Nizami adına ƏDƏBİyyat institutu


В  литературоведении  XX  века  периодизация  Азер-



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə3/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   2   3   4   5   6   7   8   9   ...   130

В  литературоведении  XX  века  периодизация  Азер-
байджанской  литературы  была  подразделялась  сле-
дующим образом: 
1.
 
Литература древнего Азербайджана (древние времена 
до XIII века). 
2.
 
Азербайджанская  литература  средних  веков  (XIII-
XVIII века). 
3.
 
Азербайджанская литература XIX века. 
4.
 
Азербайджанская  литература  начала  ХХ  века  (1900-
1920 гг.). 
Азербайджанская  литература  XIX  и  начала  ХХ  века, 
разделенная  на  два  периода,  называлась  также  «Азер-
байджанская литература нового времени». 
5.
 
Литература Советского Азербайджана (1920-1991 гг.) 
В  последнее  время  этот  период  назывался  также 
«Современная Азербайджанская литература» 
6.
 
Азербайджанская  литература  периода  независимости 
(период с начала 1991г.). 
Этот  период  также  называется  «Азербайджанская 
литература новейшего времени». 
 
P.S.  1.  В  годы  советской  власти  периодизация  Азер-
байджанской  литературы  основывалась  на 
историко-политических  формациях  и  развитии 
человеческого общества. 
    2.  В  настоящее  время  периодизация  многовековой 
истории  Азербайджанской  литературы  основы-
вается на следующих принципах: 
 
1.
 
Период цивилизации 
2.
 
Реалии историко-литературных процессов 
3.
 
Литературные течения в Азербайджане 
4.
 
Идея азербайджанства 
 
По нашему мнению, необходимо конкретизировать принцип 
периодизации Азербайджанской литературы, который должен учи-
тываться  при  создании  учебных  пособий  для  средних  и  высших 
учебных заведений и в научно-исследовательской работе. 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Folklorşünaslıq 
 
“Kitabi-Dədə Qorqud”un elm aləminə məlum olmasının 200 illiyi 
 
İsmixan OSMANLI 
Nizami adına Ədəbiyyat İnstitutu 
iosmanli@mail.ru
 
 
“TAT ƏRİ”NİN KİMLİYİNƏ DAİR 
 
Açar sözlər: Qorqud, abidə, tat əri, Səlman Farsi, islam, din 
Key words: Gorgud, monument, tat eri, Salman Farsi, Islam, religion 
Ключевые  слова:  Коркут,  памятник,  тат  эри,  Салман  Фариси,  ислам, 
религия 
 
Azərbaycan türklərinin dünya ədəbiyyatı xəzinəsinə bəxş etdik-
ləri  “Kitabi-Dədə  Qorqud”  dastanı  elmi  dövriyyəyə  daxil  edildikdən 
(1815)  sonra  onun  haqqında  çoxlu  sayda  elmi  araşdırmalar  aparılmış 
və tədqiqatçı alimlərin səyləri nəticəsində dastandakı bir çox məsələlər 
öz  həllini  tapmışdır.  Bununla  belə,  dastanda  həllini  gözləyən  bir  çox 
məsələlər hələ də qalmaqdadır. Bunlardan biri də abidənin “Dirsə xan 
oğlu  Buğac  xan  boyu”nda  iki  yerdə  (D11
4
;  D21
7
)  eyni  kontekstdə 
“Saqalı  uzun  tat  əri  baňladıqda  –  Saqqalı  uzun  tat  kişisi  azan  çək-
dikdə” (1, 85; 2, 24; 3, 30; 4, 35) deyimindəki “tat əri”nin şəxsiyyəti-
nin indiyə qədər müəyyən edilməməsidir.  
Qorqudşünaslıq  üçün  çox  əhəmiyyət  kəsb  edən  “Kitabi-Dədə 
Qorqud”  dastanında  adı  çəkilən  “tat  əri”nin  kimliyini  müəyyən 
etməkdən  ötrü  əvvəlcə  Dədə  Qorqudun  özü  və  onun  mənsub  olduğu 
oğuzlar  arasında  islam  dinini  kimin  yaydığı  barəsində  xəbər  verən 
yazılı tarixi mənbələr haqqında bəhs etmək vacibdir. 
Dədə  Qorqud  haqqında  həm  “Kitabi-Dədə  Qorqud”  dastanının 
özündə,  həm  də  digər  islami  oğuznamələrdə  bir-birini  tamamlayan 
kifayət  qədər  mühüm  məlumatlar  vardır.  Abidənin  Drezden  əlyazma 


nüsxəsinin Müqəddiməsinin  başlanğıcında  Dədə  Qorqud belə təqdim 
edilir:  “Rəsul  əleyhissəlam  zamanına  yaqın  Bayat  boyundan,  Qorqut 
ata deyərlər, bir ər qopdu. Oğuzuň ol kişi tamam bilicisiydi. Nə dersə 
olurdı. Qayibdən dürlü xəbər söylərdi. Haq Taala anıň köňlünə ilham 
edərdi  –  Məhəmməd  peyğəmbərin  zamanına  yaxın  bayat  boyundan 
Qorqut  ata  dedikləri  bir  kişi  ortaya  çıxdı.  O  kişi  oğuzların  hərtərəfli 
bilicisi  idi:  nə  deyirdisə,  olurdu.  Gələcəkdən  müxtəlif  xəbərlər  söy-
ləyirdi. Allah-təala onun könlünə ilham verirdi...” deyə  Dədə Qorqu-
dun Məhəmməd peyğəmbərin müasiri olduğu bildirilir (1, 73; 2, 19; 3, 
19; 4, 29).
 
Osmanlı tarixçisi Yazıçıoğlu Əli də osmanlı imperatoru II 
Sultan Muradın (1421-1451-ci illər) hakimiyyəti dövründə ахırıncının 
tapşırığı  ilə  1436-cı  ildə  yazdığı  “Təvаrixi-ali  Səlçuk”  və  ya  qısaca 
olaraq “Səlcuqnamə” adlı osmanlı xanədanından bəhs edən tarixi əsə-
rində  dastandakı  həmin  hissəni,  demək  olar  ki,  olduğu  kimi  təkrar-
layır:  “Peyğambər  –  əleyhis-səlam  –  zamanına  yaqın  zamanda  bayat 
(bəyasi)  boyından  Qorqut  Ata  koydı.  Oğuz  kavminüň  bilgəsi-y-idi, 
ilham  idərdi  –  Peyğəmbər  əleyhissəlam  zamanına  yaxın  zamanda 
bayat  (bəyasi)  boyundan  Qorqud  Ata  çıxdı.  Oğuz  qövmünün  bilicisi 
idi, ilham verərdi...” (5, 29-30).  
Bu  nümunələrdə  Dədə  Qorqudun  Məhəmməd  peyğəmbərin 
(570-632)  vaxtında  yaşadığı  göstərilsə  də,  “Məhəmməd  peyğəmbərin 
(s.ə.s)  zamanına  yaxın  bayat  boyunda  “Qorqud  Ata”  deyilən  bir  kişi 
çıxdı”  deyiminə  diqqətlə  fikir  verilsə,  Dədə  Qorqudun  Məhəmməd 
“peyğəmbərin zamanına yaxın”, yəni peyğəmbərdən əvvəl ortaya çıx-
dığı məlum olur. 
Qorqud  Atanın  Məhəmməd  peyğəmbərin  (s.ə.s)  müasiri  oldu-
ğunu göstərməklə bərabər, onun peyğəmbərdən əvvəl ortaya çıxdığını 
XIV əsrin məşhur müsəlman tarixçisi Rəşidəddin Fəzlullah
 Həmədani
 
(1247-
1318) 
də  özünün  1310-cu  ildə  tamamladığı  məşhur  “Cəmi  ət-
təvarix”  adlı  əsərinin  ikinci  cildinə  “Tarix-i  oğuzan  və  türkan” 
(“Oğuzların və türklərin tarixi”) adı ilə daxil etdiyi “Oğuznamə”sində 
təsdiq  edir.  Dədə  Qorqud  və  Məhəmməd  peyğəmbərlə  (s.ə.s)  bağlı 
hadisələr həmin “Oğuznamə”də adının mənası “bir ala ata minmiş və 
samur dərisindən paltar geymiş” olan Ala Atlı Kiş Derneklü Qayı İnal 
xandan  danışılarkən  göstərilir:  “Onun  padşahlığı  dövründə  peyğəm-
bərimiz  həzrət  Məhəmməd  Mustafa  əleyhissalam  zühur  etmiş,  bu 
hökmdar da  Bayat  Dədə Gərəncükü elçi olaraq  onun qulluğuna  gön-
dərib  müsəlman  olmuşdu.  Bu  Qorqut  bayat  boyundan  Qara  Xocanın 
oğlu  olub  çox ağıllı, bilikli və kəramət sahibi olan bir insan idi.  İnal 
xan  Sır  Yavquyun  dövründə  ortaya  çıxmışdı”  (6,  63).  Burada  adı 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə