Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə14/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   10   11   12   13   14   15   16   17   ...   130

A.Şaiqin uşaq nağılları mövzusunda yazdığı əsərləri onun şifahi 
xalq ədəbiyyatına, xalqın adət-ənənəsinə, inamına olan marağını, mə-
həbbətini  göstərməklə  yanaşı,  eyni  zamanda  onun  nağıllar  əsasında 
əsər yaratmaq məharətini göstərmişdir. Nəticədə həm böyüklərin, həm 
də kiçiklərin zövqünü oxşayan maraqlı əsərlər meydana çıxmışdır. 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Şaiq Abdulla. Seçilmiş əsərləri. Üç cilddə, III cild, Bakı, “Avrasiya Press”, 
2005. 
2.
 
Azərbaycan  folklor  külliyyatı.  Səkkiz  cilddə,  VIII  cild,  Bakı,  “Nurlan”, 
2008. 
3.
 
Azərbaycan ədəbiyyatı inciləri. On iki cilddə, I cild, Bakı, “Yazıçı”, 1985. 
4.
 
İsmayılov  Y.  Abdulla  Şaiqin  həyatı  və  bədii  yaradıcılığı,  Bakı,  “Elm”, 
1962. 
5.
 
Nəbiyev A. Azərbaycan uşaq folkloru. Bakı, “Elm”, 2002. 
 
 
Guntekin Musayeva  
 
INVARIANTS OF CHILDREN FAIRY TALES  
IN POETIC STORIES OF A.SHAIG 
 
Summary 
 
Children’s tales is one of the oldest genres of Azerbaijan folklore. Genre of 
children’s  fairy  tales  play  an  important  role  in  creative  activity  of  A.Shaig.Them 
include his works such as: “Good Support”, “Tug-Tug Khanum”, “Fox’s Trick” and 
other  short  stories.  All  these  works  except  “Tug-Tug  Khanum”  were  written  in 
allegorical style. 
 
 
Гюнтекин Мусаева 
 
ИНВАРИАНТЫ ДЕТСКИХ СКАЗОК  
В СТИХОТВОРНЫХ РАССКАЗАХ А.ШАИГА 
 
Резюме 
 
Одним  из  древнейших  жанров  устной  литературы  являются  детские 
сказки.  Жанр  детских  сказок  играет  важную  роль  в  творчестве  Абдуллы 
Шаига. К ним относятся такие его произведения, как «Хорошая спина», «Тык- 
тык ханум», «Хитрая лиса» и другие рассказов в стихах. Все эти произведения, 
за исключением «Тык-тык ханум», написаны в аллегорическом стиле. 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Klassik Azərbaycan ədəbiyyatı 
 
Alxan BAYRAMOĞLU 
Filologiya üzrə elmlər doktoru 
Bakı Dövlət Universiteti 
Alxan.memmedov@mail.ru
  
 
XURŞİDBANU NATƏVANIN  
HƏYAT VƏ SƏNƏT DÜNYASI 
   
Açar sözlər: Xurşidbanu Natəvan, həyat, yaradıcılıq, lirika, çarizm 
Key words: Khurshudbanu Natavan, life, creativity, lirics, tsarism 
Ключевые  слова:  Хуршидбану  Натаван,  жизнь,  творчество,  лирика, 
царизм
 
 
XIX  əsr  Azərbaycan  ədəbiyyatının  tanınmış  simalarından  olan 
Xurşidbanu Natəvanın poeziyasında lirika M.P.Vaqif ənənələrinə da-
yansa  da,  daha  çox  insanın  daxili  dünyasının  «qəm  karvanı»nı,  bu 
qəmin  bəşəri-fəlsəfi  dərkinin  mümkünsüzlüyünü  ifadə  edirdi.  Elə 
lirizm  də  həmin  ağırlıq  və  taleyin  qaçılmaz  oyunlarından  doğurdu. 
Araşdırmalar  onu  da  göstərir  ki,  Qarabağla  (ümumən  Qafqaz  və 
Azərbaycanla)  bağlı  Rusiya  imperiyasının  apardığı  məkrli  qəsbkarlıq 
siyasətinin  ilkin  nəticələrini  X.Natəvan  şəxsi  taleyində  yaşamışdır. 
Daha doğrusu, həmin siyasətin günahsız qurbanlarından biri də taleyi 
vətəni Qarabağın, Şuşanın taleyi ilə oxşar olan Xurşidbanu xanımdır.  
Çünki Xurşidbanu Natəvanın şəxsi taleyi Qarabağ xanlığının çar 
Rusiyası tərəfindən siyasi və mülki-hüquqi cəhətdən mənimsənilməsi 
siyasəti  ilə  bağlı  olmuş,  ömrü  boyu  imperiya  siyasətinin  cürbəcür 
məkrli  təzyiq  və  təqiblərinin  ağırlığı  altında  ömür  sürmüşdür.  O,  15 
avqust  1832-ci  ildə  Şuşada  anadan  olmuşdu.  Bu  zaman  Mehdiqulu 
xanın ölümündən sonra onun varisi olmadıqda Qarabağ xanlığının (və 
xanının)  bütün  varidatı,  ərazisi  və  malikanələri  (daşınmaz  əmlakı) 
dövlətin  (Rusiyanın)  xəzinə  torpaqları  sırasına  qatılacaqdı.  Ona  görə 


əgər  Xurşidbanu  əslən  Qarabağda  yaşayan  və  bəy  nəslindən  olan  bir 
adama  ərə  getmiş  olardısa,  Mehdiqulu  xanın  mülkləri  onun  qızından 
olan oğul nəvəsinin adına rəsmiləşdirilə bilərdi. Ancaq ədəbiyyatşünas 
alim  Bəylər  Məmmədovun  apardığı  araşdırmalarda  göstərildiyi  kimi: 
«Rəsmi  yazışmalardan  aydın  olur  ki,  Xurşidbanunun  xan  nəslindən 
birinə  ərə  getməsi  dövlətin  (Çar  Rüsiyasının  –  A.B.)  Qafqazda  ye-
ritdiyi  siyasətə  uyğun  gəlmirdi.  Beləliklə  də,  Xurşidbanunun  ərə 
getmək  məsələsi  şəxsi  çərçivədən  çıxaraq  ictimai  şəkil  alırdı. 
Mütləqiyyətin  xan  ailəsinin  işinə  müdaxilə  etməsi,  aydındır  ki, 
Xurşidbanunun xeyrinə deyildi. O, tanımadığı bir adama ərə getməklə 
xoşbəxt ola bilməzdi (1, 14-15). 
İşin tərsliyindən belə bir gərgin zamanda – 15 may 1845-ci ildə 
Mehdiqulu  xan  qəflətən  vəfat  etdi.  Bu  hadisə  anası  Bədircahan 
bəyimlə  birlikdə  faktiki  olaraq  arxasız  qalan  Xurşidbanu  ilə  izdivaca 
girmək  cəhdlərinin  getdikcə  daha  da  qızışmasına,  hətta  bəzi  məqam-
larda  etik  normalar  çərçivəsindən  çıxaraq,  müəyyən  etirazlarla  qarşı-
lanmasına da gətirib çıxardı…» (1, 15-16). 
Öz  növbəsində  Çar  Rusiyası  üsul-idarəsi  Xurşidbanuya  qarşı 
cürbəcür siyasi, hərbi, hüquqi və iqtisadi təzyiqlərini getdikcə güclən-
dirməyə başladı… Nəhayət, 1848-ci ildə gənc Xurşidbanu Qafqazın o 
zamankı  canişini  knyaz  Voronsov-Daşkovun  yavəri,  əslən  dağıstanlı 
Xasay  xan  Usmiyevə  ərə  getməyə  razılıq  verməyə  məcbur  edildi  və 
1850-ci ildə onların toyu oldu. 
Görünür,  Bədircahan  bəyimlə  Voronsov-Daşkovun  «sövdələş-
mələrinə», daha doğrusu, bu məcburi izdivac  «razılığına» uyğun ola-
raq,  «1848-ci  ilin  avqustunda…  atasının  mülkləri  yenə  də  ömürlük 
olaraq  Xurşidbanunun  ixtiyarına  keçdi.  Bədircahan  bəyimə  isə  ildə 
1000 çervon təqaüd təyin edildi» (1, 20-21). Lakin hadisələrin sonrakı 
inkişafı göstərdi ki, bu, hələ son deyil, çar üsul-idarəsi Qarabağ xan-
lığının mülklərindən öz caynaqlarını heç də tamamilə çəkməmişdi…  
Həmin  izdivacdan  övladları  olsa  da,  nə  Xasay  xan,  nə  də  Xur-
şidbanunun  taleyi  onların  üzünə  gülmür.  Keçirdiyi  ruh  düşkünlüyü, 
məruz  qaldığı  təzyiq  və  təqiblərə  dözə  bilməyən  Xasay  xan  1866-cı 
ildə Voronejdə özünə qəsd edir. 
Xurşidbanu 1869-cu ildə papaqçılıq sənəti ilə məşğul olan şuşalı 
Seyid Hüseynlə ailə qurur… Onun bu qərarı X.Natəvanla evlənəmyə 
can  atan  Qarabağ  əsilzadələrinin  qəzəbini  coşdurur.  Rəiyyətlə  evlən-
diyi üçün X.Natəvanı həcv edənlər də olur, müdafiəsinə qalxanlar da... 
Bütün bunlar azmış kimi, Natavanı qızı Xanbikəni varlı və yaşlı 
bir kişiyə ərə verməyə razı salmaq istəyənlər də olur. Lakin o, “...13 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə