Nitq mədəniyyətinin əsasları


Müraciət formalarından düzgün istifadə olunması



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə118/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   145
Azf-277620

Müraciət formalarından düzgün istifadə olunması. 
Azərbaycan nitq 
etiketində bir çox müraciət formaları vardır ki, onlardan yerində və düzgün isti-
fadə nitq mədəniyyəti baxımından mühüm əhəmiyyət kəsb edir.
İnsanlara müraciət məqsədilə işlədilən sözlər – xitablar dinləyənin 
diqqətini cəlb etmək, onu çağırmaq, nəyəsə sövq etmək, nədənsə çəkindirmək 
və s. məqsədi daşıyır. Qohumluq əlaqələrinə, yaşa, cinsə, ictimai mövqeyinə, 
vəzifəyə və sairəyə görə ümumiyyətin qəbul etdiyi sözlər (bunlara vokativ sözlər 
deyilir) müraciət olunanları razı salır, onları hərəkət etməyə, fəaliyyət göstərməyə 
sövq edir. İnsanlara edilən müraciət formaları müxtəlifdir, rəngarəngdir. Bunların 
bir qismi qohumluq münasibətini bildirən adlardır. Məsələn, 
ana, anacan, atam 
balası, atacan, qardaş, bacı, baba, anam-bacım, bala, bacıqızı, bacıoğlu, qardaş, 
oğlum, qızım, gəlinbacı, xalagəlini, qardaşoğlu, xala, xalaoğlu, qaqaş, bibi, 
bibiqızı, dayı, dayıcan, dayıoğlu, dayıqızı, əmi, əmioğlu, əmiqızı, əmican, 
Nərgizcan
və s. Bu cözlərlə həm qohumlara, həm də yadlara müraciət olunur. 
Müraciət bildirən baş sözlərə “ay” vokativ sözü də əlavə olunur: 
ay dayı, ay bacı, 
ay qız, ay ana 
və s. Bu müraciət formalarının bir çoxu adlarla da işlənir. Məsələn, 
Səfər dayı, Həqiqət xala, İslam əmi, Sənəm bacı, Nadir əmi
və s.
Müraciət bildirən sözlərin digər qismi şəxsin cəmiyyətdəki mövqeyi, 
vəzifəsi, peşəsi, milli və yaş mənsubiyyətini, insanların qarşılıqlı əlaqə və 
münasibətini ifadə edir. 
Müəllim, həkim, sürücü, satıcı, mühəndis, biznesmen, 
fermer, direktor, dekan, müdir, professor
və s. belə sözlərdəndir. “Müəllim” sözü 
ünsiyyətdə geniş şəkildə işlənən müraciət formasıdır. Bu söz iki şəkildə işlədilir: 
həm ayrı, həm də xüsusi vokativ sözlə - adlarla. Təlim-tərbiyə ilə məşğul olan 
adama, həm də rəsmiyyət və hörmət əlaməti olaraq digər sənət sahiblərinə 
(müəssisənin direktoru, nazirliyin işçiləri, hökumət rəhbərləri və başqalarına) 
müraciət zamanı

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə