Vfəsil. İnnovasiya sahibkarlığı 103
Yeni məhsullara investisiya xərclərinin müəyyənləşdirilməsi ilə bağlı təhlilin aparılmasında qeyd etdik ki, tikinti-montaj işləri və avadanlıqların alınması kapital aktivini təşkil edir. Bu da gəlir əldə etməyə imkan verir. Ona görə də investisiya xərclərinin səmərəliliyini müəyyənləşdirərkən xərclərin nəticələrə nibsəti göstəricisindən istifadə olunur. Bu cür yanaşma innovasiya xərclərinə, o cümlədən qeyri-maddi aktivlərin məcburi kapitallaşdırılması şərti ilə investisiya məsariflə- rinə tətbiq edilir. Praktikada qiymətli qeyri-maddi aktivlər investisiyar lara aid edilmir və iqtisadi təyinatdan çıxanlır.
Bazar münasibətləri şəraitində yeni məhsulların ticarəti zamanı sənaye məhsullarının sahibkarları öz innovasiya xərclərini satışın nəticələri ilə müqayisə etməyə çalışır və gəlirlilik səviyyəsi müəyyən edilir. Ona görə də iqtisadi təhlil zamanı istehsal edilmiş yeni məhsulun səmərəlilik göstəricələri müəyyənləşdirilir. Bu da aşağıdakı düstur əsasında hesablanır:
E + L,(K„ + Kı)
burada: E - iqtisadi səmərəlilik;
L - hesabat dövrü ərzində yeni məhsulun iqtisadi nəticəsi; - innovasiya xərcləri;
Kj - investisiya xərcləri.
İnnovasiyanın və investisiyanın səmərəlilik göstəriciləri aşağıdakı düsturla hesablanır:
E„ = Q:K„
Dostları ilə paylaş: |