Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə61/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   57   58   59   60   61   62   63   64   ...   444
partiyalarla məhsul istehsalı;

  • idarəetmədə paralel səviyyələrin ixtisar edilməsi.

    Araşdırmalar göstərir ki, xırda istehsal şəxsi istehlak sferasında tələbatların fərdiləşməsinə və differensiallaşmasına imkan yaranır. Xırda və orta səviyyəli istehsalın inkişafı öz növbəsində iqtisadiyyatın sağlamlaşdırılması üçün əlverişli şərait yaradır. Belə ki:

    • rəqabət mühitinin inkişafını;

    • əlavə yerlərinin yaradılmasını;

    • struktur yenidənqurulmasının fəallaşdınlmasını;

    • istehlak sektorunun genişləndirilməsini təmin edir.

    Kiçik müəssisələrin yaradılması və inkişafı eyni zamanda əmtəə və xidmətlər bazarının doydurulmasma, ixrac potensialının yüksəldilməsinə, yerli xammal ehtiyatlarından səmərəli istifadə edilməsinə aparan magistral yol hesab edilir.

    Əmək tutumlu sahələrin genişləndirilməsi əhalinin sahikarjıq fəaliyyəti üçün imkanların həmçinin sərbəst istehsal güclərindən və yaradıcılıq səylərindən maksimum istifadə baxımından kiçik müəssisələrin yaradılmasına imkan verir.

    Müxtəlif ölkələrdə kiçik müəssisələrin formalaşması təcrübəsi. Dünya təcrübəsi göstərir ki, kiçik müəssisələr iqtisadiyyatda çox mühüm rol oynayır. Son bir neçə ildə Qərbi Avropa, ABŞ və Yaponiyada kiçik biznes çox böyük vüsət almış, çoxsaylı kiçik və orta müəssisələr toplusu yaranmışdır. Bu adı çəkilən müəssisələr toplusunda 20 nəfərədək işçisi olan kiçik müəssisələr daha çox xüsusi çəkiyə malikdirlər. Kiçik müəssisələr yeni iş yerlərinin artınimasmı təmin edir. Bu isə ölkədə işsizliyin ixtisar edilməsinə imkan verir.

    Kiçik müəssisələr təkcə istehlak sferasında deyil, həm də müəssisələr üçün əlverişli olmayan məhsul buraxılışında da səmərəlidir. Bundan əlavə kiçik müəssisələrin səmərəliliyi son məhsulun istehsalı üçün zəruri olan yanmfabrikatların və s. buraxılışında da özünü göstərir. Bütün bunlar isə cəmiyyətin iqtisadi həyatında kiçik müəssisələrin rolu və yerinin müəyyən edilməsinə kompleks yanaşmanın zəruriliyini əsaslandırmağa imkan verir. Xırda və orta müəssisələrin fəaliyyətinə əsaslanan kiçik sahibkarlığın çox böyük ehtiyat mənbələri mövcuddur.




    Yüklə 1,54 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   57   58   59   60   61   62   63   64   ...   444




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə