Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə60/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   56   57   58   59   60   61   62   63   ...   444
109
VI FƏSİL.

Kiçik müəssisələrin sahibkarlıq fəaliyyəti

§ 1. Kiçik müəssisələrin əhəmiyyəti və vəzifələri



Bazar iqtisadiyyatında kiçik müəssisələrin yeri və rolu. Bazar münasibətləri şəraitində iqtisadiyyatın struktur quruluşunun formalaş- dırılmasında ən aparıcı problem dövlətsizləşdirmə və dövlət inhisarında olan əmlakın özəlləşdirilməsidir. Bu problem dünya praktikasında əsas etibarilə xırda, kiçik, orta müəssisələrin yaradılması yolu ilə həll edilir. Bu müəssisələrdən hər biri istehsal vasitələrinin şəxsi sahibi olduğundan, təbiidir ki, istehsal olunan məhsullara da sərəncam vermək hüququna malikdirlər. Ölkə iqtisadiyyatının hər bir sahə və sferasında kiçik bazar strukturlarının formalaşması iqtisadi proseslərin dünya təsərrüfatçılıq təcrübəsində mövcud olan tendensiyalarına cavab verir. Odur ki, dünyanın bütün ölkələrində xırda biznes sferasında müxtəlif profillər üzrə çoxlu sayda kiçik və xırda müəssisələr fəaliyyət göstərir.

Müasir şəraitdə dünya ölkələrinin iqtisadiyyatında şəxsi və ailə üzvlərinin fərdi əməyinə əsaslanaraq fəaliyyət həyata keçirən orta və kiçik müəssisələr bərabər təsərrüfatçılıq şəraitində fəaliyyət göstərirlər.

Müəssisələrin həcmi bu və ya digər sahənin spesifikasından, onun texnoloji xüsusiyyətindən, fəaliyyət sahəsinin səmərililiyindən asılıdır. Elə sahələr vardır ki, onlar yüksək kapital tutumuna, əmək tutumuna və istehsal həcminə malik olur. Ona görə də böyük həcmli müəssisələrin olması tələb edilmir.

Müasir iqtisadiyyat üçün istehsalın miqyası üzrə müxtəlif və mürəkkəb kombinasiyalar - iri istehsal strukturlu tendensiyalar xarakterikdir ki, ona da bir çox faktorlar təsir edir. Onu da qeyd etmək lazımdır ki, elmi-texniki tərəqqinin davamlı tendensiyaları bir tərəfdən istehsalın təmərküzləşməsinə gətirib çıxarmışdır. Xüsusilə iri firmalar böyük maddi, maliyyə və əmək resurslarına, həmçinin ixtisaslaşmış kadrlara malik olmaqla çoxsaylı resursları özündə birləşdirirlər. Ona görə də onlar iri miqyaslı elmi-texniki əməliyyatlar həyata keçirməyə qadir olurlar.

Digər tərəfdən isə son zamanlar xırda və orta sahibkarlığın görünməmiş dərəcədə inkişafı hiss edilməkdədir. Bu proses xüsusilə o sferalarda mövcud olur ki, burada çoxsaylı maliyyə vəsaitlərinə, avadanlıqların və əmək ehtiyatlarının böyük həcminə o qədər də

110 Vaqif Niftullayev. Sahibkarlığın əsasları

ehtiyac olmur. Kiçik və orta müəssisələr xüsusi ilə istehlak məhsullarının istehsalı ilə bağlı olan sahələrdə yaranır və fəaliyyət göstərir.

İstehsalın xırda formalarının səmərəli fəaliyyət göstərmək imkanları iri istehsalla müqayisədə bir sıra üstünlüklərə malikdir. Bunlar aşağıdakılardan ibarətdir;



  • yerli bazarlara məsafə baxımından yaxınlıq;

  • istehlakçıların (müştərilərin) tələbatlarına maksimum uyğunlaşma;

  • iri firmalar üçün əlverişli olmayan xırda
    Yüklə 1,54 Mb.

    Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə