Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


VI fəsiL Kiçik müəssisələrin sahibkarlıq fəaliyyəti



Yüklə 1,54 Mb.
səhifə62/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   58   59   60   61   62   63   64   65   ...   444
VI fəsiL Kiçik müəssisələrin sahibkarlıq fəaliyyəti 111

Məsələn, ABŞ-da kiçik və orta firmalar ümumi daxili məhsulun 40 faizini, xüsusi sektorlarda isə ümumi daxili məhsulun yarıya qədə- rini istehsal edir. Kiçik və orta firmalar emal sənayesinin 21, tikintinin XO, topdansatış ticarətinin 86, xidmət sferasının 81 faizində fəaliyyət göstərir. Bu müəssisələrdə isə xüsusi sektorda çalışan işçilərin, demək olar ki, yarısını tətbiq etibarilə özündə birləşdirir. Bu müəssisələrdə elmi-texniki tərəqqinin inkişafı daha yüksək səviyyədə təmin olunur.* Ona görə də onlar iri müəssisələrlə müqayisədə orta hesabla bir Amerika dolları məsarifinə 17 dəfə çox yeni avadanlıq tətbiq edirlər.

Son illər Avropa ölkələrində kapitalın təmərküzləşməsi və mər- kəzləşməsi sürətlənmişdir. Məsələn, Belçikada ağır sənaye istehsalı, İspaniyada neft konsernləri, Danimarka və Hollandiyada aqrar-sənaye komplkesi, İsveçdə əczaçılıq və ağac emalı, İsveçrədə saat sənayesi çox güclü inkişaf etmişdir. Bu ölkələrdə kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin-.ən mühüm cəhəti ondadaır ki, kiçik və orta firmaların dağılması kiçik biznesin aradan çıxmasına gətirib çıxarmadı. Bu isə onların təkrar istehsal qabiliyyətini bir daha aşkara çıxardı və iri konsernlər tərəfindən onlara olan maraqları artırdı. Qərbi Avropa ölkələrində emal sənayesi məhsullarının yarıya qədə- rini kiçik və orta müəssisələr istehsal edirlər. Bu isə iqtisadiyyatda inhisarçılığın yaranmasına gətirib çıxarmır və onların özlərinin bütün qüvvəsini daxili istehsalın artmasına və daxili bazarın qurulmasına yönəldirlər. Transmilli korporasiyalar isə onların məhsullarının yerli istehsalda daha çox xüsusi çəkiyə malik olmaq imkanlarını artırır. Rəqabət nəticəsində dağılmış və müflisləşmiş kiçik müəssisələr öz yerlərini daha yenilərinə verirlər. Onlar isə istehsala xidmət edirlər. Məhz bütün bunlara görə də böhran illərində belə xırda bizneslə məşğu olanların sayı azalmır.

Kiçik müəssisələrin inkişafına əksər ölkələrdə yardım göstərilir. 13 u cür faktorlar təsdiq edir ki, kiçik və orta müəssisələrin fəaliyyətinə əsaslanan kiçik sahibkarlıq ictimai-zəruri əməyin təşkilinin yeni forması olub bütün ölkələrdə sosial-iqtisadi mənafelərə cavab verir. Bu fəaliyyət növü istər bütövlükdə ölkənin iqtisadiyyatı üçün və istərsə liə fərdi qaydada ayn-ayn vətəndaşlar üçün-eyni dərəcədə əlverişli olduğundan dövlət tərəfindən tanınır və yardım edilir. Kiçik müəssisələrə əlavə əməyə əsaslanan ictimai istehsal prosesləri də daxil olur. Bu /aman isə yeni dəyər yaradıcılığından milli gəlir və milli sərvəti artırmaq olur. Ona görə də inkişaf etmiş ölkələrin zəngin təcrübəsi göstərir ki, kiçik sahibkarlıq bu gündə və gələcəkdə də səmərəli iqtisadi inkişafın ən mühüm mənbəyi hesab edilir.

Kiçik sahibkarlığın subyekti kimi kiçik müəssisələr dedikdə burada həmçinin hüquqi şəxs olmadan belə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də nəzərdə tutulur. Kiçik müəssisələr mülkiyyə- im dövlət, xüsusi və qarışıq formaları əsasında yaradılır.

112 Vaqif Niftullayev. Sahibkarlığın əsasları

Keçmiş İttifaq respublikalarında və o cümlədən ölkəmizdə 1990- cı illərin əvvəllərində kiçik müəssisələr ən çox dövlət müəssisələrinin bazasında yaradılırdı. 1991-ci ildən isə kiçik müəssisələrin yaradılmasında məhdud məsuliyyətli yoldaşlıq formalarından istifadə edildi. 1991 -ci ilin ikinci yarısından etibarən kiçik müəssisələr xüsusi mülkiyyətin bazası əsasında yenidən təşkil edildi.

Ailə tipli kiçik müəssisələrə də dünya praktikasında daha çox rast gəlinir. Bir çox hallarda ailə tipli kiçik müəssisələrin yaradılması qeyri-yaşayış tipli binaların icarəyə götürülməsinin mürəkkəbliyi və baha- lığı ilə izah olunur. Bir sıra hallarda kiçik müəssisələrin yaradılmasında yerli hakimiyyət oqranları da iştirak edirlər. Təsisçinin əmlakı isə qeyri-yaşayış binalarının icarə şərti ilə verilməsi hesab edilir.

Kiçik müəssisələrin inkişafı xalq təsərrüfatının inhisarsızlaşdırıl- masının ən mühüm elementi hesab edilir. Bu zaman isə istiqamət aşağıdakılar hesab edilir:


  • müstəqil istehsalat təsərrüfat fəaliyyətinə malik blokların ayrılması;

  • iri müəssisələrin tərkibində kiçik orta həcmli müəssisələrin kollektivlərinin ayrılması;

  • iri müəssisələrin təşəbbüsü ilə kiçik və qız müəssisələrinin yaradılması.

Beləliklə, kiçik müəssisələr ilk növbədə müəssisə və birliklərin tərkibindən struktur vahidlərinin və istehsal vahidlərinin və istehsal bölmələrinin ayrılması, digər hallarda isə səhm qoyulması əsasında yaradıla bilər. Bazar münasibətlərinə keçildiyi və bazar infrastrukturunun yaradıldığı müasir şəraitdə axırıncı yol daha optimal hesab edilir.

Kiçik müəssisələr dövlət, ictimai, kooperativ müəssisələrlə, xüsusi şəxslərlə həmçinin mülkiyyətin digər formalanna əsaslanan təşkilatlarla birlikdə təsis edilə bilər.

İnkişaf etmiş ölkələrin iqtisadi praktikası göstərir ki, sahibkarlığın hər hansı formasının inkişafı əsas etibarilə iki şərtdən: bütünlüklə ölkədəki və onun regionlarındakı daxili iqtisadi şəraitdən və konkret sahibkarın təsərrüfat məqsədlərini reallaşdırmaq üçün öz hüquqlarından istifadə etməsi imkanlarından asılıdır. Bu faktorlar daha əhəmiyyətli dərəcədə mikroiqtisadiyyatın inkişafına da təsir göstərir. Belə ki, konkret şəraitdə bu faktorların təsərrüfatın konyukturuna və qəbul edilmiş iqtisadi qərarların son nəticəsinə təsiri çox böyükdür.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə