadi cəhətdən təhlili və innovasiya sahibkarlığının iqtisadi şəraitinin işlənib hazırlanması;

  2. Yeniliklərin layihədə nəzərdə tutulmuş qiymətlər də daxil olmaqla investisiyalarının həcminin müəyyənləşdirilməsi;

  3. İnvestisiyaların səmərəliliyinin maliyyə-iqtisadi baxımdan təhlili.

Strateji innovasiya qərarlarının qəbul edilməsi zamanı alternativ layihələr üzərində ətraflı müzakirələr aparılır. Bu zaman yeniliklərdən istifadənin gələcək nəticələrinin qiymətləndirilməsi həyata keçirilir. Bu halda bəzən texniki-iqtisadi hesablamalar üçün kifayət qədər ilkin məlumatlar olmur. Bu halda şərtlərlə rastlaşır və müəyyən qərara gəlinir.

Elmi-texniki tərəqqinin tətbiqi ilə bağlı tədbirlərin iqtisadi cəhətdən qiymətləndirilməsinin mövcud metodikası şəraitin xüsusiyyətlərinə uyğunlaşdırılır, layihənin iqtisadi əsaslandırılması ilə xarakterizə olunur.

İnnovasiya strategiyasının hazırlanması ilə bağlı əksər hallarda mütəxəssislər konsultant innovasiya sahibkarlağının spesifik xüsusiyyətlərini nəzərdə tutan hesablamalara, gözlənilən göstəricələrə əsaslanır. Gözlənilən göstəricələrin müəyyənləşdirilməsi xüsusi yanaşmalar tələb edir. Bu yanaşma isə mövcud metodik təlimatlara uyğun olaraq yeniliklərin yaradılmasının və istifadə edilməsinin məqsədəuyğunlu- ğunun iqtisadi cəhətdən əsaslandırılması üçün göstəricələrdən istifadənin gələcək imkanlarından asılıdır.

Texniki-iqtisadi vəziyyətin qeyri-müəyyən xarakterə malik olduğu şəraitdə bir tərəfdən yeniliklərdən istifadənin hansı texniki xarakteristikasının tədqiq edilməsində heç bir aydınlığın olmaması, digər tərəfdən isə məhsullara olan tələbatın dəyişməsinə uyğun resursların qiymətinin qeyri-stabilliyi mövcuddur. Odur ki, yeniliklərdən istifadə ilə bağlı bütün faktorların nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, xarici investisiyalar bazarının tələbatının və investisiyaların qaytarılmasının (layihəyə çəkilən xərclərin ödənilməsinin) proqnozlaşdırılması məhdudlaşdınlır. Bu təcrübədən istifadə etməklə yeniliklərin iqtisadi təhlili ilə bağlı rasional yanaşmaya diqqət yetirək. Sahibkarlar bu təhlilin aşağıdakı istiqamətdə aparılmasını təklif edir: yeni məhsulun qiyməti və yeniliklərin praktikada reallaşdırıl- masına sərf edilən investisiyaların həcmi (kapital qoyuluşları). Bu metodun mahiyyəti xüsusi rəqabət prinsipi nəzərə alınmaqla marketinq tədqiqatında istifadə ilə bağlıdır. Yeniliklərdən istifadə nəticəsində istehsal edilmiş məhsulun gözlənilən (nəzərdə tutulan, proqnozlaşdırılan) qiyməti aşağıdakı metodlarla müəyyənləşdirilir:

- proqnozların rentabellik səviyyəsi və əlavə dəyər vergisi də nəzərə alınmaqla məhsulun maya dəyərinin hesablanması;

' fəsil. İnnovasiya sahibkarlığı 101


  • məhsulun keyfiyyəti istehlak xassələri ilə əlaqədar qiymətlərin səviyyəsi və alıcıların (istehlakçıların) tələbatının təhlil edilməsi yolu ilə bazar qiymətlərinin əsaslandırılması;

  • yeni məhsulun keyfiyyətinin müqayisə edilməsi yolu ilə ona şərti qiymətin müəyyən edilməsi:

Yeni məhsulların qiymətini müəyyənləşdirərkən onlar öz aralarında müqayisə edilir. Hesablamalardan əldə edilmiş nəticələri təhlil etməklə sahibkar qiymətlərin daha çox ehtimal olunan səviyyəsini müəyyənləşdirir. Qiymətlərlə bağlı zənıri informasiyaların olmadığı şə- laitdə müvafiq hesablamaların yerinə yetirilməsinin mümkün vartant- larından istifadə edilir.

Yeniliklərdən istifadə edilməklə istehsal olunmuş məhsulun qiyməti konkret dövr üçün hesablanır. Bu qiymət daimi olaraq müəyyənləşdirilmir. Bundan əlavə innovasiya siklinin mərhələləri və xarakterləri şəraitin dəyişməsinə uyğun olaraq ilkin məlumatların dəqiqləşdirilməsi ilə əlaqədar növbəti düzəlişlərə məruz qalır.

İnvestisiyaların ümumi məbləğinin hesablanması zamanı aşağıdakı fəaliyyət növləri üzrə xərclərin məbləği müəyyənləşdirilir: tikinti işləri, montaj işləri, avadanlıqların alınması və sair xərclər.

Tikinti işlərinin dəyərini hesablayarkən regionda həyata keçirilən likinti spesifik xüsusiyyətlərinə uyğun olaraq gözlənilən xərclər müəyyənləşdirilir. Hesabatlarda xüsi si tikinti əmsalının müəyyənləşdin 1- Miəsinin mühüm əhəmiyyəti vardır. Bu əmsal əvvəllər mərkəzləşmiş lormada hesablanırdı. Hazırki dövrdə mərkəzləşmiş əmsallar tikinti- montaj işlərinin yerinə yetirilməsində müqavilə qiymətlərindən istifa- kl,ı edilməsi ilə əlaqədar tətbiq olunmur. Bu əmsaldan yalnız regional inzibati idarəetmədə istifadə olunur. Ona görə də yerli əhəmiyyətli yeniliklərin tətbiqi sahibkara tikintinin dəyərinə görə müəyyən güzəşt- lorlo hesablamalar aparılmasına imkan verilir. Bu baxımdan tikinti əmsalları öz əhəmiyyətini tamamilə itirməmiş və regionda praktik olaraq istifadə edilir.

Tikinti işlərinin dəyəri proqnozlaşdırılarkən bazarda obyektlər üz-


  1. ) iri smetalar tərtib edilir. Sonra isə istehsalın həcmi və əlavə xərclər müəyyənləşdirilir. Əlavə xərclərin həcmi də birbaşa xərclərin struktu- mnda 16,3 %-dən 21,3 %-ə qədər dəyişə bilər. Ümumi tikinti işlərinin dəyəri xüsusi tikinti işləri nəzərə alınmaqla hesablanır.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə