Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə13/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   9   10   11   12   13   14   15   16   ...   130

ləyi” xalq nağılında tülkünün kələkləri bir-bir sıralanır. A.Şaiq isə bu 
kələklərdən  yalnız  birini  –  tülkünün  xoruz  və  qarğanı  aldatması  his-
səsini öz əsərinə mövzu seçmişdir. 
Bir  zamanlar  toyuq-cücə  yeyib  kef  ilə  yaşayan  tülkü  qocalma-
sına  baxmayaraq,  yenə  də  öz  hiyləgərliyindən  və  acgözlüyündən  əl 
çəkməyərək toyuq-cücəni aldatmaq üçün yeni bir hiyləyə əl atır. Buna 
görə  o,  mömin  libası  geyib,  yalandan  tövbə  edərək  həccə  getmək 
istədiyini söyləyir: 
 
“Təsbeh aldı əlinə, 
Şal bağladı belinə,  
Ayaqlarında çarıq,  
 Başında tirmə sarıq, 
 ...Çölləri seyr edirdi” (2, 75). 
 
Xalq  nağılında  isə  tülkünün  zahiri  portreti  tamamilə  fərqlidir. 
Belə ki,  nağılda tülkü tez özünə  təsbeh düzəldir  və  çevirə-çevirə  get-
məyə başlayır. Tülkünü bu şəkildə görən xoruz ondan soruşur: “Tülkü 
baba, deyəsən abid olmusan!” (4, 493). 
Tülkü isə ona qısa şəkildə belə cavab verir: “Bəli, xoruz qardaş, 
tutduğum işlərdən tövbə etmişəm, indi ziyarətə gedirəm” (4, 493). 
A.Şaiq  isə  tülkü-xoruz  dialoqunu  daha  geniş,  oynaq,  ritmik  bir 
şəkildə verir: 
 
Tülkü başını salladı,  
Hönkür-hönkür ağladı. 
Dedi: – A məstan xoruz,  
Gözləri mərcan xoruz! 
Qocalmışam, düşmüşəm, 
Sizi çox incitmişəm. 
.....İndi həccə gedirəm
Daha tövbə edirəm. 
Xoruz dedi: - Baba can,  
Sənə bu canım qurban! 
Daha bəsdir, ağlama, 
Ürəyimi dağlama! 
Haqq yolunu bulmusan,  
İndi mömin olmusan” (2, 76 ). 
 
Bu dialoqların və təsvirlərin A.Şaiqdə geniş və əhatəli olmasının 


əsas  səbəbi  yuxarıda  qeyd  etdiyimiz  kimi,  xalq  nağılının  yalnız  bir 
epizodundan  istifadə  olunmasıdır.  Belə  ki,  əhvalatlar  nağıılda  tülkü-
nün bir neçə kələkləri ilə davam edir. 
Hekayəni nağıldan fərqləndirən xüsusiyyətlərdən biri də odur ki, 
nağılda  tülkü  xoruzla  yanaşı,  qarğanı  da  aldadıb  öz  hiyləsinə  salır. 
Hekayədə isə qarğanı ev quşları əvəz edir. 
Oxşar cəhətinə gəldikdə isə hər iki əsər eyni qayəyə xidmət edir. 
Belə ki,  hər iki nümunədə  də  öz  əməlləri ilə  insanları  aldadan və  din 
xadimi libasına girmiş yalançı mollalar və onlara inanan mövhumatçı 
insanlar gülüş hədəfinə çevrilir. 
A.Şaiqin  folklor  motivlərinin  üstünlüyü  ilə  yazılmış  üçüncü 
mənzum hekayəsi “Yaxşı arxa” adlanır. Alleqorik səpkidə yazılmış bu 
əsərində ədib  yenə də heyvanlar aləmini təsvir etməklə, uşaqlar üçün 
tərbiyəvi əhəmiyyəti olan məsələlərə toxunmuşdur. 
A.Şaiq  “Yaxşı  arxa”  mənzum  hekayəsini  “Tülkü,  hacıleylək, 
qarğa” adlı xalq nağılının süjeti əsasında yazmışdır. 
A.Şaiq də əsərini nağıllara məxsus şəkildə belə başlayır: 
 
“Günlərin bir günündə 
Qalıın meşə içində 
Bir ac tülkü olurdu 
Acından qovrulurdu” (2, 83). 
 
Tülkünün  ac-yalavac  meşədə  dolaşması,  yuxuda  toyuq-cücə 
görməsi,  fikirləşib  çarə  axtarması  xalq  nağılında  yoxdur.  Bu  ədibin 
özünəməxsus üsulu və əlavəsidir. 
Bu  mənzum  hekayəsində  “Tülkü  həccə  gedir”  hekayəsində  ol-
duğu  kimi  tülkü  tülkülüyündən  əl  çəkməyərək  asan  yolla  şikar  əldə 
etmək  üçün  hiylə  qurur.  Bu  dəfə  Tülkü  hacıleyləyi  aldadıb  balalarını 
yemək üçün hiylə qurur: 
 
“Dedi: – A leylək baba 
Köç bu ağacdan daha! 
Bu çöl, yamac, bu orman 
Mənə qalmış atamdan. 
Bu gün üç gündür acam 
Bir loxmaya möhtacam 
Gəldim kəsim çinarı 
Aparım satım barı” (2, 84). 
 


Xalq  nağılında da bu hissə qısa şəkildə belə verilir:  “–  Leylək, 
bu ağac mənə atamdan qalıb, yığış burdan köç, mən ağacı kəsirəm” (4, 
400). 
Hər iki variantda da leylək qan-yaş  tökərək ağacı kəsməsin  de-
yə, öz balasını tülküyə qurban verir. 
Tülkünün  üçüncü  dəfə  gəlib  leyləyin  balasını  yediyini  görəndə 
qarğa dözməyərək leyləyə belə cavab verir: 
 
“Uzunboy, uzunboğaz, 
Xeyrə, şərə yaramaz. 
Ayaqların bir arşın, 
Ondan uzundur başın. 
Ağlın ancaq gödəkdir, 
Adın Hacıleyləkdir” (2, 89). 
 
Yazıçı  bu  dialoqda  qarğanın  dili  ilə  “uzunun  ağlı  topuğunda 
olar” atalar sözünü işlətmişdir.  
Qarğa  leyləyi  ayıldandan  sonra  leylək  ağzı  şirələnmiş  tülküyə 
belə cavab verir: 
 
“Dedi: Rədd ol, hiyləgər! 
Lovğalanma bu qədər.  
Bəsdir, bu hiyləylə sən,  
Sinəmə dağ çəkmisən” (2, 89). 
 
Beləliklə,  leylək  özünə  qarğa  kimi  bir  dost  taparaq  öz  balasını 
üçüncü  dəfə  aldanıb  düşmənə  vermir.  Leyləyin  öyrədildiyini  görən 
tülkü bu dəfə qarğaya toy tutmaq qərarına gəlir. Hər iki variantda da 
birinci hissə burada tamamlanır. İkinci səhnədə tülkü və qarğadır. 
Mənzum hekayənin ikinci hissəsi təbiət təsviri ilə başlayır: 
 
“Günəş üfüqdə söndü, 
Yavaş-yavaş büründü 
Çən, dumana çöl, çayır, 
Yamac-dərə, dağ, bayır” (2, 90). 
 
A.Şaiq təbiətin gözəllik və şuxluğunu elə zərif, əlvan cizgilərlə 
canlandırır  ki,  sanki  insanın  gözünün  qabağında  dolğun  bir  mənzərə 
görsənir. 
Bu  təbiət  təsvirindən  sonra  ikinci  hissə  başlayır.  Tülkü  meşədə 


ac, yalavac və qəzəbli halda qarğadan intiqam almaq yolları axtarır. 
Xalq nağılında olduğu kimi, mənzum hekayədə də tülkü özünü 
ölülüyə  vuraraq  qarğanı  aldadır  və  onu  tutur.  Lakin  qarğanın  xilas 
olma cəhdi xalq nağılından fərqlidir. Belə ki, mənzum hekayədə qarğa 
tülküdən xahiş edir ki, onu yeyəndə bu sözləri desin: 
 
“Gorsuz, kəfənsiz qarğa, 
Yurdsuz, vətənsiz qarğa
Həsrətlə keçdi ömrün, 
Yazıq sənə, qa-qa-qa!” (2, 96). 
 
Tülkü də “qa-qa” deyən kimi qarğa onun əlindən qaçır. 
Xalq  nağılında  isə  qarğa  tülküdən  xahiş  edir  ki,  onu  çaya  atıb 
yesin.  Tülkü  də  qarğanın  sözlərinə  inanıb  onu  qayalıqdan  atanda, 
qarğa uçaraq xilas olur. 
A.Şaiq  bu  mənzum  hekayəsində  tülkünün  simasında  hiyləgər, 
tamahkar və yalançı simaları, leyləyin simasında axmaq və aciz insan-
ları, qarğanın simasında isə ağıllı və tədbirli insanları açıb göstərir. 
A.Şaiqin  böyüklər  və  uşaqlar  üçün  yazdığı  bu  mənzum  heka-
yələrin və nağılların dili sadə, axıcı olmasına baxmayaraq, əsərlərində 
vaxtilə  anlaşılmayan  sözlərə  də  rast  gəlmək  olurdu.  Bu  haqda  gör-
kəmli  ədəbiyyatşünas  Firidun  bəy  Köçərli  A.Şaiqə  göndərdiyi  bir 
məktubda  yazırdı:  “Göndərdiyiniz  kitabçalar  yetişdi  və  məni  artıq 
dərəcədə  xoşhal  etdi.  Bu  qisim  sadə  dildə  yazılmış  və  mənası  öz 
məişətimizdən  götürülmüş  əsərlər  yenicə  başlayır  meydana  gəlməyə 
və  bu  yolda  sizin  xidmətinizin  qədri-qiyməti  çoxdur.  Bu  kitabçalar 
balaca uşaqları ana dilində oxumağa həvəsləndirib, onların vücudunda 
olan  təbii  şeiriyyəti  və  şairlik  hisslərini  oyadıb  hərəkətə  gətirməyə 
səbəb  ola  bilərlər.  Ona  binaən  xırdaca  uşaqlar  üçün  yazılan  nağıl  və 
hekayələr  nə  qədər  asan  və  sadə  olsa,  nə  qədər  açıq  dildə  yazılsa  və 
uşaqların fəhminə yaxın olsa, bir o qədər mənzurə olan mətləblər artıq 
dərəcədə hasilə gəlib, yaxşı meyvələr gətirər. Rus şairlərindən məşhur 
Puşkin  böylə  açıq  və  xoşməzmun  hekayələr  yazmağı  ilə  özü  üçün 
əbədi ad və şöhrət qazanmışdır. Puşkin öz millətinin dilini və adətini 
yaxşı bilirdi. 
Gələcəkdə  yazdığınız  nəql  və  hekayələri  daha  da  sadələşdirib 
osmanlı  ibarələrinin  əvəzində  bizim  öz  sözlərimizi  və  tərzi-kəlami 
işlətsəniz  daha  da  yaxşı  olar:  “yuqarı”  əvəzinə  “yuxarı”,  “baqar” 
əvəzinə “baxar”, “aqıtma”  yerinə “axıtma”, “bən” yerinə “mən”  yaz-
sanız daha da yaxşı olar” (5, 120). 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə