Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə46/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   60

 
95 
Bundan sonra Şellinq tərs fikri deyir: Absolyut özgürsüz də deyil. Çünki onun qatında, onun 
mərtəbəsində ondan güclü, üstün ikinci bir güc yoxdur ki, onu nəyəsə məcbur etsin.  
 
 
Şellinq fəlsəfəsində «ayrıca» kateqoriyası 
 
Şellinqin başqa bir əsas anlayışı, yəni kateqoriyası «ayrıca»dır. Şellinqin «ayrıca» kateqoriyası ilə 
anlatdıqlarının çoxu indiki fəlsəfədə bizim işlətdiyimiz «təkcə» kateqoriyasına uyğun gəlir. Təkcə isə yada 
salaq, konkret nəsnələri, olayları bildirir. 
«Ayrıca» sözünün lüğəti anlamına fikir verək: «ayırmaq», «aralamaq», - bunlar təkcə məkanca, yercə 
uzaqlaşdırmaq deyil, həm də bir nəsnəni, bir bölgəni fərqləndirməkdir, yəni onun nəliyini (keyfiyyətini) 
yanındakının nəliyindən seçməklə fərqləndirməkdir. Deməli, ayrıca bizə seçilib-bilinəndir, konkret olaraq 
nəliyi (nə olması) seçiləndir. Özü də ayrıca nə qədər kəskin sınırlarla (sərhədlərlə, civarlarla) başqalarından 
ayrılsa, o qədər yaxşı seçilir, deməli, o qədər çox ayrılır və ayrıcalaşır. Ancaq bir şey də var. Sərhədi olan 
həm də sonu olandır (sonludur), yəni varlığının filan sərhəddə qurtaracağı var. 
Şellinq belə hesab edir ki, bütün ayrıcalar Absolyutdan törəmədir. Dinlərdə çox vaxt Tanrı o tayda 
durub, bu taydakı aləmi törədir. Şellinqə görə isə ayrıca nəyi varsa, hamısını Absolyutdan alıb və deməli, 
hər şeyi ilə ona tabe olur.  
Bunu bir az yaxşı açıqlayaq. Bütün ayrıcalar öz cəhətlərini Absolyutdan götürürlər. Cəhətlər, özəlliklər 
hələ ayrıcanın cizgilərinə çevrilməzdən qabaq, yəni ümumi halda Absolyutdadır. Onların toplusundan 
bəziləri ayrıcalara düşüb, müəyyən hörgülərlə həmin ayrıcaların «şəklini cızırlar». Götürək iki daşı 
(ayrıcadırlar). Sonra yada salaq ki, var «bərklik», «qabarıqlıq», «soyuqluq», «hamarlıq», «kələ-kötürlük», 
«girdəlik», «uzunsovluq», «istilik», «çil-çillik» və s. və i. Bunlar hamısı ümumi keyfiyyətlərdir, əlamətlərdir, 
yəni bir nəsnəyə aid deyillər, çoxlu-çoxlu şeylərdə iştirak edirlər. İndi götürək birinci daşı. Görürük ki, o 
bərkdir, qabarıqdır, soyuqdur, hamardır, girdətəhərdir. Fikir verin, birinci daşın məhz «bu» cür olması 
(ayrıcalığı) saydığımız ümumi əlamətlərin bir düyündə bir-birinə bağlanması kimi əmələ gəlir.  
Baxaq ikinci daşa. O bərkdir, qabarıqdır, - görürsünüzmü, hələ ki birincidən ayrılmır və < indi 
başlayacaq başqa ümumi əlamətlərin sayəsində ayrılmağa, - istidir, kələ-kötürdür, uzunsovdur, çil-çildir. 
Bir sözlə, hər bir ayrıca, ümumi əlamətlərin məhz «bu» (yəni konkret) düyünüdür. Mahiyyət nəsnənin 
nəliyini verəndir, onu məhz filan nəsnə edəndir. İndi ki hər bir nəsnəni «bu nəsnə» edən əsaslar 
Absolyutdan gəlir, deməli, hər şeyin mahiyyəti odur, hər şeydə mahiyyət kimi iştirak edir. 
Belə bir sual çıxır: axı, Mütləq olan Asılısızdır, deməli, heç bir məhdudiyyətdən, eləcə də hər hansı 
sərhəddən asılı deyil. Deməli, o sonsuzdur. Bəs belədirsə, bu sonsuzluq sərhədi olan ayrıcaya, hər hansı 
nəsnəyə necə sığışır? Bəlkə hər ayrıcaya ona sığacaq qədər özündən pay verir? Şellinq bunu tamam danır. 
Absolyut bölünməzdir, çünki onda vəhdət, birlik o qədər maksimaldır ki, birlikdən bir az da olsun qopan 
yoxdur, deməli, bir az da olsa paylanma yoxdur. Şellinqin çıxardığı nəticə. Absolyut bölünmədiyi üçün 
mahiyyət kimi hər ayrıcada bütünlüklə iştirak edir. 
Bəs bu necə mümkündür? Ona görə mümkündür ki, Absolyut sonsuz olduğu üçün hər yeri tutur, 
deməli, onun tutmadığı yer yoxdur ki, ayrıca çıxıb orada dursun, deməli, bütün ayrıcalar onun özündədir. 
Şellinq fikrini bir az dini əsasda da deyir: Tanrı universuumdur, əgər universuumu onu bütöv kimi yığıb-
saxlayan, onun hər nöqtəsinə sirayət edən eynilik, vəhdət baxımından götürsək. Tanrı hər şeydir, ondan 
qıraqda heç nə yoxdur (yada salaq, azərbaycanlı filosof və sufi Şəbüstəri də söyləyirdi ki hətta hər ağac da 
«Mən haqqam» deyir). 
Bəs necə olur ki, sonlu olan ayrıca sonsuz Absolyutu özünə sığışdıra bilir? Şellinqdə buna birbaşa cavab 
biz tapmadıq. Ancaq onun fəlsəfəsindən təsirlənmiş Hegelin vasitəsi ilə suala cavab vermək olar. Hegel 
söyləyir: əgər ayrıcanı sonlu kimi sonsuzluqdan ayırsaq, hərəsini bir tayda götürsək, belə çıxır ki, sonsuz 
olan ayrıcaya çatanda dayanır, öz sonuna çatır. Onda sonu olan necə sonsuz ola bilər? Deməli, sonsuzluq 


 
96 
ayrıcalara da sirayət edir. Zahirən belə görünür ki, ayrıcaların sərhədi var. Əslində isə ayrıcalar sonsuz 
keçidlərlə bir-birinə keçirlər. 
Məsələni yaxşı anlamaq üçün Leybnitsə də üz tutaq. O yazırdı: götürün hər hansı düz cızığı. Onun 
içində ən yaxın duran elə iki nöqtə tapmaq olmaz ki, aralarında üçüncü nöqtə durmasın. Bu üç nöqtənin 
arasında da nöqtələr yerləşir və beləcə sonsuzluğacan ara nöqtələrin sayı artır. Deməli, cızıq üzdə sonludur, 
«A» nöqtəsindən «B» nöqtəsinəcəndir. Əslində isə içəridən hər qoşa nöqtə sonsuzluğa açılıb. 
Gəlin, Şellinqin estetikasından indi aparacağımız söhbətdə onun Absolyut, ayrıca kateqoriyaları 
haqqında dediklərini unutmadan söhbətə davam edək. 
 
 
Fəlsəfədə həqiqət, sənətdə gözəllik və gerçəklikdə  
Absolyut 
 
Şellinq yazır: bizim tarixdən, incəsənətdən, təbiətdən öyrəndiklərimiz öz kökündə eynidir. Çünki hər 
üçü ayrıca olsalar da Absolyutun (yəni bir özülün) dürlü, ayrı-ayrı açımıdır. Fəlsəfə Mütləq olanı axtarıb 
anlamaq üçün çalışır. Təbiətdə və incəsənətdə də Mütləq olanı axtarmaq mümkündür, ona görə də təbiətin, 
həm də incəsənətin fəlsəfəsi var. 
Fəlsəfə özü gerçəklə məşğul olur. Absolyuta isə bu gerçəyin kökü kimi baxır. İncəsənət haqqında 
fəlsəfəyə gələndə, o gözəlliyi anlamaqla məşğul olur və Absolyuta bu gözəlliyin əsası kimi baxır. 
Fəlsəfə bunu öyrənir: necə olur ki, Absolyut Tək və sadə olduğu halda (hissələri olan mürəkkəbdir, onun 
isə hissələri yoxdur), çoxluğa, mürəkkəbliyə (məsələn, təbiətə) keçir? Sənət haqqında fəlsəfə isə çalışır aydın 
etsin, Mütləq gözəllikdən ayrıca nəsnələrin gözəlliyi necə törəyir? 
Həqiqət və gözəllik Absolyuta tamaşa etməyin iki yönümüdür. Həqiqət və gözəllik hərəsi Absolyuta bir 
pəncərədir. Fəlsəfə ayrıca olana (konkretə) baxıb, məsələn, çevrəvi bir nəsnəyə baxıb başlayır çevrəvilik 
ideyasına tamaşa etməyə. Bax, ayrıcanın içindən fəlsəfə Absolyutu görəndə bu ayrıca ideya verir. Şellinq 
örnək göstərir: çevrəvi nəsnədən çevrə ideyasını görürsən. Çevrəviliyə tamaşa edəndə isə əbədiliyi, 
həmişəliyi seyr edirsən. Bu yerdə Şellinq dairəvi nəsnə ilə dairə ideyasının bir fərqinə çıxır. Çevrəvilik 
dairəvi nəsnənin mahiyyətidir, həmin mahiyyəti dəyişdirmək, böyüdüb-kiçiltmək mümkün deyil, dairəvi 
nəsnəni isə ölçücə dəyişdirmək olar. 
Fəlsəfə ayrıca nəsnələrə baxıb, onların əsasında duran mahiyyətə-ideyaya təmiz, təsadüfi görünüşlərə 
bulanmamış varlıq kimi tamaşa edir. İncəsənət isə ayrıca nəsnələrə baxıb, gözəllik ideyasını seyr etdirir, 
həm də bunu (gözəllik ideyasını) filan nəsnənin öz görünüşü ilə eyniləşmiş şəkildə göstərir. 
Şellinqin başqa yozumlarına baxaq. Gözəllik yalnız ümumi (mahiyyət, ideya) deyil və yalnız ayrıca da, 
real olan da deyil. Gözəllik hər iki tərəfin bir-birinə keçməsi, bir-birində ayrılmaz dərəcədə əriməsidir. Yəni 
onda məzmunla forma, mahiyyətlə zahir, özlə üz bir-birindən fərqlənmir. Bax, bu, gözəllikdir. 
Şellinqə görə, ayrıca öz anlayışına (məsələn, filan insan «insan» anlayışına) tam uyğun olanda həmin 
anlayışa ayrıcanın görünüşündə konkret donda tamaşa edilir və bu zaman ayrıca olur gözəl. 
Başqa bir əlavə. Həqiqətə zərurət, yəni «olmalılıq» xasdır. Yəni «bəlkə» ilə həqiqət qurulmaz. Əxlaqda 
Yaxşılıq isə zərurət yox, azadlıq təməlində mümkündür. Yəni məcbur olub, zərurətə boyun əyib yaxşılıq 
etmək əxlaqilik deyil. İnsanda həm pis davranmaq, həm yaxşı davranmaq azadlığı olanda və o, şüurlu 
şəkildə yaxşılığı seçəndə əxlaqlı adam olur. Sonra Şellinq deyir: zərurətlə özgürlüyün bir-birinə qarışıb 
fərqlənməməsi yalnız gözəllikdə baş verir. Məsələn, o nəsnə gözəldir ki, törənişində elə bil təbiət böyük 
azadlıqla və eyni zamanda qayda-qanuna uyğun olaraq böyük usdufla, götür-qoyla iş görmüşdür. O şeir 
gözəldir ki, yaranışında ən yüksək azadlıq özünü zərurətin (qayda-qanunun, məsələn, qafiyə, vəzn 
qaydalarının) çərçivəsinə salmışdır. İncəsənətdə də Şellinq üçün azadlıqla zərurətin ilişgisi bilərəkdən, 
düşünərək etməklə, bilməzə, düşünməzə etməyin əlaqəsi kimidir. Əsl bədii əsərdə yaratma həm bilərəkdən, 
həm də bilmədən baş verir. «Bilərək» və «bilməzə» bir-birində əriyib eyniləşir. Əsərin yetkinliyi bu eyniliyi 
göstərmə dərəcəsinə uyğun olaraq artır. Örnək kimi rəqsi götürmək olar. Əsl rəqqas rəqs fiqurlarını yüz 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə