Nitq mədəniyyətinin əsasları


Şad və ya bəd xəbərin çatdırılması



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə123/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   145
Azf-277620

Şad və ya bəd xəbərin çatdırılması.
Mütəxəssislər təsdiqləmişlər ki, 
informasiyanın özü də dərəcəsinə görə ilk vaxtlar çox kəskin təsir göstərmək 
gücündədir. Hansısa bir bəd xəbərin (çox zaman şad xəbərin də) təsirinə insanın 
tab gətirməyib həlak olması (xalq arasında buna “ürəyi partladı”, “çartlayıb öldü” 
də deyilir) halları çoxlarına bəllidir. İki yeniyetmə oğlunın dənizdə çimərkən 
batması xəbərini eşidən ana huşunu itirmiş, bir daha özünə gəlməmişdi. Yaxud, 
atasının ölüm xəbərini eşidən qız özünü dənizə atıb həlak etmişdir və s. 
Adamlar başqasına əzizi, yaxın adamının ölüm xəbərini verərkən 
“vəziyyəti ağırdır”, “özündə deyil”, “huşunu itirib”, “halı yaxşı deyil” və s. kimi 
ifadələrlə müsahibini bu dəhşətli hadisəyə, bir növ, hazırlamağa çalışırlar. Bəzi 
hallarda xəstə, əsəbləri zəif adamlardan belə xəbərlər gizli saxlanılır. Yadımdadır 
ki, (N.Abdullayev) kəndimizdə Ceyran adlı bir qarının üç oğlu cəbhəyə getmiş, az 
keçməmiş onların üçündən də qara kağız gəlmişdi. Bütün kənd bu dəhşətli xəbəri 
anadan gizlətdi. Ana cəbhədən qayıdanların hamısından Hümməti, Heybəti, 
Həmidi xəbər alırdı. Ananı ovundurmaq üçün hərə bir əhvalat uydurub onu yola 
verirdi. Kənd bu minvalla ananı xeyli yaşatdı. 


221 
Bəd xəbərlərin münasib formada başqasına çatdırılması insanlara qay-
ğıdır, mərhəmətdir, onların dərdlərinə şərik olmaqdır. Bu, hər bir mədəni adamın 
başlıca keyfiyyətlərindəndir. 
Qəfildən alınan şad xəbərin, onun yaratdığı hissi halların, gərginliyin də 
bəzən adamlar üçün ağır nəticələri olur. Uzun müddət itkin düşmüş oğlunun 
intizarında olan anaya qəfildən oğlunun sağ olması, yaxud gəlib çıxması xəbərini 
verməyin ana üçün hansı fəsadla qurtaracağını təsəvvür etmək çətin deyildir. 
Adamlar sanki bunu nəzərə alaraq gətirdikləri şad xəbəri “Muştuluğumu ver”, 
“Gözün aydın olsun”, “Sənə bir şad xəbər gətirmişəm” və s. ifadələrlə birdən-birə 
deyil, tədricən sahibinə çatdırırlar. 
Müsbət emosiyaların törətdiyi gərginliklər də bəzən ağır nəticə verən bilir. 
Məsələn, Babilistan və Yunanıstan şəhərlərini darmadağın etmiş İran şahı Kserkis 
öz şöhrətinin zirvəsinə çatarkən bərkdən güldüyü üçün ölmüşdür. 
Pyer Bomerşenin atası oğlunun “Seviliya bərbəri”ni oxuyarkən gülmək-
dən, sevincindən dünyasını dəyişmişdir. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə