Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə4/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   2   3   4   5   6   7   8   9   ...   130

şəkilən  İnalsır  Yavquy xan Qayı  İnal  xanın  oğludur və dastanın ver-
diyi məlumata görə, o, yeddi il hakimiyyətdə olduqdan sonra könüllü 
olaraq  sağlığında  oğlunu  öz  yerinə  hakimiyyətə  gətirmişdi  (6,  63). 
Bununla  belə,  Rəşidəddin  “Oğuznamə”si  verdiyi  geniş  və  heç  bir 
mənbədə olmayan məlumatı ilə daha qiymətlidir, çünki orada “Kitabi-
Dədə  Qorqud”  dastanındakı  kimi  Dədə  Qorqudun  oğuzların  bayat 
boyuna  mənsubluğu  və  onun  peyğəmbərin  müasiri  olduğu  ilə  bağlı 
məlumat  təsdiqini  tapmaqla  bərabər,  həm  də  Dədə  Qorqudun  hansı 
türk  hökmdarı  dövründə  yaşadığı,  onun  atasının  adının  Qara  Xoca, 
özünün  adının  isə  Dədə  Gərəncük  olduğu  göstərilir.  Rəşidəddin 
“Oğuznamə”sinə  görə,  o,  hətta  Qayı  İnal  xanın  babası,  İnal  xan  Sır 
Yavquyun atası İnal Yavquy xanın vəziri olmuşdur (6, 63). 
Rəşidəddin  “Oğuznamə”sində  təsvir  edilən  bu  hadisələr  Xivə 
xanı Əbülqazi Bahadır xanın (1603-1664) “Şəcərei tərakimə” – “Türk-
mənlərin  soy  kitabı”  adlı  əsərində  də  özünə  yer  tapmışdır.  Orada  da 
Dədə  Qorqudun  atasının  adı  Qara  Xoca  kimi  göstərilir,  lakin  onun 
bayat elindən deyil, qayı elindən olduğu bildirilir (7, 77). 
Beləliklə,  mənbələr  Dədə  Dorqudun  tayfa  mənsubiyyətinə  dair 
fərqli məlumatlar vermələrinə baxmayaraq, onun oğuzların qayı boyu-
nun qurduğu Yabqu dövlətinin vəziri olduğunu bildirirlər.  
Dədə  Qorqudun  doğrudan  da  islam  peyğəmbəri  Məhəmməd 
Mustafanın  (s.ə.s)  müasiri  olduğunu  XV  əsrdə  yaşamış  oğuzların  ba-
yat  boyundan  təbrizli  tarixçı  Həsən  Mahmud  oğlu  Bayati  də  öz 
əsərində göstərir. O, günümüzə gəlib çıxmamış bir oğuznamədən isti-
fadə  edərək  1481-ci  ildə  yazdığı  “Cami-Cəm  ayin”  adlı  oğuzna-
məsində  yazır  ki,  Qara  xan  “bəy  olanda  müsəlmanlığa  çox  inanmış 
olduğundan  Qorqud  Dədəni  Mədineyi-Münəvvəriyə  göndərmişdi.  O 
da  gedib  həzrəti  peyğəmbərin  –  ona  salam  olsun  –  üzünün  nurunu 
görüb şərəfləndikdən sonra Səlmani-Farsinin – Tanrı ondan razı olsun 
– oğuz qövmünə islam şəriətini öyrətmək üçün onunla birlikdə gəldiyi 
“Oğuznamə”də yazılmışdır” (8, 37). 
Həsən  Bayatinin  əsərini  yazarkən  istifadə  etdiyi  oğuznamə 
günümüzə gəlib çıxmadığından onun öz əsəri çox mühüm mənbə ro-
lunu oynayır. Onun oğuznaməsinin ən mühüm cəhətlərindən biri odur 
ki,  ilk  dəfə  bu  əsərdə  oğuzlar  arasında  islam  dinini  yaymaq  üçün 
Məhəmməd  peyğəmbərin  (s.ə.s)  özünün  ən  yaxın  silahdaşlarından 
olan Səlman əl-Farsini (يسرافلا ناملس

Dədə Qorqudla bərabər oğuzların 
yanına göndərməsi bildirilir və bu məlumat sonrakı yazılı mənbələrdə 
öz təsdiqini tapır. 


Yazıçıoğlu Əli isə göstərir ki, oğuzlar “peyğəmbərimiz Məhəm-
məd Mustafanın –səllallahü əleyhi və səllam – peyğəmbərliyi (nübüv-
vəti)  zamanında  islam  sinfindən  oldular.  Hamısı  müsəlman  oldular, 
peyğəmbəri görmədən iman gətirdilər. Peyğəmbər – səllallahü əleyhi 
və  səllam  –  Səlmani-Farsini  onların  yanına  göndərdi.  (O  da)  gedib 
onlara iman və islamın qaydalarını öyrətdi” (5, 36)
Bəs oğuzlar arasında islamı yaymış Səlmаn əl-Fаrsi kimdir? 
İslami  yazılı  mənbələrindən  məlumdur  ki,  oğuznamələrdə  adı 
çəkilən  Səlmani-Farsi  (Səlmаn  əl-Fаrsi)  görkəmli  müsəlman  alim-
lərindən olub, müstəsna xidmətləri olan böyük səhabə və islam aləmi-
nin  görkəmli  simalarından  olan  tarixi  şəxsiyyətdir.  O,  Məhəmməd 
pеyğəmbərin (s.ə.s) səhabələrinin ən məşhurlarından biri olmuşdur.  
Məhəmməd  pеyğəmbərin  (s.ə.s)  ən  yaxın  silahdaşlarından  olan 
Səlmаn  əl-Farsi  ilk  dəfə  iştirak  etdiyi  iki  həftə  davam  edən  Xəndək 
döyüşündə  (31  mart  627-ci  il)  müdafiə  olunmaq  üçün  xəndək  qazıl-
ması təklifini verməsi ilə şöhrət qazanmışdı (9, 242; 10, 132). Məşhur 
ərəb  tarixçisi  Əbu  Cəfər  Məhəmməd  ibn  Cərir  ət-Təbəri  (838-923) 
yazır ki, müşriklər, müttəfiqlərlə birlikdə on min nəfərlik ordu ilə Mə-
dinəyə doğru hərəkətə keçdikləri zaman Rəsulüllah (s.ə.s) şəhər içində 
qalaraq müdafiə olunmağı qərara almışdı. Ancaq, Mədinənin ətrafında 
düşmənin  şəhərə  girişinə  mane  olacaq  hər  hansı  bir  qala  yoxdu.  Bu 
vəziyyət şəhərin müdafiə olunmasını olduqca çətinləşdirirdi. Müşavirə 
zamanı iştirakçılar: “Ya Rəsulüllah! Bizim şəhərimizin qalası yoxdur. 
Nə  edəcəyiz?  –  dedilər.  Onda  Səlmani-Farsi  bu  təklifi  verdi:  “Bizim 
şəhərimizdə  qayda  budur  ki,  nə  vaxt  düşmən  əsgəri  gəlsə  şəhərin 
ətrafında  xəndək  qazılır.  Belə  ki,  atlı  adam  keçməyə  yol  tapmaz!- 
dedi. 
O zaman Rəsul (s.ə.s): 
–  Bu  tədbir  doğrudur!-  deyə  buyurdu.  Bütün  əsbab  da  bu  fikri 
doğru hesab etdilər” (11, 200). 
 Dərhal  xəndəyin  qazılması  üçün  fəaliyyətə  keçildi.  Bir  ay 
ərzində  xəndək  qazılıb  qurtardı.  Bunun  sayəsində  də  hücum  edən 
düşmən məğlub olmuş və bir çoxları islamı qəbul etmişdir. Döyüşün 
qazanılmasında xəndəyin rolu o qədər böyük olmuşdur ki, ona görə də 
bu döyüş Xəndək döyüşü adlandırılmışdır. Xəndək döyüşü əsnasında 
Səlmаn əl-Farsini Peyğəmbər (s.ə.s) onu öz kəramətli ailə üzvlərindən 
sayıb,  barəsində:  “Səlmanu  minna  əhləl-beyt”  –  yəni  “Səlman  biz 
Əhli-beytdəndir” deyərək onu fəxri mənsəblə (Əhli-beytdən olmaqla) 
təltif etmişdir (12). Bu səbəbdən onu “Mühəmmədi Səlman” adlandır-
mışdılar. 


Rəsulüllah  vəfat  edənə  qədər  Səlman  Farsi  onun  yanından  ay-
rılmamışdı.  İslamın  çiçəkləndiyi  dövrdə  böyük  xidmətləri  ilə  Pey-
ğəmbərin  (s.ə.s)  ən  yaxın  adamlarından  olan  Səlman  Farsi  onun 
vəfatından  sonra  da  bu  yolda  mətinliklə  xidmətlər  göstərmişdir.  O, 
birinci  xəlifə  hz.  Əbu  Bəkrin  zamanında  Mədinədə  olmuşdur.  Xəlifə 
Ömərin  dövründə  Səlman  Farsi  islam  ordusunun  Səəd  ibn  Əbu 
Vəqqasın  komandanlığı  altında  İran  üzərinə  hərbi  yürüşündə  Mə-
dainin  fəthində  qoşun  komandiri  kimi  iştirak  etmişdir.  İran  əsilli 
olduğundan  İranın  paytaxtı  Mədain  (Ktesifon)  alınan  zaman  sarayı 
qoruyan qarnizonun təslim olmaları üçün onları dilə tutmuşdur. Hicri-
qəməri  tarixinin  16-cı  ilində  (miladi  –  638)  Mədain  fəth  olunduqda 
xəlifə  Ömərin  göstərişi  ilə  dilləri  eyni  olduğu  üçün  Səlmаn  Farsi 
Mədainə nümayəndə təyin olunmuş və 20 il Mədain şəhərinin hakimi 
olmuşdur. 
Səlmаn  Farsi  hicri  tarixi  ilə  36-cı  ildə,  təqribən  80  yaşında 
Mədaində  vəfat  etmişdir.  Onun  məzarı  Bağdadın  30  km  şərqində, 
Mədain xarabalıqları yaxınlığından axan Dəyalə çayının kənarındadır. 
Onun  olduğu  yer  Səlman  Pak  (“Təmiz  Səlman“)  adlandırılmışdır  (9, 
242).  Məzarının  içində  olduğu  məscid  17-ci  osmanlı  imperatoru 
(1623-1640)  IV  Murad  (26/27  iyul  1612  –  8  fevral  1640)  tərəfindən 
təmir etdirilmişdir.  
Çox  maraqlıdır,  bəs  niyə  Məhəmməd  peyğəmbər  (s.ə.s)  Azər-
baycan  türkləri  arasında  islamı  yaymaq  üçün  məhz  Səlmаn  Farsini 
göndərmişdir? 
Fikrimizcə,  bunun  iki  səbəbi  vardır.  Birincisi  odur  ki,  Səlman 
Farsi  islam  dininin  yayılıb  möhkəmlənməsində  xüsusi  əməyi  və  təc-
rübəsi  olan  bir  islam  mütəfəkkiri  idi.  Ona  görə  də  Məhəmməd  pey-
ğəmbər (s.ə.s) bu işə onu daha müvafiq hesab etmişdi. Kamil və pak 
müsəlman  nümunəsi  olan  Səlman  Farsi  hələ  peyğəmbərin  sağlığında 
bir  çox  ilahi  keyfiyyətlərə  sahib  olmuş,  islamın  qayda-qanunlarını 
daha  yaxşı  bilmişdir.  “Qurani-Kərim”də  onun  haqqında  belə  deyilir: 
“Biz  (müşriklərin):  “(Quranı)  ona  (Peyğəmbərə)  bir  insan  (ara-sıra 
görüb danışdığı Cəbr ər-Rumi adlı xaçpərəst bir gənc və ya Səlmani–
Farsi)  öyrədir!”  –  dediklərini  də  bilirik.  Onların  nəzərdə  tutduqları 
adamın  dili  başqa  dildir.  Bu  (Quranın  dili)  isə  açıq-aşkar  (bəlağətli, 
fəsahətli)  ərəb  dilidir!  (Ərəblər  özləri  Quranın  dil,  üslub  gözəlliyi 
qarşısında  heyranlıqlarını,  acizliklərini  gizlədə  bilmədikləri  halda, 
əcəmlər  bu  cür  fəsahətli  ərəb  dilini  haradan  bilə  bilərlər?!)  (“ən-
Nəhl”,  103)  (13,  314).  Göründüyü  kimi,  bu  ayədə  Səlman  Farsinin 
“Qurani-Kərim”i çox gözəl bildiyi diqqətə çatdırılır.  


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə