Nitq mədəniyyətinin əsasları


Nitqin etik qaydalarına əməl etmək



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə126/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   145
Azf-277620

Nitqin etik qaydalarına əməl etmək.
Danışıq zamanı başqasının heysiy-
yətinə toxunan, şəxsiyyətini təhqir edən, ədəb qaydalarına uyğun olmayan söz və 
ifadələrə (məsələn,
zırrama, qurumsaq, qanmaz, anlamaz, gopa basma, içəri 
soxulmaq, meymun, keçəl, xosunlaşmaq, kəllən haqqı, böyük fısqırıq, burnunu 
soxmaq, əkilmək, məzələnmək, anqırmaq, bağırmaq, soxuşdurmaq, burcutmaq, 
aradan sürüşmək, dürtmək (yemək mənasında), sərsəm, boşboğaz, toqqanın altını 
bərkitmək, özü doğub göbəyini özü bağlamaq, ipli-mıxlı yoxa çıxmaq, eşşəyin 
quyruğuna bağlamaq
və s.) yol verilməməlidir. Bu cür sözlər və ifadələr hansı 
münasibətlə deyilməsindən asılı olmayaraq həmişə böyük narazılıqla qarşılanır və 
çox zaman adamların inciməsinə, bəzən isə hətta savaşmasına da səbəb olur. 
Xalqın milli təfəkkürünə, etnoqrafiyasına, ənənələrinə uyğun müəyyən 
nitq etiketi normaları, qaydaları vardır ki, hər bir mədəni və savadlı adamın onlara 
əməl etməsi nitq mədəniyyəti baxımından zəruri sayılır. Danışığın milli 
mintalitetimizə uyğunluğu ünsiyyətin müxtəlif məqamları, situasiyalarında söz, 
ifadə, nitq etiketlərindən düzgün istifadə edilməsində özünü göstərir. Ən münasib, 
xoşagələn etiketlərin (nəzakətli, ürəkaçan söz və ifadələrin) yerində işlədilməsi 
ünsiyyətə girənlər, dinləyicilər tərəfindən razılıqla qarşılanır. İnsanın arzusu, 
istəyi, hətta bəzən də taleyi çox zaman onun müvafiq nitq etiketlərini işlədə 
bilməsindən asılı olur. Bu tələblərin gözlənilməməsi insanların narazılığına, 
münasibətin, qarşılıqlı anlaşmanın pozulmasına gətirib çıxarır. 
Ali məktəb praktikasında tələbələrin onlara dərs deyən müəllimi başqası 
ilə əvəz etmək barədə müraciətinin dəfələrlə şahidi olmuşuq. Müəllim və tələbə 
münasibətində belə xoşa gəlməyən hal əksərən danışıq etikasının pozulması, 
tələbəyə qarşı kobud söz və ifadənin işlənilməsi nəticəsində baş verir. İnsan bütün 
hallarda öz danışığına nəzarət etməyi, ifadələri ölçüb-biçməyi bacarmalı, heç bir 
vəziyyətdə etika qaydaları pozulmamalıdır. Xüsusi gərginlik keçirən adamlar çox 
vaxt əsəbi danışır. Belələrinə onu tanıyanlar “əsəbidir, bənd olmayın” deyə bəraət 
verirlər. Əslində heç də belə olmamalıdır. Qeyri-normal danışığa görə adamlar 
məzəmmət edilməlidir. Həm ailədə, həm də ictimai yerlərdə nitqin etik normaları 
gözlənilməli, lüzumsuz, təhqiramiz sözlər işlədilməməlidir. 


228 
Cəmiyyətdə, kollektivdə, ailədə və s. yerlərdə hər bir fərdin şəxsiyyətinə, 
mənliyinə hörmət edilməlidir. Amma çox vaxt belə olmur. Müəyyən bir münaqişə 
fonunda tərəflərdən biri başqasına qarşı qaba və nalayiq sözlər, ifadələr (məs.: 
qotur, yaramaz, alçaq, ləçər, əclaf, tülkü, bayquş, qoyun, eşşək, donuz, heyvərə və 
s.) işlədir ki, bununla da onu təhqir edir, şəxsiyyət və mənəviyyatını alçaldır. 
Başqasına qarşı hər hansı bir münasibətlə qaba və təhqiredici sözlər işlətməsi 
həmin adamın özünün lazımi əxlaqi keyfiyyətə sahib olmadığını göstərir. 
Tanışlarımdan biri haqsız təhqirə məruz qalmışdır. Soruşduqda ki, niyə cavab 
vermədin, o dedi ki, bu mənim üçün çətindir, tərbiyəm buna yol vermir. 
İnsanlar arasında müxtəlif səbəbdən konfliktlər, narazılıqlar, mübahisələr 
və s. ola bilər. Bütün hallarda etik normalar gözlənilməli, təhqiramiz sözlərə, 
ifadələrə yol verilməməlidir. Bunları işlədənlər tənbeh olunmalıdır. Nitqə verilən 
bu tələb məktəb praktikasında xüsusi əhəmiyyət kəsb edir. Nitqin etik
normalarını şagird və tələbələr daha çox müəllimin danışığı ilə mənimsəyir, əxz 
edirlər. Bu cəhət nəzərə alınmalı, hər hansı bir səbəbdən əsəbilik keçirən müəllim 
şagird, tələbə və digərləri ilə ünsiyyətdə özünü dərhal ələ almağı, danışığında 
heysiyyətə toxunan, şəxsiyyəti təhqir edən söz və ifadələr (məsələn, qanacaqsız, 
tərbiyəsiz, alçaq, yekəbaş, başdan xarab, qanmaz, heyvərə, kütbeyn, tupoy və s.) 
işlətməkdən çəkinməlidir
Müəllim-şagird, müəllim-tələbə münasibətində müəllimin davranışı, 
rəftarı, şəxsi mədəniyyəti, ən başlıcası isə davranış tərzi hər zaman önəmli rola 
malik olmuşdur. Son psixoloji ədəbiyyatda təlimin humanistləşdirilməsi şəraitində 
müəllimin xarakteri aşağıdakı cəhətdən səciyyələndirilir: hər şagirdə hörmətlə 
yanaşmaq, onun taleyi ilə yaxından maraqlanmaq, şagirdin qabiliyyət və 
istedadına optimistcəsinə hörmət etmək, şagirdlə partnyor kimi əməkdaş olmaq, 
stimullaşdırma yolu ilə şagirdlərdə daxili motivlər yarada bilmək, şagird 
nöqsanlarına dözümlülük göstərməyi bacarmaq, ünsiyyət mədəniyyətinə sahib 
olmaq. Rusiya məktəblərində bu məqsədlə “Ünsiyyət mədəniyyəti” adlı fənn 
tədris olunur. Həmin fənnə təkcə nitq mədəniyyəti deyil, dilxarici aspektlər də 
daxil edilmişdir. 


229 
Göründüyü kimi, ünsiyyət, danışıq mədəniyyəti ziyalı - müəllim 
portretinin əsas cizgilərindən biridir. Nitqin etik normalarının daşıyıcısı və 
qoruyucusu kimi müəllim bu sahədə valideynlərlə müntəzəm söhbət aparmalıdır. 
Bəzən valideynlər, ata-ana, ailənin digər yaşlı üzvləri evdə bir-birinə qarşı normal 
olmayan münasibət zəminində kobud, təhqiramiz sözlər işlədirlər. Belə sözlər 
dərhal uşaqların danışığına keçir, başqaları ilə kiçicik ixtilaf zamanı həmin sözləri 
işlədirlər. Valideynin uşağa hər hansı bir münaqişə zəminində bu cür sözlər 
işlətməsi daha dözülməzdir. Uşağa məhəbbət, uşaq şəxsiyyətinə hörmət hal-
hazırda qabaqcıl ölkələrin tərbiyə sistemində çox əhəmiyyətli məsələ hesab 
olunur. Amerika pedaqoqu məşhur Benciamin Spok özünün “Analarla söhbət” 
kitabında uşaqlara, onların şəxsiyyətinə hörmət və ehtiramdan bəhs edərək 
göstərir ki, uşaqlar hər hansı bir səbəbdən intizamsızlıq edirsə, qayda-qanunu 
pozursa, biz, adətən, özümüzü həmin şagirdi vaxtında nəzarətdə saxlamamaqda və 
ya ona qarşı lazımi cəza tədbiri görməməkdə məzəmmət edirik. Əslində isə heç də 
belə olmamalıdır. Bunun səbəbini uşağa, onun şəxsiyyətinə müəllimin, valideyn-
lərin və digərlərin hörmətinin, məhəbbətinin, sevgisinin, nəvazişinin azlığında, 
etinasızlıq və biganəliyində axtarmaq lazımdır (58, 27). 
Natiqin nitqi, danışığı onun şəxsiyyətini, mədəni səviyyəsini, dünya-
görüşünü müəyyənləşdirən, ətrafdakılarla münasibətini nizamlayan başlıca amil-
dir. Təcrübədə olduğumuz məktəblərdə divardan asılmış davranış qaydalarının bir 
neçəsində müəllim nitqinə verilən tələblərdən bəhs olunur. 
Çalışın, nitqinizdə 
qüsurlara yol verməyəsiniz. Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alıb onlarla 
danışmaqda ehtiyatlı olun. Şagirdlərə müraciət edərkən pedaqoji qayda və 
tələblərə riayət edin
və s. Bu tələblərdə aydınlıq və konkretlik az olsa da, hər 
halda müəllim nitqinin etik normalarına əməl olunmasının vacibliyi qeyd edilir, 
nəzərə çarpdırılır. 
Nəzakətli danışıq qaydalarının şagirdlər, eləcə də tələbələr üçün tərtib 
edilib divardan asılması və ya dərs vəsaitinin (məsələn, dəftərlərin) üz qabığında 
nəşr edilməsi və s. formada nəzərə çatdırılması ancaq fayda verə bilər. Vaxtilə 
məktəblərimizdə belə bir təcrübə olmuşdu. Məsələn, 60-cı illərdə məktəblilər 


230 
üçün nəşr edilmiş “

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə