Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə20/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   16   17   18   19   20   21   22   23   ...   130

bir daha təsdiqləyirik. 
Milli dildə olan ilk qəzetə «Əkinçi» adının verilməsinə dair mə-
sələ  də  müəyyən  aktuallıq  kəsb  edir.  Çünki  ortada  bir-birindən  fərqli 
fikirlər  vardır.  Azərbaycan mətbuatı tarixinin  ilk  mükəmməl araşdırı-
cısı  olan  M.B.Məhəmmədzadə  1922-ci  ildə  Bakıda  çap  etdirdiyi 
«Azərbaycan  türk  mətbuatı  (1875-ci  ildən  1921-ci  ilə  qədər  mət-
buatımız)» adlı çox qiymətli xronikal əsərində bu barədə belə yazırdı: 
«O zaman Bakıda Staroselski nam bir rus valisi otururdu. Onun qarısı 
bir gürcü qızı olduğundan Qafqaz əhlini sevərdi. Həsən bəy bu gürcü 
qızının məsləhətilə qəzetənin adını «Əkinçi» qoyub hökumətdən mü-
saidə  ala  bildi»  (11,  31).  «Əkinçi»  qəzetinin  50  illiyi  münasibətilə 
F.Ağazadənin  qələmə  aldığı  H.Zərdabinin  bioqrafiyasında  da  Staro-
selskinin  həyat  yoldaşının  qəzetin  işıq  üzü  görməsində  dəstəyindən 
bəhs  olunur:  «…bu  xanımın  da  qəzetə  icazəsinə  az-çox  təsiri  ol-
muşdu» (3, 21). Şübhəsiz ki, qəzet və onun adı ilə bağlı ən səhih mə-
lumat H.Zərdabinin özünün yazdıqları olmalıdır. Böyük ədib «Həyat» 
qəzetinin  28  dekabr  1905-ci  il  tarixli  129-cu  və  3  yanvar  1906-cı  il 
tarixli 2-ci  sayında  dərc  etdirdiyi  «Rusiyada  əvvəlimci türk  qəzetəsi» 
(12, 226-233) məqaləsində D.S.Staroselskinin ona böyük dəstəyindən 
bəhs edərək yazırdı: «Mən ona dərdimi deyəndən sonra məsləhət gör-
dü ki, qəzetin adını «Əkinçi» qoyum ki, guya məhz əkin və ziraətdən 
danışacaq  və  özü  də  boynuna  çəkdi  ki,  senzorluğu  qəbul  eləsin.  Bu 
tövr ilə ərizə verib izin aldım» (12, 229). H.Zərdabinin arxivində Bakı 
general-qubernatorunun  adına  rus  dilində  yazılmış  bir  ərizəsinin  əl-
yazması  qorunub-saxlanılır.  Həmin  ərizədə  H.Zərdabi  şəraiti  nəzərə 
alaraq  qəzetə  general-qubernatorun  özünün  senzorluq  etməsini  xahiş 
edir (13, fond 3, s.v. 116, 2 vərəq). Maraqlıdır ki, H.Zərdabi D.S.Sta-
roselskinin  olduqca  mərdanə  addımını  unutmayaraq,  general-quber-
nator Bakını tərk etdikdən sonra «Əkinçi» qəzetinin 25 iyun 1876-cı il 
tarixli  12-ci  sayında  minnətdarlıqla  yazırdı:  «…nə  qədər  ki,  cənab 
Staroselski  bizim  Badkubədə  qubernator  idi,  o  bizim  qəzet  haqqında 
elədiyi  yaxşılıqlardan  danışmırdıq,  amma  indi  ol  cənab  Badkubədən 
çıxıb  gedib,  ona  binaən  onun  yaxşılıqlarından  bir  neçə  kəlmə  danış-
mağı biz özümüzə vacib bilirik…» (14, 191-192). 
Üçillik  gərgin  mübarizələrdən  sonra  qəzetin  nəşrinə  icazə  alsa 
da,  H.Zərdabi  ilk  nəşrin  işıq  üzü  görməsi  üçün  müəyyən  hazırlıqlar 
aparmış, qəzetin proqramını, qəzetlə bağlı elanları hazırlamış, müxtə-
lif  şəxslərlə  məsləhətləşmişdir.  Şübhəsiz  ki,  bu  şəxslər  arasında  öncə 
M.F.Axundzadənin  adını  çəkməliyik.  Bunu  hər  iki  ədibin  epistolyar 
irsi  bir  daha  təsdiqləməkdədir.  M.F.Axundzadə  qəzetçiliklə  bağlı  ən 


vacib  hesab  etdiyi  məsələləri  bütün  təfərrüatına  qədər  dostu  və  məs-
ləkdaşı  H.Zərdabiyə  izah  edirdi.  Əvvəldə  bəhs  etdiyimiz  21  aprel 
1875-ci  il  tarixli  məktubunda  M.F.Axundzadə  yazırdı:  «Qəzetinizin 
şriftindən mən fövqəladə razıyam. Ancaq sizin azərbaycanca məktub-
ları  hazırlayan  mühərrirdən  çox  narazıyam.  O,  Azərbaycan  dilini 
bilmir.  Buna  görə  də  kiçik  bir  elanda  bir  çox  bağışlanılmaz  səhvlərə 
yol vermişdir. Həmin bu mühərriri ərəb qrammatikasını bilən, fars və 
türk  dillərinə  bələd  olan  başqa  bir  savadlı  adamla  əvəz  etmək 
lazımdır»  (9,  243).  M.F.Axundzadənin  həmin  məktubunun  leytmoti-
vini dil, üslub və orfoqrafiya məsələləri ilə bağlı mövqeyi təşkil edir. 
Böyük ədib məktubunda xüsusilə vurğulayırdı: «Sizin qəzetinizin əsas 
məziyyətlərindən  biri  ifadənin  gözəlliyi,  ibarələrin  zərifliyi  və  aydın-
lığı,  orfoqrafiyanın  düzgünlüyü  olmalıdır»  (9,  243).  Ümumiyyətlə, 
M.F.Axundzadə  dil  və  üslub  məsələlərinə  müxtəlif  illərdə  qələmə 
aldığı  ayrı-ayrı  yazılarında  dönə-dönə  toxunmuş  və  nəzəri  fikirlərini 
istər  zəngin  epistolyar,  istərsə  də  bədii  irsində  əməli  şəkildə  həyata 
keçirmişdir. 1857-ci ilin oktyabrında qələmə aldığı «Ərəbcə, farsca və 
türkcədən  ibarət  olan  islam  dillərinin  yazısı  üçün  yeni  əlifba»  adlı 
əsərində M.F.Axundzadə mətndə epitetlərdən ifrat istifadənin, bir mə-
nanı  və  ya  mətləbi  sinonim  sözlərlə  təkrar  etməyin,  uyğun  olmayan 
təşbeh və mübaliğələrə əl atmağın qəti əleyhdarı olduğunu göstərmiş-
dir (9, 17-22). 
M.F.Axundzadəni düşündürən ən mühüm problemlərdən biri də 
Azərbaycan dilinin  təmizliyi,  onun saflığının  qorunması  məsələsi  idi. 
Adını  çəkdiyimiz  əsərində  böyük  ədib  bununla  bağlı  fikirlərini  belə 
ifadə  etmişdir:  «…yazını  danışıq  dilindən  həddən  artıq  fərqləndirmə-
sinlər. Yəni bir neçə mətləbi bir cümlə dairəsində biri digərinin ardın-
ca və qarışıq  yazmasınlar, bəlkə də qədim zamanlarda olan katiblərin 
əksinə  olaraq  hər  bir  mətləbi  ayrıca  ifadə  etsinlər  ki,  danışıq  dilinə 
yaxın  olsun…»  (9,  22).  Bundan  18  il  sonra  H.Zərdabiyə  yazılmış 
məktubdakı  sətirlər  M.F.Axundzadənin  dillə  bağlı  mövqeyində  qəti 
olduğunu bir daha sübut etməkdədir: «…sizin qəzetiniz başqa məsələ-
lərlə  yanaşı,  Azərbaycan  yazısını  düzgün  olmayan  ifadələrdən  təmiz-
ləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalı-
dır.  Orfoqrafiyaya  gəlincə,  sizin  gələcəkdə  təyin  etdiyiniz  mühərrir 
mənim  Azərbaycan  dilində  olan  komediyalarımın  orfoqrafiyasına 
riayət etməlidir» (9, 243). 
M.F.Axundzadənin  praktik  dilçilik  görüşləri,  təbii  ki,  nəzərdən 
keçirdiyimiz  əsəri  və  H.Zərdabiyə  göndərdiyi  məktubla  məhdud-
laşmır. 1859-cu ildə Tiflisdə Qafqaz canişinliyinin mətbəəsində azər-


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə