Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə11/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   7   8   9   10   11   12   13   14   ...   130

elə bir iclas, elə bir qurultay, elə bir konfrans olmurdu ki, orada “Dədə 
Qorqud” tənqid olunmasın. 1951-ci ilin may ayında Azərbaycan Yazı-
çılar İttifaqının iclasında Həmid Araslının qeyri-səmimi olduğu xüsusi 
vurğulandı, Mirzə İbrahimvov, Səməd Vurğun, Mikayıl Rəfili, Mika-
yıl  Rzaquluzadə  və  başqaları  öz  “səhvlərini”  boyunlarına  alsalar  da, 
onlara  qarşı  keçirilmiş  kampaniya  hələ  bir  müddət  davam  etdi”  (1, 
14). 
Eposa qarşı belə düşmən münasibətin əsasında nə dururdu?  
Eposun  Azərbaycan  şair  və  yazıçıları  tərəfindən  öz  bədii  əsər-
lərində  inkişaf  etdirilib  xalq  arasında  yayılan  hansı  cəhətləri  sovet 
ideoloqlarının qəzəbinə səbəb olurdu?  
Bu  sualların  “Kitabi-Dədə  Qorqud”  eposunun  müasir  Azərbay-
can ədəbiyyatının inkişafındakı rolunun aydınlaşdırılması baxımından 
xüsusi əhəmiyyəti var. 
Prof.  C.Qasımov  “Kitabi-Dədə  Qorqud”un  ittiham  edilməsinin 
dörd əsas səbəbini göstərir:  
1.  Marksizmin  klassik  irsə  baxışları.  “Kitabi-Dədə  Qorqud” 
milli  mənəvi  əxlaqi  və  dini  dəyərlərimizi  özündə  yaşatdığına  görə 
marksizmə-leninizmə zidd bir əsər kimi ədəbi səhnədən (müvəqqəti də 
olsa) yığışdırıldı. 
2.  Türkün  özünə  qayıdış  çağırışı.  Dastanda  oğuzun  (türkün) 
mənşəyindən, məişət tərzindən danışılır. Eposda qəhrəmanlıq, cənga-
vərlik tarixinə, hətta coğrafi ərazi və məkana qədər hər şey öz əksini 
tapır.  Lakin  bütün  bunların  içindən  bir  ana  xətt  də  keçir:  Qorqud 
atanın  son  boydakı  “türkün  türkə  inamı,  əcdada,  babaya  etiqadı  və 
dəstəyi itəndə vurduğu fəsad” mesajı... Bu nəsihətin növbəti türk sər-
kərdələrinə  çatmaması  və  buraxılmış  səhvlərin,  törədilmiş  faciələrin 
növbəti  dəfə  təkrarlanması,  türkün  bir  mənəvi  bayraq  altında  bir-
ləşməməsi  üçün  onun  “dədə  kitabı”  –  “Kitabi-Dədə  Qorqud”  “bur-
juy”,  “pantürkist”  elan  edilərək  yasaqlanır.  Başqa  sözlə,  Qorqudun 
vəsiyyətlərini  onun  nəvələrindən  uzun  müddət  tarix,  zaman  indi  isə 
bolşeviklər gizlətmək istəyirdilər. 
3. Erməni amili. Ermənilər milli-mənəvi dəyərləri və ya mədə-
niyyət  abidələrini  özəlləşdirərkən  əsasən  aşağıdakı  prinsipdən  çıxış 
edirdilər: 
Birincisi, başqa xalqlara məxsus abidələri özününkü elan etmək;  
İkincisi, modifikasiya edərək onları dəyişdirmək.  
Üçüncüsü,  özəlləşdirə  bilmədiklərini  özlərinin  və  ya  başqaları-
nın əli ilə məhv etmək;  
Dördüncüsü, müxtəlif şayiələr yaymaqla əhalinin öz əli ilə məhv 


etmək  (məsələn,  Azərbaycanda  daşdan  yonulmuş  qoçların  içərisində 
qızıl və  ya qiymətli əşya gizlədildiyi  uydurmasını  ortaya ataraq  yerli 
əhalinin əli ilə həmin abidələri məhv etmək). 
Fikrimizcə,  ermənilərin  bu  əsəri  məhv  etmə  cəhdlərinin  əsas 
səbəbi “Dədə Qorqud”un coğrafiyası ilə bağlı idi. Vaxtilə V.V.Bartold 
yazırdı ki, “Kitabi-Dədə Qorqud” çox çətin ki, Qafqaz mühitindən kə-
narda  yaranmış  olsun”  (4,  116).  V.V.Bartoldun  dediyi  Qafqaz  mühi-
tində  ermənilər  nə  etnos,  nə  xalq,  nə  də  dövlət  kimi  görünmür.  Das-
tanda Oğuzların Gürcüstanla həmsərhəd olduğu göstərildiyi halda, bu 
gün  ermənilərin  məskunlaşdığı  Azərbaycan  ərazilərində  ermənilərin 
yaşamadığı  göstərilir.  Bu  da  ermənilərin  həyata  keçirmək  istədikləri 
uydurma “Böyük Ermənistan” ideyasının reallaşmasına mane olurdu. 
Ona  görə  də  onlar  türk  xalqlarının  tarix,  coğrafiya,  fəlsəfə,  psixolo-
giya, ədəbiyyat, dövlətçilik, əxlaq, hüquq və s. dərsliyi olan bu mənəvi 
sərvəti hər vəchlə ədəbi-bədii səhnədən çıxarmağa çalışırdılar.  
4.  “Kitabi-Dədə  Qorqud”un  yasaqlanmasının  imperiyanın 
əyalət-müstəmləkə  düşüncəsindən  doğması.  Məlumdur  ki,  həmişə 
və  hər  yerdə  imperiya  maraqları  güdən  SSRİ  rəhbərliyi  mənşə  və 
şəcərə  məsələsinə  xüsusi  fikir  verirdi.  Fikrimizcə,  azərbaycanlıların 
gəlmə elan edilməsi ideyası da buradan qaynaqlanırdı (3, 29-31). Baş-
qa sözlə, “Dədə Qorqud” dastanında Azərbaycan xalqının bu torpağın 
yerli  əhalisi  olması  haqqında  inkaredilməz  tarixi  faktlar  imperiyanın 
bu əyalət-müstəmləkə düşüncəsinin əsaslarını dağıdırdı.  
Stalinizm  epoxasının  başa  çatması  ilə  “Kitabi-Dədə  Qorqud”a 
münasibət dəyişildi; eposun repressiyası dayandırıldı, onun çapı, təd-
qiqi  və  bədii  ədəbiyyatdakı  təcəssümü  ilə  bağlı  yeni  dövr  başlandı. 
Həmin tarixi məqamın carçısı, görkəmli Azərbaycan ziyalıları və eyni 
zamanda  eposla  bağlı  müxtəlif  təzyiqlərə  məruz  qalmış  H.Araslı, 
Ə.Dəmirçizadə,  M.Arif  və  M.H.Təhmasibin  “Kommunist”  qəzetinin 
1957-ci  il  26  mart  tarixli  nömrəsində  çap  olunmuş  “Dədə  Qorqud 
dastanları” adlı məqalə oldu (5).  
Beləliklə,  “Kitabi-Dədə  Qorqud”un  istər  bir  epos  kimi,  istərsə 
də bədii  ədəbiyyatdakı  ədəbi  taleyi  müasir  Azərbaycan  ədəbiyyatı ilə 
sıx  bağlıdır.  Bu  tarixlər  bütün  məkan-zaman  sərhədləri  ilə  üst-üstə 
düşür. Müasir Azərbaycan ədəbiyyatı dedikdə XX əsrin 20-ci illərin-
dən  bugünəqədərki  ədəbiyyat  nəzərdə  tutulur.  “Kitabi-Dədə  Qor-
qud”un  Azərbaycana  “gəlişi”  də  həmin  dövrə  təsadüf  edir.  N.Ələk-
bərlinin  yazdığı  kimi,  “20-ci  illərdə  Azərbaycan  ədəbi  ictimaiyyətinə 
bir neçə boyun rus dilinə tərcüməsi və Kilisli Müəllim Rifət tərəfindən 
eposun orijinalda hazırlanmış nəşri məlum idi” (6, 13). Ə.Abid Kilisli 


Müəllim  Rifətin  1916-cı  ildə  Türkiyədə  çap  etdirdiyi  nüsxə  əsasında 
Azərbaycanda  ilk  dəfə  olaraq  1926-cı  ildən  məqalələrlə  çıxış  etməyə 
başlayır.  1939-cu  ildə  H.Araslının  Türkiyə  nüsxəsi  əsasında  hazırla-
dığı “Kitabi-Dədə Qorqud” geniş tirajla çap olunaraq Azərbaycan cə-
miyyətində  yayılır.  Bu  baxımdan,  müasir  Azərbaycan  ədəbiyyatının 
tarixi qırılmaz şəkildə bu eposla bağlıdır. 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Əliyev Heydər. Milli varlığımızın mötəbər qaynağı / Dədə Qorqud dünyası 
(məqalələr). Bakı: “Öndər Nəşriyyat”, 2004. 
2.
 
Книга  моего  Деда  Горкуда.  Огузский  рероический  эпос.  Перевод 
В.В.Бартольда. Баку: YNE «XXI», 1999. 
3.
 
Milli  Təhlükəsizlik  Nazirliyinin  arxivi.  PR-25082.  Qasımov  C.  “Dədə 
Qorqud kitabı” və  milli-etnik yaddaşın repressiya tarixi //  “Dədə Qorqud” 
jur., 2009, № 4. 
4.
 
Бартольд  В.В.  Турецкий  эпос  и  Кавказ  /  Книга  моего  Деда  Горкуда. 
Огузский  героический  эпос.  Перевод  В.В.Бартольда.  Москва-
Ленинград, 1962. 
5.
 
Araslı  H.,  Dəmirçizadə  Ə.,  Arif  M.,  Təhmasib  M.H.  Dədə  Qorqud 
dastanları // “Kommunist” qəz., 1957-ci il, 26 mart, № 71. 
6.
 
Ələkbərli  N.  “Kitabi-Dədə  Qorqud”  Azərbaycan  ədəbiyyatında  //  “Azər-
baycan” jur., 1999, № 9. 
 
 
Yegana Ismailova 
 
THE HISTORY OF THE “APPEARANCE” OF “BOOK OF  
DADA GORGUD” IN AZERBAIJAN SOCIETY AND  
THE PERIOD OF “ PROHIBITION”  
 
Summary 
 
In  the  article  it  is  spoken  about  necessity  to  attracts  attention  to  two  main 
interconnectiv  factors,  connected  with  the  influence  of  “Dada  Gorgud”  dastan  on  
development of modern  Azerbaijan literature: 
Firstly, the history of “appearance” in the first half of the XX century of epos 
which manuscript was found in the second half of XIX century . 
Secondly,  started  in  the  20s  of  the  XX  century  national  and  ideological 
repressions and bloody persecutions of literary men who showed their attitude to this 
epos. 
 
 
 
 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə