Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə8/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   4   5   6   7   8   9   10   11   ...   130

ifadələrdən  bəzilərinin  işlənmə  məqamlarına  baxaq:  “Salqum-salqum 
tan yelləri əsdügündə” misrasında “Salqum-salqum” ifadəsi çox gözəl 
və  yerində  işlədilmiş  bədii  təyindir.  “Salxım-salxım”  ifadəsinə  yaxın 
mənada işlədilib; burada  “Salxım”  üzümü  deyil,  mehin  əlamətini  bil-
dirir. Klassik şeirdə adətən yaz fəslində, dan yeri ağaranda əsən, gül-
çiçəyin  ətrini  gətirən  belə  xəfif  yelə  səba  yeli  demişlər.  Adətən  belə 
mehlə  aşiq  məşuqəyə  məktub  göndərirdi  (“Dəhnamə”ləri  xatırla). 
İkinci  misrada  “Saqqallı  bozac  turağay”  ifadəsi  də  məlumdur.  Lakin 
buradakı  “bozac”  ifadəsi  səhvən  “boz”  və  “ac”  kimi  izah  edilib,  bu 
səhv  dastanın  üzünü  köçürən  katibin  səhvidir  ki,  V.V.Bartold  onu 
“серая”,  “голодная”  şəklində  tərcümə  etmiş,  dastanın  izah  və 
şərhlərini yazan prof. F.Zeynalov və S.Əlizadə də həmin səhvi təkrar 
etmişlər. “Ac torağay” ifadəsi haqqında düşünən olmamışdır. Əslində 
M.Ergin  onu  daha  düz  –  “bozac”  şəklində  oxumuşdur.  “Ac”  arxaik 
şəkilçi  olub  həm  ismi,  həm  də  sifəti  təsdiqləyən  arxaik  sözün  şəkil-
çiləşmiş qalığıdır. 
Elə  dastanın  özündə,  həmin  boyda  həmin  şəkilçiyə  rast  gələ 
bilərik.  Dirsə  xanın  oğlu  zəncirini  qırmış  Buğanı  öldürəndən  sonra 
onun  adını  Buğac  qoyurlar.  Yəni  harada  isə  “Buğa  kimi”,  “Buğaya 
qalib gələn” mənasındadır. Burada sözün kökü “Buğa”-ya “ac” şəkil-
çisi əlavə etməklə Buğa+ac – Buğac əmələ gəlmişdir. 
Xalq  arasında  ana  toyuğa  çox  vaxt  anac  toyuq  da  demişlər  ki, 
burada analıq məfhumu xüsusi vurğulanır və önə çəkilir. 
Mübahisələrə səbəb olan, həm İ.Osmanlı, həm də X.Xəlilli tərə-
findən  yanlış izah edilən “Tat əri” ifadəsi isə nə  azan çəkən tat (fars) 
kişisi,  nə  də  qəbiləni  yuxudan  oyadan  keşikçilər  idi  (2).  Burada  sual 
oluna  bilər  ki,  nə  vaxtdan  elat  camaatını  yuxudan  çağıraraq  durğuz-
muşlar?!  Hər  iki  müəllif  “banlamaq”  sözünün  etimoloji  mənasına 
nədənsə  fikir  vermək  istəmirlər,  yaddan  çıxarırlar  ki,  türk  dillərində 
feillər ən az deformasiyaya uğrayan nitq hissələrindəndir. V.V.Bartold 
hərfi  tərcüməyə  üstünlük verərək onu  «длинноборода»  şəklində  təq-
dim  etmiş,  qorqudşünas  alimlərimiz  də  ifadəni  həmin  şəkildə  qəbul 
etmişlər.  Lakin  ifadənin  məcazi  mənasına,  orada  gizlənmiş  yumoru 
görə bilməmişlər. 
Yaxşı  yadımdadır,  prof.  M.H.Təhmasib  Azərbaycan  xalq  das-
tanlarından xüsusi kurs mühazirələrini deyəndə (1969) bu barədə qeyd 
edirdi  ki,  mən  və  H.Araslı  bu  ifadənin  mənasını  xeyli  axtarmışdıq, 
onun yaranışı turan-İran müharibələri dövrünə, Alp Ər Tonqanın sər-
kərdəlik zamanına gedib çıxır… (Bəzi səbəblərə  görə onun fikirlərini 
axıra qədər verə bilmirik.)… 


“Tat”  ifadəsinin  mənalarından  biri  də  əkinçi  deməkdir.  Oğuz-
ların məskunlaşdığı ərazidə “tatiyan” qalasının olması, belə “bir” nəti-
cəyə gəlməyə əsas verir ki, “Tat” həm də tayfa, qəbilə olmuş, bunların 
isə indiki tat və ya farslardan olub-olmaması aydınlaşdırılmamışdır. 
Yeri  gəlmişkən,  xatırlatmaq  istərdik  ki,  qədim  Midiyada  qəbi-
lələr bəzən müqəddəs sayılan heyvanların və quşların adları ilə adlan-
dırılmışdır: qoç qəbiləsi, xoruz qəbiləsi və s… 
Qədim  təsəvvürlərə  görə,  dan  yeri  ağaranda  ilk  xəbər  verən 
xoruzlar olduğundan o, müqəddəs hesab edilirdi. Elə yumorla da ona 
“tat kişisi” deyilmişdir. Şeir parçasında da xoruzun nəzərdə tutulduğu 
açıq-aydın  görünür.  Dan  yelləri  əsir,  ağlı-qaralı  seçilən  vaxt,  tora-
ğaylar  səkəndə  və  s.  burada  nədənsə,  səhər  açılarkən  xoruzun  banla-
ması yoxdur, əvəzində S.Farisinin “banlaması” önə çəkilir. 
X.Xəlillinin  sağlam  düşüncə  ilə  yazdığı  məqaləsində  bir  sıra 
problemləri önə çəkdiyindən, onun haqlı iradlarından birinin üzərində 
dayanmaq istərdim. 
Bu da son zamanlar qorqudşünaslıqda eposun islami dəyərlərin 
təsiri  ilə  formalaşmasının  əsaslandırılmasına  göstərilən  cəhdlərdən 
ibarətdir. 
Heç şübhəsiz, müqəddəs dinimiz mənəvi-əxlaqi dəyərlərimizdən 
olub,  yeni  bir  dövrün  –  islam  mədəniyyətinin  başlanğıcını  qoydu. 
İslam  təfəkkürü  və  fəlsəfəsi  həyatımızın  və  mənəviyyatımızın  bütün 
sahələrinə  güclü  sirayət  etməklə,  ümumbəşər  mədəniyyəti  konteks-
tində Azərbaycan intibahını yaratdı. Bununla belə, islam mədəniyyəti 
əvvəl yaradılanların üstündən tamam xətt çəkmədi. Odur ki, islami də-
yərlərimizlə  yanaşı,  ondan  daha  əvvəlki,  maddi  və  mənəvi  abidələ-
rimizə  diqqətlə  yanaşmalı  və  qiymətləndirməliyik.  Mənəvi  dəyərlər-
dən danışarkən ilk növbədə bütün yönləri ilə mifik, dini-əxlaqi, etik və 
estetik düşüncələrimizi özündə birləşdirən və onu özünəməxsus tərzdə 
bədii formalarda əks etdirən epos yaradıcılığını önə çəkirik. Bu zaman 
istəsək  də,  istəməsək  də  etnos  və  epos  münasibətlərində  bir  çox  mə-
qamları, qaranlıqları aydınlaşdırmaq zərurətində qalırıq. 
Bu gün epik  təfəkkürümüzü ancaq islami düşüncələrin  yaranışı 
ilə bağlasaq nəyi qazanır, nəyi itiririk, – sualına birbaşa cavab vermək 
istərdik  ki,  bütün  qazandıqlarımızla  yanaşı,  itirdiklərimiz  də  çox  ola-
caq. İlk növbədə etnik kök, etnik mənşədən uzaqlaşmaq məsafəsi daha 
da  artacaq…  Etnik-milli  düşüncəmizi  VII-VIII  əsrlərlə  bağlamaq, 
onun daha dərin qatlarına etinasız yanaşma, bünövrəsi olmayan tikinti 
aparmağa bənzəyir. 
Dədə  Qorqud  eposuna  islami  düşüncə  tərzinin,  islam  əxlaqının 


hopdurulması  təkzibolunmaz faktdır, bu özlüyündə  yeni  araşdırmalar 
aparılmasına yol açır… 
“Tat əri” anlamını da bu mövqelərdən izah edilməsi həmin cəhd-
lərdən biridir. Araşdırıcılar eposun ilk cümləsinə  istinad edərək Dədə 
Qorqudun  islam  peyğəmbərinin  müasiri  olduğunu  iddia  edirlər.  Hal-
buki,  Dədə  Qorqudun  islam  peyğəmbərinin  zühurundan  qabaq  araya 
çıxdığı bəllidir. O, qaibanə dürlü-dürlü xəbərlər verir, boy boylayır və 
s. Elə ilk cəhdlərdən biri – Dədə Qorqudu islam peyğəmbərinin zama-
nına  yaxın  çəkib  gətirməkdir.  Əgər  Peyğəmbər  (ə.s.)  dünyaya  gəli-
şindən 35-40 il öncə Dədə Qorqud mövcud olub tanınmış, boylar söy-
ləmiş, məclislərdə iştirak etmişsə, Məhəmməd peyğəmbərə (ə.s.) Pey-
ğəmbərlik  veriləndə  onun  75-80  yaşı  olmuşdur.  Bu  yaşda  onun 
Peyğəmbər  (ə.s.)  yanına  gedib  görüşməsi  nə  dərəcədə  doğru  ola  bi-
lər?!  Odur  ki,  Dədə  Qorqud  islam  peyğəmbərinin  müasiri  ola  bil-
məzdi. 
Eposun  üzünü  köçürən  katiblərin  fəaliyyəti  təkcə  dastanın 
surətini  çıxarmaqla  məhdudlaşmayıb,  onlar  kifayət  qədər  mədrəsə 
təhsili aldıqlarından həm də islamı təbliğ edib, onu yaymaqla məşğul 
olmuşlar.  Elə  eposun  müqəddiməsində  ev-eşik  sahibi  olan,  qonaq 
qəbul edib, çörək verib yola salan oğuz qadınları haqqında deyilir: “Ol 
Ayişə, Fatimə soyıdır, xanım. Anun bəbəkləri bitsün” (1, 17). Gördü-
yümüz  kimi,  oğuz-türk  qadınına  məxsus  yüksək  əxlaqi  keyfiyyətlər 
ərəb-islam köklərinə bağlanır. 
Araşdırıcıların  Dədə  Qorqudun  peyğəmbərin  müasiri  olması 
haqqında istinad etdiyi qaynaqlar həmin dövrdən ən azı – 500-700 il 
sonra  yazılmışdır.  Onlardan  bir  neçəsinin  yazıldığı  tarixlərə  nəzər 
salaq: 
İbn  Bibi  “Tarixi-al-i  səlcuq”  (1436),  Rəşidəddin  Fəzlullah 
Həmədani  “Cami-ət  təvarix”  (1310),  Əbülqazi  Bahadır  xan  “Şəcərəi-
tərakimə” (XVII əsrin ortaları), Həsən Bayatı “Cami-Cəm” (1481) və 
s. (3, 2). Yəni həmin müəlliflər bütün orta əsr salnaməçiləri və təzkirə-
çiləri kimi eşitdikləri söhbətlərə, rəvayətlərə əsaslanırdılar. Qeyd etdik 
ki,  bəzi  araşdırıcılar  “Tat  əri” ifadəsini prof.  F.Zeynalov,  prof. S.Əli-
zadə  kimi  “saqqalı  uzun  tat  kişisi  azan  çəkdikdə”  kimi  izah  etmişlər. 
Hətta “banlayanın” – azan çəkənin Peyğəmbərə (ə.s.) çox yaxın olan, 
əvvəl  bütpərəst  olub  sonra xaçpərəstliyi,  nəhayət, sonda islamı qəbul 
etmiş  Səlman  Farisi  olduğunu  iddia  edərək,  bu  zaman  Həsən  Baya-
tının “Cami-cəm” əsərinə istinad edir, onun oğuzlar içində azan çək-
məsinə  banlamaq demişlər. Həmin mənbələrin çoxunda Salman Fari-
sinin Dədə Qorqudla oğuzlar arasına gəlməsi qeyd edilmir. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə