Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə19/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   15   16   17   18   19   20   21   22   ...   130

maları – M.F.Axundzadə və H.Zərdabinin zəngin epistolyar irsi bunu 
söyləməyə imkan verir. M.F.Axundzadənin «Əkinçi» ilə bağlı H.Zər-
dabiyə dəstəyini aşağıdakı kimi qruplaşdırmaq olar: 
1.
 
«Əkinçi» qəzetinin yaranmasına qədər hər iki ədibin müqəddəs 
amal  uğrunda  çalışmaları  və  qarşılıqlı  məktublaşmalarda  bu-
nun əksi; 
2.
 
«Əkinçi» qəzetinin yaranmasında M.F.Axundzadənin bilavasi-
tə rolu; 
3.
 
«Əkinçi» qəzetində M.F.Axundzadənin iştirakı. 
Tədqiqatçılar  «Əkinçi»yə  qədər  M.F.Axundzadə-H.Zərdabi  iş-
birliyinə  dair  xeyli  fikir  və  mülahizələr  söyləmişlər.  Professor  Paşa 
Əfəndiyev «M.F.Axundov və H.Zərdabi» adlı məqaləsində bu barədə 
yazır:  «…H.Zərdabi  1872-ci  ildə  «Əkinçi»  qəzetini  çıxarmaq  fikrinə 
düşdüyü  zaman  Rusiyada  və  başqa  yerlərdə  müxtəlif  şəxslərə  mək-
tublar  yazaraq  qəzetin  texniki  qaydalarını  öyrənir,  məqsəd  və  vəzi-
fələri  haqqında  bir  sıra  məlumatlar  toplayırdı.  H.Zərdabi  öz  dostu  və 
müəllimi  olan  M.F.Axundzadə  ilə  də  bu  barədə  uzun  müddət  mək-
tublaşmış  və  bir  çox  məsləhətlər  almışdır»  (6,  90).  Yaxud  filologiya 
üzrə  elmlər  doktoru  Cənnət  Nağıyeva  «Həsən  bəy  Zərdabi  arxivinin 
təsviri»  kitabına  yazdığı  ön  sözdə  ilk  mətbuat  orqanımızla  bağlı 
M.F.Axundzadənin  də  çalışmalarına,  H.Zərdabiyə  mənəvi  dayaq  ol-
duğuna  diqqət  çəkmişdir  (7,  6-7).  Şübhəsiz  ki,  M.F.Axundzadə  ilə 
H.Zərdabinin gələcək qəzetlə bağlı çalışmaları, qəzetin yaranmasından 
tutmuş  onun məzmunu, dil və orfoqrafiya məsələlərinə dair  ən səhih 
fikirlər  hər  iki  ədibin  məktublaşmalarında  öz  əksini  tapmışdır.  Qeyd 
edək ki, milli-mənəviyyat tariximizin iki nəhənginin məktubları M.Fü-
zuli  adına  Əlyazmalar  İnstitutunun  arxivində  qorunub-saxlanılmaq-
dadır.  «Əkinçi»nin  işıq  üzü  görməsinə  iki  ildən  bir  qədər  artıq  vaxt 
qalmış  H.Zərdabinin  M.F.Axundzadəyə  göndərdiyi  məktub  bir  neçə 
baxımdan maraq doğurur. Birincisi, H.Zərdabi böyük ustadı qocalıq-
dan  və  yorğunluqdan  şikayət  etməməyə,  millətin  maariflənməsi  yo-
lunda  çalışmalarını  davam  etdirməyə  çağırır.  İkincisi  isə,  məktubda 
söhbət  gələcək  qəzetlə  bağlı  gedir.  Məktubun  bu  hissəsində  gələcək 
qəzetlə bağlı M.F.Axundzadənin missiyasına bir işarə vardır:  «…Mə-
nim  nəşrinə  başlamaq  istədiyim  qəzetdə  əməkdaşlıq  etməyə  hazırla-
şırsınız.  Sizə  təşəkkür  edirəm,  ancaq  bədbəxtlikdən  bu  vaxta  qədər 
icazə  ala  bilməmişəm.  Sizin  Baronun  bu  barədə  nə  fikirləşdiyini  bil-
mirəm, amma mənə elə gəlir ki, qəzetə münasibəti yaxşı deyil. Nə isə, 
gəlin falçılıq eləməyək, görək nə olar…» (8, fond 2, s.v. 23, 2 vərəq, 
rus  dilində  əlyazması).  Həmin  məktubda  H.Zərdabi  qəzetin  nəşri  ilə 


bağlı olacaq elanı da göndərdiyini və onun yayılmasında M.F.Axund-
zadədən yardım istədiyini yazmışdır.  
M.F.Axundzadənin  arxivində  saxlanılan  və  böyük  ədib  tərəfin-
dən  H.Zərdabiyə  ünvanlanmış  daha  bir  məktub  da  özünün  ictimai-
mədəni  məzmunu  ilə  diqqəti  cəlb  etməklə  yanaşı,  Azərbaycanın  ilk 
mətbuat  orqanının  yaradılması  sahəsində  ziyalılarımızın  ciddi-cəhdlə 
çalışdıqlarını  təsdiqləməkdədir.  Məktub  25  aprel  1875-ci  ildə  yazıl-
mışdır. Məktubda yazılır: «Göndərdiyiniz elanlardan Şeyxül-islama və 
Müftiyə – hərəsinə 25 nüsxə verdim. Onların hər ikisindən Sizin mənə 
yazdığınız  məktubda  ifadə  etdiyiniz  xahişinizi  yerinə  yetirməyi  rica 
etdim. Bunun nəticəsini onlar özləri Sizə yazacaqlar. Mənə göndərilən 
elanlara  gəlincə,  onlardan  on  dənəsini  mənim  xahişimə  əsasən,  bura-
dakı İran konsulu cənabları qəbul etdilər. Beləliklə, Siz on nəfər abu-
nəçinin  pulunu  oradan  alacaqsınız.  Qalan  15  elana  gəlincə,  onlar  hə-
ləlik məndədir. Mən nəzərdə tutmuşam ki, savadlı tanışlarıma təsadüf 
etdikdə, bu elanlardan onlara təqdim edərək, Sizin qəzetinizə abunəçi 
olmalarını xahiş edim» (9, 242-243). 
İndi isə  «Əkinçi» qəzetinin yaranması ilə bağlı bəzi məsələlərə 
nəzər  salaq.  Bu  məqamda  da  yenə  M.F.Axundzadədən  bəhs  etmək 
lazım gəlir. Məlumdur ki, H.Zərdabi milli dildə qəzet nəşr etmək üçün 
müxtəlif  instansiyalara  dönə-dönə  müraciət  etmiş,  dəfələrlə  Tiflisə 
məsul  şəxslərin  qəbuluna  getmişdir.  Tədqiqatlar  göstərir  ki,  Tiflisdə 
H.Zərdabiyə  ən  böyük  dəstək  məhz  M.F.Axundzadədən  və  dövrün 
görkəmli  ziyalılarından  gəlmişdir.  Tədqiqatçı  A.Mişiyev  diqqəti  bu 
məsələyə  yönəldərək  yazır:  «İlk  Azərbaycan  qəzeti  «Əkinçi»nin 
nəşrinə  dair  materiallar  təsdiqləyir  ki,  1871-1875-ci  illər  arasında 
H.Zərdabi  tez-tez  Tiflisə  getmiş,  bu  məsələni  Axundzadə  və  gürcü 
ziyalıları, birinci növbədə G.Sereteli ilə müzakirə etmişdir»  (10, 22). 
Əlbəttə, bu müzakirələr boşuna qalmamış, ziyalılarımız bütün vasitə-
lərlə milli dildə qəzetin nəşri üçün çalışmalar aparmışlar. Çalışmaların 
isə müsbət sonluqla nəticələnməsi bəllidir. Bu işdə H.Zərdabiyə Bakı 
qubernatoru  D.S.Staroselski  (1832-11.03.1884.  1872-1876-cı  illərdə 
Bakı  general-qubernatoru  vəzifəsini  tutmuşdur)  yardımçı  olmuş-
dur.  H.Zərdabinin  D.S.Staroselski  ilə  hansı  şəraitdə  tanış  olmaları  ilə 
bağlı əldə səhih məlumatlar yoxdur. Lakin elmi tədqiqatlar D.S.Staro-
selski ilə M.F.Axundzadənin yaxın münasibətlərdə olduğunu təsdiqlə-
məkdədir.  H.Zərdabinin  D.S.Staroselski  ilə  münasibət  yaratmasında 
M.F.Axundzadənin  rolu  ola  bilərdi.  Odur  ki,  A.Mişiyevin  «Çox  gü-
man ki, H.Zərdabi barəsində general Staroselskiyə zəmanət verən, on-
ları bir-biri ilə tanış edən də Axundzadə olmuşdur» (5, 103) qənaətini 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə