Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə122/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   145
Azf-277620

Cavabvermə 
İctimai yerlərdə, geniş auditoriyalarda natiqə, çıxış edən digərlərinə 
ünvanlanan suallar diqqətlə dinlənilməli, sualın müqabilində “Sizi başa düşdüm”, 


218 
“Sualınız mənə aydındır”, “Aydındır”, “Çalışaram, məsələyə aydınlıq gətirəm”, 
“Sualınıza görə təşəkkür edirəm”, “Bu çox yaxşı və gərəkli sualdır”, “Çox yerində 
verilən bir sualdır” və s. kimi nəzakətli ifadələr işlədilməlidir. Cavabdan sonra 
qarşı tərəfin razı qalıb-qalmaması soruşulsa daha yaxşı olar. Bu məqsədlə belə 
ifadələr işlədilə bilər: “Razı qaldınızmı?”, “Cavabım sizi qane etdimi?”, 
“Deyilənlərə etirazınız yoxdur ki?”, “Sizi razı sala bildimmi?”, “Deyilənlərlə 
razısınızmı?”, “Razılaşmırınızsa nə üçün?”, “Bunu nə ilə izah edə bilərsiniz?” 
və s. 
Cavab verilərkən bəzən etik normalardan uzaqlaşma halları da olur. Tək-
tək olsa da kobud sözlər və ifadələr işlədilir: “Səni başa salmaq çətindir”, 
“Vaxtımı alırsan”, “Ürəyimi çəkirsən”, “Sən belə şeyləri başa düşməzsən” və s.
Verilən sualın əvəzində “Zəhləmi tökmə”, “Başımı ağrıtma”, “Açıl başımdan”, 
“Mane olma”, “Vaxtımı alma” və s. kimi ifadələri işlədən adamlara, xüsusən 
müəllim və valideynlərə heç bir halda bəraət qazandırmaq olmaz. Cavab vermək 
bacarığı insanın əsas keyfiyyətlərindən biridir. Cavab verən təkcə bilik və 
məlumatını deyil, eyni zamanda, öz mədəni səviyyəsini də nümayiş etdirir. 
Danışan söhbət boyu dinləyicilərin istək və arzularını gözlərindən oxumalı, 
cavabları səmimiyyətlə qəbul etməli, bu zaman ifrat tərifə və ya məzəmmətə yol 
verməməlidir. Natiq suallara aydın, lakonik və müvafiq emosional çalarda cavab 
verməyi bacarmalıdır. İstər böyüklər, istərsə də kiçiklər cavablarda nəzakətli 
sözlər, ifadələr eşitdikdə, müəyyən ölçüdə nəvaziş hiss etdikdə razı qalır, 
məmnunluq duyurlar.
Nitqi dinləmə bacarığına yiyələnmək
. “Başqasını dinləməyi bacarmaq 
böyük məharət tələb edir. Səbrlə, təmkinlə həmsöhbətə qulaq asmaq, onu diqqətlə 
dinləmək yüksək mədəniyyətin, nəzakətliliyin nəcib əxlaqın təzahürüdür” (31, 
88). Bu keyfiyyət hər bir savadlı və mədəni adam, xüsusən natiq üçün olduqca 
vacibdir. “Dinləyə bilmək bacarığı yaxşı danışmaq bacarığına bərabərdir” 
(Ə.M.Bəhmənyar). Mustafa Kamal Atatürk analara müraciətlə deyirdi ki, ey ana, 
istəsən ki, övladın əsl vətənmdaş olsun, ona təkcə danışmağı deyil, dinləməyi də 
öyrət. Nitqi dinləmək bacarığına ictənilən səviyyədə sahib olmayan adamların 


219 
başqasına qulaq asmağa səbri çatmır, yersiz replikalarla müsahibinin sözünü 
ağzında qoyur, başqaları ilə danışır, nə söylənilən fikri lazımi dərəcədə dərk edir, 
nə də digərlərinə bunun üçün imkan yaradır. Bir türk zərbi-məsəlində deyilir ki, 
qulaq asmaq lazım gələndə birinci, danışmaq lazım gələndə axırıncı ol. Nə qədər 
yerinə düşən kəlamdır. 
Təxmini statistikaya görə insan bir günlük vaxtının 30%-ni danışmağa, 
45%-ni isə eşitməyə, dinləməyə sərf edir. Ünsiyyət zamanı ötürülən informasi-
yanın 60%-i eşitmə, dinləmə vərdişlərinin zəifliyi, mövzuun dinləyən üçün 
maraqsız olması və s. səbəbindən ya yarımçıq, ya da dolaşıq bir şəkildə qavranılır. 
Bunu nəzərə alıb düzgün danışmaqla yanaşı, nitqi qavrama vərdişlərinə də 
yiyələnmək lazımdır. Amerikanın məşhur teleaparıcısı Larrı Kinq qeyd edirdi ki, 
danışmaq qolf oynamaq və ya maşın sürmək kimidir. Bu sahədə nə qədər erkən və 
müntəzəm iş aparılsa insan ona, eləcə də eşitmə qabiliyyətinə daha mükəmməl 
şəkildə yiyələnə bilər.
Ünsiyyət prosesində dinləyici informasiyanı sadəcə olaraq qəbul 
etməməli, o, mimikası, jesti, replikaları və s. ilə müsahibinə həmrəy olduğunu və 
ya olmadığını, etirazını danışana anlatmalıdır. Bu cür əks-əlaqə nitqin təsirini 
duymaq, lazım gələrsə onun istiqamətini dəyişmək, söhbəti qısaltmaq və ya 
genişləndirmək və sairədə danışana kömək edir. 
Müsahibin nitqi sona kimi səbrlə, təmkinlə dinlənilməlidir. Ona aşağıdakı 
hallarda müdaxilə edilə bilər: 
1. Danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda. Belə hallarda çox zaman 
dinləyicilər, “mətləbə gəl”, “əsas məsələdən danış” və s. kimi replikalarla danışanı 
istiqamətləndirirlər. 
2. Məlum olan əşya və hadisə barədə danışıldıqda. 
3. Bəhs olunan məsələ ilə bağlı səhvə və ya dolaşıqlığa yol verildikdə. 
4. Müsahibin nitqini qüvvətləndirmək, fikrini təsdiq və təqdir etməyə 
ehtiyac dujyulduqda. 
5. Hər hansı məsələ barədə uzun-uzadı danışıldıqda. 


220 
Müsahibin nitqinə müdaxilə bütün hallarda hörmət və nəzakət 
çərçivəsindən kənara çıxmamalıdır. Dinləmə zamanı üz-gözünü turşutmaq, narazı 
halda başını yelləmək və s. danışanı çaşdıra, fikrindən yayındıra bilər. Danışanın 
nitqi bunun üçün əlverişli məqamlarda, daha çox müsahibin etdiyi davamlı 
fasilələr zamanı kəsilə bilər. Nitqə hər hansı bir münasibətlə müdaxilə edildikdə 
müsahibə “Bağışlayın”, “Üzr istəyirəm”, “İcazə verin”, “bir dəqiqə” və s. kimi 
nəzakətli söz və ifadələrlə müraciət olunmalıdır. Müsahibin sözünü ağzında qoy-
maq, onun nitqini “Düz danışmırsan”, “Səhv edirsən”, “Gah nala, gah da mıxa 
vurursan”, “Bir şeyi bilmirsən, danışma”, “Vaxtımızı alma”, “Bir az qısa elə”
və s. replikalarla kəsmək nəzakətsizlik sayılmalıdır. Dinləmə zamanı əsnəmək, 
başqaları ilə söhbət etmək, tez-tez saata baxmaq, gözü yol çəkmək və s. kimi 
hallar məqbul sayılmır. Nitqi dinləmə xüsusi qabiliyyətdir. İnsanda bu keyfiyyət 
onun mədəni səviyyəsini müəyyənləşdirən əsas göstəricilərdəndir. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə