Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə59/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   55   56   57   58   59   60   61   62   ...   444
Km -
burada: - məfəətlik əmvsalı;

^ - əldə edilən gəlirin məbləği;

Sl - sərf edilən xərclərin məbləği.

Yeniliklərin tətbiqindən sonra istehsalın texniki-iqtisadi səviyyəsi aşağıdakı düsturla hesablanır:



(C + E x F )

K =
burada: K - çəkilən xərclər;

C - məhsul istehsalının maya dəyəri;



E„ - səmərəliliyin normativ əmsalı (0,1-0,12)

F - əsas fondların orta illik dəyəri;

Tp - əmtəəlik məhsulun illik həcmi.

Beləliklə, yeni məhsulun iqtisadi təhlili zamanı proqnozlaşdırılan göstəricilər aşağıdakı qruplar üzrə sistemləşdirilir:



  • birinci qrupa daxil olan göstəriciləri yeni məhsulun satışından gözlənilən (proqnozlaşdırüan) iqtisadi nəticəni xarakterizə edir {Q, L);

  • ikinci qrup gösəricilər yeni məhsulların yaradılması ilə əlaqədar nəzərdə tutulan innovasiya və investisiva xərclərini xarakterizə edir ( K„, Ki)-

  • üçüncü qrup göstəricilər yeni məhsulların səmərəliliyini xarakterizə edir (E, E/, E„, K„, K, T).

İnnovasiya layihələrinin iqtisadi təhlili zamanı innovasiya proseslərinin xüsusiyyətləri ilə əlaqədar bəzi ehtimalları da nəzərə almaq zəruridir. Birinci ehtimal ondan ibarətdir ki, yeniliklərin tətbiqi zamanı əldə edilən son məhsul bazara daxil olur və kifayət qədər tələb doğurur. Lakin ən başlıcası isə istehlak xarakterinə uyğun olaraq onun dəyəri nəzərdə tutulduğundan aşağı olur. İkinci ehtimal innovasiya layihələrinin reallaşdırılmasmda zaman parametrinin kifayət qədər dəqiq müəyyənləşdirilməsi ilə bağlı olur.

105


üçüncü ehtimal isə yeni məhsulların yaradılması (istehsalı) vo re- allaşdırılmasına proqnozlaşdırılan xərclərin etibarlılıq dərəcəsinin kifayət qədər yüksək olması və gələcəkdə təsdiq edilməsi ilə bağlıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, innovasiyanm qiymətləndirilməsi problemi iki müstəqil funksiyadan ibarətdir; birincisi, bu və ya digər inkişaf istiqamətinin reallaşdınlmasmdan əldə edilən nəticələrin qiymətləndirilməsi; ikincisi, onların həyata keçirilməsinə çəkilən xərclərin müəyyənləşdirilməsi. Bu və ya digər istiqamətin seçilməsi zamanı sahibkarlar tərəfindən alternativ layihələrin müqayisəsi həyata keçirilir. Bu proses isə iki əsas

istiqamətdə aparılır:


  1. sosial qiymətləndirmə;

  2. iqtisadi ölçmə (pul istifadəsində).

Sosial qiymətləndirmə metodunun seçilməsi pul kütləsinin həcminin məhdudlaşdıniması və yeni məhsulun təzahür edən sosial-iqtisadi nəticələrinin hərtərəfli əks etdirilmə imkanlarının olmaması ilə bağlıdır. Bu yolun seçilməsi həm də ictimai səmərəlilik nəzəriyyəsinin meydana çıxmasına gətirib çıxarır. Bu da cəmiyyət üzvlərinin ehtiyaclarına uyğun olaraq buraxılan məhsulun strukturunun xarakteristikası iləbağhdır.

Sosial qiymətləndirmə sistemi əhalinin bütün ierarxik strukturunun həyat səviyyəsinin ümumiləşdirilmiş göstəricisini özündə əks etdirir. Hər bir regionda, qrupda və konkret olaraq vətəndaşlar səviyyəsində yaşayış fərqləri və sosial indeksləşmənin səviyyəsi (yeni yerləri, ekologiyanın yaxşılaşması əmtəə bazarının genişləndirilməsi) müxtəlifdir. Praktikada sosial səmərəliliyin çoxsaylı bərabərliyini müəyyən etmək isə çotindir. Belə bir şəraitdə isə həyat səviyyəsinin tədricən jmksəldil- məsi, yaşayış balansını saxlamaq üçün adambaşına istehlakın artıniması ilə bağlı məsələlər həll edilməlidir. Sosial problemlərlə bağlı vəziyyəti gərginləşdirən amillərdən biri də kəskin ekoloji problemlərin olmasıdır. Yeniliklərin tətbiqi və yeni məhsullann istehsalı ilə bağlı ekoloji risklərin qiymətləndirilməsi zamanı ilk növbədə bu sahədə mümkün ola biləcək itkiləri və xərcləri nəzərə almaq zəruridir. Bu da innovasiyalann iqtisadi nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərir.

İstehsal sferasında sahibkarlıq layihələrinin hazırlanması zamanı regionun hava atmosferində və su bazasında çirklənmədən yarana biləcək itkiləri də qiymətləndirmək lazımdır. Əgər yeni məhsulun istehsalı ekoloji şəraiti yaxşılaşdırmazsa bu halda iqtisadi səmərəlilik həmin metodika əsasında ölçülür.

Konkret innovasiya layihələrinin səmərəliliyinin əsaslandırılmasına layihənin həyata keçirilməsi bazasında onun sosial qiymətləndirilməsi, təklif edilən yeni məhsulun region ictimaiyyətinin ümumi razılığını əldə etməsi və

s. daxildir. Müasir sahibkarlıq şəraitində yeni məhsulun ictimai rəğbət əldə etməsi sosial menecmentin ən əsas problemlərindən biri hesab edilir.

108 Vaqif Niftullaycv. Sahibkarlığın əsaslan

investisiya təhlilində statistik və dinamika metodlarından istifadə olunur. Bu da kristal qiymətləndirilmənin əsasını təşkil edir. Bundan əlavə investisiya təhlilinin bazasında investisiyalaşma haqqında qərar qəbul edilir. Statistik metodlara müəyyən dövr ərzində layihələr, maliyyələşmənin xərclərinin ödənilməsi, gəlirlərin səviyyəsi, xalis gəlir, mənfə- ətlik indeksi,

rentabellik səviyyəsi və s. aiddir.

Dinamika metodunu bir sıra faktorlar xarakterizə edir. Bunlar da bazar münasibətləri şəraitində investisiya layihələrinin qiymətləndirilməsinə əhəmiyyətli dərəcədə təsir edir. Bu faktorlara ilk növbədə yeniliklərin imitatsiya modeli, iqtisadi və hüquqi mühitin dəyişmə dinamikasının nəzərə alınması aid edilir. Bu modelin tətbiq edilməsi zamanı bazar münasibətləri şəraitində mövcud olan maliyyə resurslarının ça- tışmamazhğını, pul kapitalı formasında manatın alıcılıq qabiliyyətinin aşağı düşməsini, fəaliyyət göstərən qanunvericilik aktlarının təkmil ol- marnasını və vergi siyasətinin dəyişməsini nəzərə almaq vacibdir.

İnvestisiyalaşma zamanı müəssisənin maliyyə vəziyyətinin təhlili mühüm əhəmiyyət kəsb edir. Bunların da əsasında yeniliklərin həyata keçirilməsinə başlanır. Bundan ötrü obyektin yeniliklərinin tətbiqinə qədərki və ondan sonrakı dövrdə vəziyyətini əhatə edən xüsusi göstəricilər və əmsallar sistemində istifadə olunur. Bu göstəricilərə ilk növbədə müəssisənin öz öhdəliklərini yerinə yetirməyə imkan verən ödəniş qabiliyyəti, öz xüsusi aktivlərindən istifadə səviyyəsi aid edilir. Bundan əlavə təhlil zamanı səhm kapitalından və əmlak öhdəliklərindən istifadə göstəriciləri də tətbiq edilir.

Layihəloşmənin təşkilati tərəfləri aşağıdakı mərhələləri əhatə edir;


  • layihənin əhəmiyyətinin müəyyənləşdirilməsi (dövlət, regional, yerli);

  • podratçılar əsas malgöndərənlər daxil olmaqla, şəriklərin təşkilat-hüquqi formalarının statuslarının müəyyənləşdirilməsi;

  • risklərin sığışdırılması da daxil olmaqla, investorlara təminat verilməsi (siyasi bank təminatı).

Layihənin növləri ilə bağlı yuxarıda göstərilən hesablamalar daha çox praqnoz xarakteri daşıyır və tez-tez bir-birilə ziddiyyət təşkil edir. Yeniliklərin perspektivi iştirakçıların subyektiv maraqlarından da çox asılıdır. Ona görə də sahibkar istehsala investisiyalar qoyulması haqqında qərar qəbul edərkən həmişə riskə gedir. Düzgün biznes strategiyasının seçilməsi, yeniliklərin peşəkarcasına texniki-iqtisadi cəhətdən qiymətləndirilməsi, innovasiya prosesinin müasir dövrün tələblərinə uyğun təşkili risklərin səviyyəsini aşağı salmasına və sahibkarlıq fəaliyyətinin nəticələrinin yüksəldilməsinə və stabilləşdiril- məsinə zəmin yaradır.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə