Nitq mədəniyyətinin əsasları


Məktəblinin məlumat kitabı”



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə127/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   145
Azf-277620

Məktəblinin məlumat kitabı”
adlı vəsaitdə mədəni danışmaq 
üçün aşağıdakılar tövsiyə olunur. 
“Söhbət zamanı ehtiramlı və diqqətli ol. Söhbət etdiyin adamın sözünü 
kəsmə, ona diqqətlə qulaq as. Əgər bir sözü başa düşməmişsənsə, yaxud eşidə 
bilməmişsənsə belə de: “Bağışlayın, mənə aydın olmadı”, sonra isə ondan 
dediyini bir də təkrar etməsini xahiş et. Böyüklər səndən bir şey soruşmayınca 
onların söhbətinə qarışma, yaxud onları maraqlandıran bir məsələ barəsində 
bildiyini demək üçün mütləq onlardan icazə al. 
Yalnız bildiyini de. Uzunçuluq etmə. Hər şeyi səlis, qaydasınca danış. 
Dediyin bir şeyi yenidən təkrar eləmə. Bir söhbəti yarımçıq kəsib, başqasına 
keçmə. Çox hündürdən danışma, sözləri bütöv de. Elə sözlər seçib de ki, onlar 
sənin ifadə etmək istədiyin fikri daha aydın göstərmiş olsun. 
Yeri gəldikcə “xahiş edirəm”, “buyurun”, “təşəkkür edirəm”, “çox sağ 
olun” sözlərini işlət. 
Fikir ver ki, danışığın düzgün, ədəbi olsun. Pis, kobud sözlər işlətmə, 
“bəli” əvəzinə “hə” demə, “əşşi”, “şeydir”, “zaddır” və s. kimi sözləri işlətmə. 
Yoldaşlarına inciklik gətirən ləqəblər vermək pis şeydir. Ləqəb qoymaq, 
yoldaşın, yaxud böyüyün hörmətini saxlamamaq deməkdir”. 
Yeri gəlmişkən göstərək ki, məktəblərimizin yarandığı dövrdən etibarən 
müəllim və yazıçıların tərtib etdikləri dərslik və dərs vəsaitlərində (Abbasqulu ağa 
Bakıxanov. “Nəsihətnamə”, 1836; Seyid Əzim Şirvani. “Məcmuəyi-asari Seyid 
Əzim Şirvani”, 1870; Firudin bəy Köçərli. “Balalara hədiyyə”, 1912; Şeyxzadə 
Hafiz Məmmədin. “Fəsahət və bəlağət, fənni-inşa və üsuli-kitabət”, 1908 və s.) 
nəzakətli hərəkət, danışıq məsələlərinə xüsusi əhəmiyyət verilmişdir. Bu məqsədlə 
dərslik və vəsaitlərə şagirdləri mədəni nitqə, nəzakətli davranış qaydalarına 
yiyələndirmək baxımından faydalı sayılan bir çox nəsihətlər, məzəli əhvalatlar, 
hekayələr, atalar sözləri, zərbi-məsəllər və s. salınmlşdlr. Bu təcrübə, ənənə 
mövcud dərsliklərin tərtibində nəinki nəzərə alınmalı, həm də inkişaf 
etdirilməlidir. 


231 
Aşağı siniflər üçün yazılmış dərsliklərdə mədəni davranış, danışıq 
qaydalarını, böyük-kiçik münasibətlərini ifadə edən etiketlərin bəziləri məktəb
dərsliklərində - mətnlərdə, çalışmalarda çox da olmasa, müəyyən dərəcədə öz 
əksini tapmışdır. Məsələn, II sinfin dərsliyində “Nəzakətli sözlər” başlığı ilə 
aşağıdakı dialoq verilmişdir: 
-
Bağışlayın, saat neçədir? 
-
Səkkizə beş dəqiqə qalıb. 
-
Təşəkkür edirəm 
-
Mümkünsə bu küçənin adını deyin. 
-
“İstiqlal”. 
-
Çox sağ olun. Sizi narahat etdiyim üçün üzr istəyirəm. 
-
Əmican, xahiş edirəm, bu pulu xırdalayın. 
-
Buyur. 
-
Minnətdaram

Lakin bu azdır. Dərsliklər, xüsusilə aşağı siniflərin dərslikləri belə 
mətnlərlə zəngin olmalıdır ki, məktəblilər xalqımızın təfəkkür tərzində, etik 
görüşlərində, yazılı və şifahi ədəbiyyatında yaratdığı nəzakətli davranış və nitq 
normalarını öyrənsinlər və əxz etsinlər. Bu baxımdan yazıçı Y.Əzimzadənin “Hə, 
yoxsa bəli” hekayəsi xarakterikdir. 
“Mən balaca idim. Bilirdim ki, başqaları çağıranda gərək “bəli” 
deyəsən. Kim məni çağırsa “hə” deyərdim. Anam bir neçə dəfə mənə acıqlanıb 
demişdi: 
- “Hə” yox, “bəli”... 
Bir dəfə də uzaq qohumlarımızdan qoca bir kişi bizə qonaq gəlmişdi. 
Söhbət vaxtı məndən soruşdu: 
- Adın nədir, bala? 
- Murad. 
Aradan bir az keçdi. Qoca bir də məni çağırdı: 
- Oğlum. 
 Mən həmişə olduğu kimi dedim: 


232 
- Hə .
Qoca elə bil cavabımı eşitmədi, bir də çağırdı. 
Mən yenə “hə” sözünü ucadan təkrar etdim... Qoca çox acıqlı halda 
üçüncü dəfə adımı çağırdı. 
Mən yenə də “hə” deməyə hazırlaşırdım ki, birdən “bəli” sözü yadıma 
düşdü. Bildim ki, qoca məndən bunu tələb edir. Utana-utana yavaşcadan dedim: 
- Bəli. 
Bax belə, - deyə qoca gülümsündü. – İndi səndən xoşum gəldi”. 
Dərsliklərimizdə belə mətnlərin sayını mümkün dairəsində artırmaq 
lazımdır. Bu, milli dəyərlərimizi qorumaq baxımından faydalıdır. Nitqin etik 
qaydaları, etiketləri kiçik yaşlarından başlayaraq şagirdlərə öyrədilməli, onlarda 
bu etiketlərdən istifadə bacarığı formalaşdırmalıdır. Bu məqsədlə digər üsullarla 
yanaşı, dərsliklərdə verilən və ya müəllimin özünün tərtib etdiyi çalışmalardan da 
istifadə etmək olar. Bir metodik vəsaitdə tövsiyə edilən çalışmalardan 
aşağıdakıları nümunə kimi göstərək: 
1.
Tutaq ki, sən mağazaya girib köynək almaq istəyirsən. Xoşladığın 
köynəyi sənə göstərməsi üçün satıcı qıza necə müraciət edərsən? 
2.
Fərz edək ki, məktəbinizə gəlmiş hörmətli qonağı qarşılamağı sənə 
həvalə etmişlər. Sən qonağı qarşılayarkən hansı sözlər işlədərsən? 
3.
Yaxın və uzaq, yaşlı və cavan, kişi və qadına müraciətinin hansı 
fərqli variantları vardır? 
4.
Hansı halda müsahibə “sən”, hansı halda “siz” deyə müraciət etmək 
lazımdır? 
5.
Yaxın dostunun ad günündə sənə çıxış üçün söz versələr, hansı xoş, 
ürəkoxşayan etiketlərdən istifadə edərdin? 
6.
Valideynlərini (dostunu, yoldaşını) qatarla və yaxud təyyarə ilə yola 
salarkən hansı xoş, nəzakətli sözlər söyləyərdin? 
7.
Öz yoldaşlarının danışığında hansı nitq etiketi qüsurlarını müşahidə 
etmisən? 


233 
8.
Səni tanımadığın bir adamla tanış etsələr, onunla ilk ünsiyyətində 
hansı sözləri işlədərdin? 
9.
“Bağışlayın”, “Üzr istəyirəm”, “Zəhmət olmasa deyin” ifadələrini 
hansı məqamlarda işlətmək olar? 
10.
Çoxdan görüşmədiyin bir dostun qarşına çıxarsa sən hansı sözləri, 
ifadələri işlədərsən? 
Belə çalışmaları məqsəd və məqamdan asılı olaraq istənilən qədər tərtib 
etmək olar (39, 33).
Mədəniyyətə, o cümlədən də nitq mədəniyyətinə sahib olmaq rəhbər işçi 
üçün daha vacibdir. Kollektivdə şəxsiyyətlərarası münasibətləri tarazlamaq, 
münaqişəli məsələləri yoluna qoymaq, sağlam psixoloji iqlimi yaratmaq, çağdaş 
idarəetmənin tələblərini yerinə yetirmək üçün rəhbər işçi digər keyfiyyətlərlə 
yanaşı, yüksək mədəniyyətə, nümunəvi danışıq qabiliyyətinə sahib olmalıdır. 
Nəzakətli ünsiyyət, xoş rəftar və qarşılıqlı anlaşma harda varsa, xeyir-
bərəkət də ordadır, orada işlər gedir, əmək məhsuldarlığı artır, adamlar sağlam və 
uzunömürlü olurlar. Bəziləri hesab edirlər ki, işçini ram etmək üçün onunla 
kobud danışmaq, sərt rəftar daha yaxşıdır. Burada qədim yunan filosofu Sokratın 
bir kəlamı yerinə düşərdi: “İnsan dünyanı dərk etməzdən əvvəl özünü dərk 
etməlidir”. Doğrudan da, insan üçün çətin şeylərdən biri özünüdərketmə, “mən”in
dərkidir. Özünü dərk edənlər həm də yüksək nitq mədəniyyətinə, nəzakətli danışıq 
qabiliyyətinə, təmkin və səbrə sahib olurlar. 
Cəbrayıl şəhər orta məktəbinə uzun illər rəhbərlik etmiş İslam Məmmə-
dovu şagirdləri və iş yoldaşları xoş duyğular və hörmət hissi ilə xatırlayırlar. 
Danışırlar ki, İslam müəllim məktəbə rəhbərlik etdiyi neçə onilliklərdə bir dəfə 
də olsun tabeçiliyində olanlara səsini qaldırmamışdı, ən kritik hallarda, ən çətin 
məqamlarda səbrini basmağa, əsəblərini cilovlamağa, öz yoldaşlarını qoruyub, 
hifz etməyə nail olardı, kollektivin nöqsana yol vermiş üzvü ilə elə səbrlə
təmkinlə, milli, əxlaqi, etik normalara uyğun kübar ağsaqqallığı ilə söhbət edir, iş 
aparardı ki, həmin adam bir də elə səhvə yol verməzdi. Onun lap kəskin şəkildə 
olan danlağı da ata böyük qardaş öyüdü kimi səslənərdi. Bu idarəçilik 


234 
mədəniyyəti, nəzakətli davranışı və danışığı onu kollektivin nəzərində ucaldar, 
nüfuz sahibi edərdi” (“Xüdafərin” qəzeti, 18 oktyabr, 2001-ci il). 
Həyatın bütün sahələrində, xüsusən dövlət idarəçiliyində insanlara 
göstərilən xidmətlərdə etik qaydalara əməl olunması vətəndaş məmnunluğunun 
təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan 
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar 
üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara 
göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan 
Respublikası Prezidentinin 13 iyul 2012-ci ildə imzaladığı fərmanda vətəndaşlara 
münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl olunması, vətəndaş 
məmnunluğunun təmin edilməsi zəruriliyi xüsusi qeyd olunmuşdur. Fərmanda bu 
məqsədlə fəaliyyət göstərəcək dövlət orqanlarının əməkdaşları üçün etik davranış 
üzrə kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, 
dinləmə, izahetmə bacarığını inkişaf etdirən müxtəlif treninqlərin keçirilməsinin 
təmin olunması tələb edilir. Dövlət orqanları əməkdaşlarının qarşısına qoyulan bu 
tələb cəmiyyətimiz üçün olduqca önəmlidir, onun yerinə yetirilməsi çox vacibdir. 
Böyük Nizami çox yerində demişdir: 
Çalış ədəbli ol hər sözündə sən 
Ədəblə danışsın səni dinləyən. 
Əqilli bir işdir yumşaq danışmaq, 
Axmağın işidir kobudluq ancaq. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə