Nitq mədəniyyətinin əsasları


müəllim sözü şəxs adı ilə işlədilir (məsələn, Aslan müəllim,  Sərvər müəllim, Həsən müəllim və s.). Müəllim sözünün əvvəlinə  cənab, yoldaĢ



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə119/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   145
Azf-277620

müəllim
sözü şəxs adı ilə işlədilir (məsələn, Aslan müəllim
Sərvər müəllim, Həsən müəllim və s.). Müəllim sözünün əvvəlinə 
cənab, yoldaĢ
kimi sözləri artırıb, 
cənab müəllim, yoldaş müəllim
də demək olar. Bütün bunlarla 
bərabər müəllim sözü öz ilkin “təlim edən, öyrədən” anlayışından uzaqlaş-
mamalıdır. 


213 
Yeri gəlmişkən qeyd edək ki, “müəllim” müraciət formasından bəzən 
uyğun olmayan məqamlarda, yersiz istifadə olunur, işindən, peşəsindən və s. asılı 
olmayaraq istənilən adama bu adla müraciət edilir. Məsələn, ANS-in “İç xəbər” 
verilişlərində demək olar ki, hamıya “müəllim” deyə müraciət olunur.Sərnişin
qatarında bələdçi işləyən Səfər adlı bir nəfərin mənzil problemi ilə bağlı məsələsi 
müzakirəyə çıxarılmışdı. Aparıcı “Səfər müəllim” deyə dəfələrlə ona müraciət 
edirdi. Belə uyğunsuz müraciət həmin sözün ehtiva etdiyi mənaya, məzmuna, 
şübhəsiz ki, xələl gətirir, tamaşaçını, dinləyicini narazı salır. 
Həkim, sürücü, satıcı
kimi sözlər həm ayrılıqda, həm də ümumi vikativ 
sözlərlə (yoldaş, vətəndaş, cənab) işlənir
: yoldaş həkim, cənab həkim, yoldaş 
sürücü, vətəndaş Elxan 
və s. 
Nazir, mühəndis, fermer, direktor, dekan
kimi adlar təklikdə müraciət 
forması kimi işlədilmir. Onlara cənab, yoldaş
1
sözlərindən biri əlavə olunur:
 
cənab mühəndis, yoldaş direktor, cənab nazir, cənab dekan 
və s. “Rəis” ayrılıqda 
müraciət forması kimi işlənir. 
Bəzən fikir adamları arasında “ustad” müraciət formasından da istifadə 
olunur. 
Dinləyicilərə edilən müraciət formasının əvvəlinə 
əziz, əzizim, hörmətli
möhtərəm
sözlərini də əlavə etmək olar. Məsələn, 
hörmətli Qabil, möhtərəm 
İsmayıl müəllim, əziz tələbələr, əziz dinləyicilər, hörmətli xanımlar
və s.
Ünsiyyət prosesində yaşca böyük adamlara, tanış olmayanlara (bəzən də 
qohum və tanışlara), vəzifə sahiblərinə, qadınlara və başqalarına “siz” deyə 
müraciət olunur. Bu hörmət və ehtiram formasını bəziləri rus etiketinin təsiri 
sayırlar. Halbuki “hələ XI əsrdə M.Kaşğari yazırdı ki, türklər özlərindən yaşca və 
vəzifəcə kiçiklərə 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə