Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə10/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   6   7   8   9   10   11   12   13   ...   130

Azərbaycan  etnik-ədəbi,  milli-estetik  düşüncəsinin  mayası,  bü-
növrəsi, milli ədəbiyyatının qaynağı və mərhələsi olan “Dədə Qorqud” 
eposu  ədəbi-bədii  enerji  qaynağı  kimi  həmişə  Azərbaycan  milli  var-
lığının  ruhunda  olmuşdur.  Orta  əsrlərdən  eposun  canlı  ifaçılıq  döv-
riyyəsindən  çıxması  onu  aktual  milli  yaddaşdan  tədricən  tarixi  milli 
yaddaşa keçirdi. Əsrlərin, qərinələrin dialektikası öz işini gördü: epos 
tarixi yaddaşdan da arxaik yaddaşa endi. Arxaik yaddaş hər bir xalq 
üçün  onun  düşüncəsinin  genetik  simvolu,  arxetipik  energetikası 
deməkdir. Bu, milli  yaddaşın  enerji  qaynağıdır.  Həmin qaynaq aram-
sız şəkildə müasir milli-ədəbi, etnik-bədii düşüncəni qidalandırmaqda 
davam edir. Çünki “Kitabi-Dədə Qorqud” ulu öndər H.Əliyevin bəyan 
etdiyi  kimi,  “Azərbaycan  xalqının  tarixinin,  etnik  yaddaşının,  arxaik 
təfəkkürünün  güzgüsü”, “nitqimizin, dilimizin,  mənəviyyatımızın,  ru-
humuzun  nəğməsi”  idi  (1,  9).  Xalq  bu  dastanın  “güzgüsündə”  özünü 
bolşeviklərin  təqdim  etdiyindən  tamamilə  fərqli,  əsl  milli  simasını 
gördü, bu dastanın epoxaların dərinliyindən gələn “səsində” bolşevik-
lərin azərbaycanlıların milli ruhuna tamamilə yad olan “proletar” him-
nindən  fərqli  olub,  xalqın  milli  ruhunu  coşduran  doğma  “nəğməsini” 
eşitdi. Azərbaycan ziyalıları milli düşüncənin energetik qaynağına bir-
başa qoşulmaq imkanı əldə etdi. Eposun Azərbaycanda çap olunması 
ilə milli şüurun coşqun oyanışı, dirçəlişi başlandı. Ədəbiyyat bu milli 
coşquda  misilsiz  rol  oynadı.  Bu  milli  quruculuq  prosesi  idi.  Lakin 
tezliklə  ona qarşı  antimilli  quruculuq  prosesinə  təkan verildi.  “Kita-
bi-Dədə  Qorqud”da  təbliğ  olunan  fikirlər  1920-ci  il  aprelin  28-də 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  varlığına  son  qoyaraq,  erməni  iş-
ğalına şərait yaratmış sovet imperiyasının ideoloji maraqları ilə daban-
dabana  zidd  idi.  “Kitabi-Dədə  Qorqud”  bütün  ideologiyası  ilə  rus-
sovet  imperiyasının  ideologiyasının  əksinə  idi.  Bütün  bu  milli  və 
antimilli quruculuq prosesləri isə bu və ya digər şəkildə müasir Azər-
baycan  ədəbiyyatında  öz  əksini  tapır,  izini  qoyur,  onun  inkişafına 
fərqli  məzmun  və  formada  təsir  edirdi.  “Dədə  Qorqud”  eposunun 
Azərbaycan  ədəbiyyatının  inkişafındakı  rolunu  eposun  Azərbaycana 
“gəlişi”  və  onun  “təqibi”ni  araşdırmadan  Azərbaycan  sovet  ədəbiy-
yatının  bədii  üslubunu  başa  düşmək  mümkün  deyildir.  Çünki  milli 
repressiyalar  nə  qədər  qanlı  xarakter  alsa  da,  millilik,  milli  düşüncə 
Azərbaycan  ədəbiyyatını  heç  vaxt  tərk  etməmişdir.  Yazıçı  və  şair-
lərimizin milli duyğuları bu repressiyaların təsiri altında cürbəcür sim-
volik məzmun və forma kəsb etmişdir. Bu simvolizm öz başlanğıcını, 
əslində,  “Kitabi-Dədə  Qorqud”un  Azərbaycana  “gəlişi”  ilə  yaranan 
milli  coşqudan  və  onun  antimilli  əsaslarla  təqibindən  götürür.  XX 


əsrin  60-cı  illərindən  başlayaraq  Azərbaycanda  (o  cümlədən  bütün 
sovet  cəmiyyətində)  müəyyən  ideoloji  yumşalma  baş  versə  də,  əslin-
də,  imperiya  öz  siyasətindən  əl  çəkmədi:  onu  formaca  dəyişdirdi.  Bu 
da  ədəbiyyatımızda  “Dədə  Qorqud”  simvolizminin  bütün  XX  əsr 
boyunca yaşamasını şərtləndirdi.  
Lakin  “milli  varlığımızın  mötəbər  qaynağı”  (H.Əliyev)  olan 
“Kitabi-Dədə  Qorqud”  eposu  da  “XX  əsrin  tarixində...  misli  görün-
məmiş  təqiblərə  məruz  qaldı.  Hətta  onu  öyrənməyə,  tədqiq  etməyə 
cəhd  göstərənlərin  taleyi  də  acınacaqlı  olub.  Azərbaycanda  “Kitabi-
Dədə Qorqud”un nüfuzlu tədqiqatçılarından bir olan Əmin Abid eposa 
həsr  olunmuş  bir  neçə  əsər  çap  etdirdikdən  sonra  əbədi  susduruldu. 
Bəzi  mənbələr  eposun  otuz  boydan  ibarət  olduğunu  təxmin  edirlər. 
Azərbaycanın görkəmli dilçi alimi Bəkir Çobanzadə aşkar etdiyi  yeni 
boy haqqında məlumat versə də, sonralar alim repressiyaya məruz qal-
dığına görə bu məlumatın dürüstlüyünü təsdiqləmək mümkün olmadı” 
(1, 12-13). 
1941-1945-ci  illər  Böyük  Vətən  (SSRİ-Almaniya)  müharibəsi 
dövründə  bu  təqiblərə  məcburən  ara  verilir.  Ulu  Öndər  Heydər 
Əliyevin bəyan etdiyi kimi, “faşizmə qarşı mübarizəyə qalxan xalqda 
qəhrəmanlıq  ruhunu  canlandırmaq  məqsədilə  sovet  ideoloji  maşını 
“Kitabi-Dədə  Qorqud”  və  “Koroğlu”  kimi  dastanlardan  istifadə 
etməyə cəhd göstərirdi. Müharibə qurtardıqdan və dinc həyat bərqərar 
olduqdan  sonra  gənc  nəslin  “Kitabi-Dədə  Qorqud”  ruhunda  tərbiyə 
edilməsi ideoloqlar tərəfindən yasaq olundu. Ədəbiyyata və incəsənətə 
qarşı yönəldilmiş məşhur “Jdanov qərarları” ab-havasına uyğun olaraq 
“Kitabi-Dədə Qorqud”a qarşı hücumlar başlandı” (1, 13). 
Eposa  qarşı  aparılan  kampaniyanı  milli-etnik  yaddaşın  repres-
siyası  kimi  səciyyə  edən  prof.  C.Qasımov  çoxsaylı  qiymətli  sənədli 
(və  bir  çoxunu  elmi  ictimaiyyətə  ilk  dəfə  təqdim  etdiyi)  faktlar  əsa-
sında  yazdığı  məqalədə  göstərir  ki,  1920-ci  illərdə  M.Mirbağırov, 
A.Musaxanlı,  R.Əfəndizadə,  Ə.Abid,  İ.Hikmət  və  S.Mümtaz  tərə-
findən tədqiqata cəlb olunan “Dədə Qorqud” 1937-ci il oktyabrın 9-da 
S.Mümtazla birlikdə “həbs edildi” və bu nüsxə “əməliyyat əhəmiyyəti 
kəsb  etmədiyinə  görə”  (2)  aktlaşdırılaraq  yandırıldı.  Qeyd  etməliyik 
ki,  bu  hələ  “Kitabi-Dədə  Qorqud”un  repressiyası  deyildi.  Sadəcə, 
“xalq düşməni” yarlığı vurulmuş Salman Mümtazın və ondan götürül-
müş əlyazma, cüng və kitabların məhvi idi (3, 14). 
Ulu  öndər  H.Əliyev  yazır:  “Eposun  ünvanına  səslənən  ittiham-
lardan sonra ayrı-ayrı alimlərin mövqeləri kəskin tənqid atəşinə tutul-
du. Artıq epos sözünün özü belə dırnaq içərisində işlədilirdi. O dövrdə 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə