Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil! (5, 53).
Bənövşənin gözəllik hikməti bənzərsiz və özgündür. Onun rəngi
fələk, daha doğrusu, göy, səma rəngində olduğu kimi, özü də hər yanı
tutmuşdur. O, baharın aşiqi,
bahar şövqlü, bahar ətirlidir:
Fələk rənginə bənzər bu bənövşə,
Tutub səhraları hərsu bənövşə! (5, 55).
Şeirdən məlum olur ki, X.Natəvan bənövşə gülünü bütün təbiəti,
yəni rəngi, görkəmi, təkliyi (tənhalığı), boynubüküklüyü, qamətinin
kaman kimi əyri olması, ətri və şairlə əsl aşiq, incə qəlbi, zərif təbiətli,
ilahi eşq mücəssəməsi hesab edir. Sanki bütün aşiqlərin ruhunu,
təbiətini bənövşə özündə cəmləndirmişdir.
Məlum olduğu kimi, X.Natəvan şair olmaqla yanaşı, xeyriyyəçi,
ictimai-mədəni xadim və şeir-sənət xiridarı, himayəçisi kimi də
məşhurdur. XIX əsrdə Şuşada fəaliyyət göstərən «Məclisi-üns» ədəbi
məclisinə himayədarlıq və rəhbərlik etdiyi kimi, yenə həmin vaxtlar
Şuşada məşhur şair və ensiklopedik zəka sahibi Mir Möhsün Nəvva-
bın rəhbərliyi ilə qurulan «Məclisi-fəramuşan», Şamaxıda Seyid Əzim
Şirvaninin rəhbərlik etdiyi «Beytüs-Səfa» və b. ədəbi məclislər, on-
ların üzvləri ilə qarşılıqlı dostluq və yaradıcılıq əlaqələri saxlamış,
daim diqqət mərkəzində olmuşdur. O, ailə həyatilə bağlı bir müddət
Tiflisdə yaşamalı olmuşdur. Həmin günlər Mir Möhsün Nəvvaba gön-
dərdiyi mənzum cavab məktubunda (5, 67) öz əhvalını və bəzi qay-
ğılarını dilə gətirərək yazmışdı:
Unutma sən duadan Natəvanı,
Əlilü naxoşu, əfsurdə canı.
Cənabında səva yoxdur gümanı,
Əgər yaddan çıxam, bərbad oldum.
Çox yaxşı ki, Xurşidbanu xanım Natəvanın şəxsiyyəti və yara-
dıcılığı, quruculuq işləri, vətənpərvərliyi, vətəndaşlığı yaddan çıxma-
dı; onun yaradıcılıq taleyi və xidmətləri ədəbi-mədəni tarixdə, milli-
ictimai
düşüncə və yaddaşda bərbad yox, abad oldu!..
ƏDƏBİYYAT
1.
Məmmədov Bəylər. Xurşidbanu Natəvan. Bakı, “Yazıçı”, 1983.
2.
Məmmədov Bəylər. Natəvanın şair qohumları. Bakı, “Yazıçı”, 1989.
3.
Məmmədov Bəylər. Ön söz. Xurşidbanu Natəvan. Əsərləri. Bakı, “Lider”
nəşriyyatı, 2004.
4.
Natəvan Xurşidbanu. Əsərləri. Bakı, “Yazıçı”, 1984.
5.
Natəvan Xurşidbanu. Əsərləri. Bakı, “Lider” nəşriyyatı, 2004.
6.
Qasımzadə Feyzulla. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, “Maarif”,
1974.
Alkhan Bayramoglu
KHURSHUDBANU NATAVAN’S LIFE AND ART WORLD
Summary
Article is devoted to the life and activities of Khurshudbanu Natavan – one of
the well-known representatives of 19
th
century of Azerbaijan literature. Author pays
attention to the Khurshudbanu Natavan’s characteristic points of life which is
accompanied by political, spiritual-psycological pressures and various privations,
experiences. He shows that all of these were the result of political games which was
held by personal estate of Karabakh Khan’s to government property after tsarist
Russia’s occupation of Azerbaijan, some of the aristocrats of Karabakh’s non-ethical
attitude against
Natavan and tragedies, scandals which was in the poetess’s life.
In the poetry of Khurshudbanu Natavan, has been found its artistic expression
with high mastery both events in the social-human content which happened in her
personal life and put forward philosophical thoughts about the understanding of the
world. In the article in addition to all these is analysed and highly appreciated self-
sacrifice, faithfulness in love, spiritual-moral purity of lyrical hero of the poetess,
also delicate and meaningful expression and other qualities of landscape lyrics in her
activities.
Also were talking about the Mrs. Natavan’s leadership and protection to the
literary council – “Majlisy-uns” in Shusha, providing Shusha with water and other
social-cultural works.
Алхан Байрамоглу
ЖИЗНЬ И ТВОРЧЕСКИЙ МИР ХУРШИДБАНУ НАТАВАН
Резюме
Статья посвящена жизни и творчеству одной из ярких представитель-
ниц азербайджанской литературы Хуршидбану Натаван. В частности, иссле-
дованы некоторые характерные черты творчества поэтессы в годы, прошедшие
в атмосфере политического и нравственно-психологического давления,
сопровождаемые всевозможными лишениями и переживаниями. Показано, что
все это было результатом политических интриг, разыгранных после оккупации
царской Россией Карабаха, когда в государственную собственность перешли