Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə9/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   5   6   7   8   9   10   11   12   ...   130

Əgər  o  doğrudan  da  Oğuzlar  arasına  gəlib  (628-ci  ildən  sonra) 
islamı  təbliğ  etmişsə,  burada  qısa  müddətdə  qalmış  (bu  vaxt  həzrəti 
Məhəmmədin vəfatına 2-3 il qalırdı) və qayıdıb getmişdir. Qısa zaman 
kəsiyində onun görünməsi dastanlaşa bilməzdi. 
Qeyd  etdik  ki,  həmin  parça  epos  yaradıcılığına  məxsus  olan 
ritmik-sintaktik paralellər əsasında deyilib. Belə psixoloji paralellərdə 
təbiət  hadisələri  və  canlılara,  (insanlar  istisna  olmaqla)  məxsus  xüsu-
siyyətlər  sadalanır.  Bunlar  hamısı  bədii  təyin  rolu  oynamaqla  səhərin 
açılmasından xəbər verir. İkincisi, həmin paralellərdəki ifadə nə üçün-
sə, xoruzun deyil, “Salman Farisinin banlaması” kimi izah edilir. Əgər 
bu doğrudan da Salman Farisi idisə, eposda “söylədikdə”, “çığırdıqda” 
və s. kimi sözlərdən istifadə olunardı. 
Eposun  elmi-tənqidi  mətnini  hazırlayan  mərhum  professorların 
hər  ikisi  dil  tarixi  mütəxəssisləri  idi;  onlar  yaxşı  bilirdilər  ki,  eposda 
sözlər  həm  müstəqim,  həm  də  məcazi  mənada  işlədilmişdir.  Banla-
mağın xoruza məxsus əlamət olması hamıya məlumdur. “Xoruz ban-
lamasa, səhər açılmaz” və yaxud “Vaxtsız banlayan xoruzun başın kə-
sərlər” və s. ifadələri dediklərimizi bir daha təsdiqləyir. Heç kim deyə 
bilməz  ki,  nə  vaxtsa  azan  çəkənə  banlayan  deyiblər.  Üçüncüsü, 
Salman  Farisi  islam  Peyğəmbərinin  yanında  olan  yüzlərlə  insandan 
biri  idi.  Deyək  ki,  o  Azərbaycana  gəldi,  onun  “banlamağı”  –  azan 
çəkməyi nə tez yayıldı və eposa düşdü. Oğuz eli Dəmirqapı Dərbənd-
dən  başlayıb  Qərbdən  Qara  dəniz  sahilləri,  Gənub  Qərbdən  Kiçik 
Asiyanın  bir  hissəsini,  Şam,  Cənubi  Azərbaycanı,  Xəzər  dənizinin 
Şərq  və  Qərb  sahilləri  ətrafını  tutmuşdu.  Səlman  Farisinin  oğuzda 
azan çəkməsi, tezcə də dastan mətninə düşməsi heç cür ağıla batmır… 
“Dirsə xan oğlu Buğac boyu” Dədə Qorqud dastanlarının ən əski 
boylarından  biridir.  Burada  tanrıçılıq  kultu  özünü  çox  güclü  şəkildə 
göstərir: 
 
Nə Qazlıq tağı ağar sənin suların 
Ağar kibi ağmaz olsun! 
Bitər sənin otların Qazlıq tağı 
Bitər ikən bitməz olsun! 
Qaçar sənin geyiklərin, Qazlıq tağı, 
Qaçar ikən qaçmaz olsun, taşa dönsün! (1, 39). 
 
Başqa bir parçaya nəzər salaq. Oğlan aydır: 
 
 


Bəri gəlgil, ağ südin əmdigim,  qadunım ana! 
Ağ birçəklü, izzətlü, canım ana! 
“Ağar” ayıda qarğamağıl, 
Qazlıq tağının suyının günahı yoqdır 
“Bitər” ayıda otlarına qarğımağu 
Qazlıq tağının günahı yoqdır. 
Arslanla qaplanına qarğımağıl, 
Qazlıq tağının suçı yoqdur. 
Qarğarsan, babama qarğa
Bu suç, bu günah babamdandır dedi (1, 39). 
 
“Tenqri (tanrı) verən tatlı canın seyranda imiş, endi dəxi” – mis-
rasında çox aydın görünür ki, canı verən Allah yox, tenqridir (tanrı). 
Yəni tanrı vermiş şirin canın gəzməkdə idi, yendi axır”. 
Bunlarla yanaşı həmin parçada türklərin əski inanclarından olan 
dağ, su (çay) kultu, ağac arxetipi, qoca arxetipi (Xızır peyğəmbər və 
s.)  özünü  açıq-aydın  göstərir;  Qədim  türklərin  inancına  görə  dağ  – 
hami,  sığınacaq  idi.  O,  tenqriyə  daha  yaxın  olduğu  üçün  müqəddəs 
sayılırdı, ona ulu ata, baba, əcdad kimi baxılırdı. Odur ki, ana asi olub, 
Qazlıq dağına qarğış edirdi… həmçinin su kultu da qədim əcdadları-
mızın  düşüncəsində  möhkəmlənmiş  inanclardan  biri  idi.  Xızır  pey-
ğəmbərin  yaralı oğlanın üstünə gəlməsi də daha  əski inanclarla bağlı 
idi.  Bunlar  isə  məhz  həmin  boyun  islamdan  çox  öncə  meydana  çıx-
dığını sübut edir. Dədə Qorqud isə həmin boyları həm söyləmiş, həm 
də yenilərini yaratmışdır.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Kitabi-Dədə Qorqud. B., 1988. 
2.
 
“Kredo” qəzeti. 03.01.2015. 
3.
 
Bayatı Həsən. Cami-cəm. B., 2011. 
4.
 
Rəşidəddin. Oğuznamə. B., 2003. 
5.
 
Əliyev M.Ə. Dədə Qorqud şeiri. B., 2000. 
6.
 
Жирмунский  В.М.  Ритмико-синтаксический  параллелизм  как  основ 
древнетюркского эпического стиха. «Вопросы» языкознания. М.,1968, 
№ 4. 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Yeganə İSMAYILOVA 
Filologiya üzrə fəlsəfə doktoru 
Bakı Dövlət Universiteti 
yegane-n@mail.ru
 
 
“KİTABİ-DƏDƏ QORQUD”UN AZƏRBAYCAN 
CƏMİYYƏTİNƏ “GƏLİŞ”İ TARİXİ VƏ “YASAQ” DÖVRÜ 
 
Açar sözlər: “Dədə Qorqud” eposu, müasir Azərbaycan ədəbiyyatı 
Key words: epos “Dada Gorgud”, modern Azerbaijan literature 
Ключевые  слова:  эпос  «Деде  Коркуд»,  современная  азербайджанская 
литература
 
 
Bu  məqalə  “Kitabi-Dədə  Qorqud”  dastanla-
rının  elm  aləminə  bəlli  olmasının  200  illiyinə  və 
“Dədə  Qorqud”u  qoruyanların  –  akad.    H.Araslı-
nın, akad. M.Arif Dadaşzadənin, prof. M.H.Təhma-
sibin,  AMEA-nın  müxbir  üzvü,  prof.  Ə.Dəmirçi-
zadənin əziz xatirəsinə həsr olunur. 
 
“Kitabi-Dədə Qorqud” dastanlarının müasir Azərbaycan ədəbiy-
yatının  inkişafındakı  rolunun  tədqiqi  bir-biri  ilə  əlaqəli  olan  iki 
mühüm amilə diqqət yetirməyi tələb edir. 
Birincisi,  əlyazması  XIX  əsrin ikinci  onilliyindən tapılaraq elm 
aləminə  məlum  olan  eposun  XX  əsrin  birinci  yarısında  Azərbaycan 
cəmiyyətinə “gəlişi” tarixi; 
İkincisi,  XX  əsrin  20-ci  illərindən  Azərbaycan  cəmiyyətində 
başlayan  milli-ideoloji  repressiyalar  və  onların  fonunda  eposun  və 
eposa hər hansı  münasibətlə diqqət  yetirmiş  ədiblərin (ümumən ziya-
lıların) qanlı təqiblərə məruz qalması. 
Bu  amillər  bir-biri  ilə  ayrılmaz  dərəcədə  bağlıdır,  bunları  bir-
birinə bağlayan “milli tale” anlayışıdır. Bu tale bir qapalı üçbucaqdır: 
“Kitabi-Dədə Qorqud”, milli ədəbiyyat və milliliyin repressiyası. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə