Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə5/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   2   3   4   5   6   7   8   9   ...   130

Səlman  Farsinin  də  Dədə  Qorqud  kimi  gələcək  hadisələrdən 
xəbərdar olduğu, qeybdən xəbərlər verdiyi söylənilir. Onun elmli olma-
sı barəsində İmam Sadiq (ə) buyurmuşdur: “İslamda Səlmandan elmli, 
fəqih insan xəlq olunmamışdır”. Həzrət Əli (ə) və digər məsum imamlar 
Səlmanı  keçmiş  və  gələcəkdən  xəbərdar  bir  insan  kimi  yad  edirlər. 
Əmirəl-möminin  Əli  (ə)  Peyğəmbərin  (s.ə.s)  yaxınları  haqqında  danı-
şarkən Səlman Farsinin adına çatdıqda buyurur: “Bəh-bəh, Səlman biz 
Əhli-beytdəndir.  Siz  Səlman  kimisini  haradan  tapa  bilərsiniz?!  O, 
həkim Loğman kimidir, əvvəlin və sonranın elmini bilir, Səlman nəha-
yətsiz  bir  dəryadır...”.  Başqa  bir  mənbədə  Peyğəmbərin  (s.ə.s)  Səlman 
Farsi haqqında: “Səlman nəhayətsiz elm dəryasıdır, Səlman əvvəlin və 
sonranın elmlərinə vaqifdir. Səlmanı düşmən biləni Allah düşmən bilər, 
onu dost biləni Allah dost bilər” dediyi bildirilir (14). 
Amma düşünmək olar ki, Səlman Farsinin Azərbaycan türkləri-
nin  yanına  islamı  yaymaq  üçün  göndərilməsində  onun  “Qurani-
Kərim”i  gözəl  bilməsi  mühüm  rol  oynasa  da,  həlledici  deyildi.  Fik-
rimizcə, bunun əsas səbəbi Səlman Farsinin hələ Məhəmməd peyğəm-
bər (s.ə.s) zamanında türklərlə tanışlığı və  hətta,  ola bilsin  türk dilini 
də bilməsi idi.  
İslami mənbələrdə peyğəmbərin dilindən türklər haqqında deyil-
miş hədislər onu göstərir ki, hələ sağlığında Məhəmməd peyğəmbərin 
(s.ə.s) özü türklər haqqında kifayət  qədər məlumatlı  olmuşdur. Hətta, 
tədqiqatçılar  “Qurani-Kərim”in  “əl-Maidə”  surəsinin  54-cü  ayəsinin 
də  türklərə  aid  oldğunu  bildirirlər.  Həmin  ayədə  deyilir:  “Ey  iman 
gətirənlər!  Sizdən  hər  kəs  dinindən  dönsə,  (bilsin  ki)  Allah  (onun 
yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevər-
lər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah 
yolunda  vuruşar  və  heç  kəsin  tənəsindən  qorxmazlar.  Bu,  Allahın 
lütfüdür,  onu  istədiyinə  verər.  Allah  (öz  lütfü  ilə)  genişdir,  (O,  hər 
şeyi)  biləndir!”  (13,  190).  Heç  şübhəsiz  Səlman  Farsinin  bundan  da 
xəbəri  vardı.  Əbu  Cəfər  Təbəri  məlumat  verir  ki,  Məhəmməd 
peyğəmbər  (s.ə.s)  Səlman  Farsinin  də  iştirak  etdiyi  Xəndək  döyü-
şündən  əvvəl  “türk  çadırında”  dincəlirdi.  O  həmçinin  İranın  qədim 
paytaxtı  Mədain  şəhəri  alınarkən  (642)  oradakı  “türk  çadırlarında” 
duran  qızılla  dolu  qablardan  söhbət  açır  (15,  21).  “Xəndək  döyü-
şü”nün  və  Mədainin  fəthinin  əsas  qəhrəmanlarından  birinin  Səlman 
Farsinin olduğunu və hələ peyğəmbərin (s.ə.s) sağlığında onun döyüş-
lərində  ərəblərlə  birlikdə  türklərin  də  iştirakını  (15,  21)  nəzərə  alsaq, 
dediklərimizin əsası vardır. 


Səlman  Farsinin  Azərbaycan  türkləri  arasında  islamı  yayması 
barədə  yuxarıda haqqında danışdığımız yazılı mənbələrdəki və oğuz-
namələrdəki  məlumatların  düzgün  olduğuna  şübhə  yoxdur.  Çünki, 
“Kitabi-Dədə Qorqud” dastanının özündə olan bir məlumat bunu söy-
ləməyə imkan verir. Bu, yuxarıda dediyimiz kimi, dastanın “Dirsə xan 
oğlu  Buğac  xan  boyu”nda  iki  yerdə  (D11
4,
  D21
7
)  eyni  kontekstdə 
“Saqalı  uzun  tat  əri  baňladıqda  –  Saqqalı  uzun  tat  kişisi  azan 
çəkdikdə” deyimidir. Nümunədən görünür ki, adı çəkilən “tat əri” din 
xadimidir və oğuzlar arasında islam dinini yaymaqla məşğuldur. Yu-
xarıda  adı  çəkilən  mənbələrdə  oğuzlar  arasında  islam  dinini  yaymaq 
üçün  Məhəmməd  peyğəmbərin  (s.ə.s)  Səlman  Farsini  göndərdiyi  və 
onun  da  gedib  bu  işlə  məşgul  olduğunu  nəzərə  alsaq,  “Kitabi-Dədə 
Qorqud”dakı  bu  cümlədə  “tat  əri  –  tat  kişisi”nin  haqqında  danışdı-
ğımış Səlmani-Farsi olduğuna heç bir şübhə yeri yoxdur.  
Etnik  qrup  kimi  “tat”ların  adı  “Kitabi-Dədə  Qorqud”  dastanın-
dan başqa türk yazılı mətnləri arasında – Orxon çayı sahilində İkinci 
türk  kağanatlığının  ən  görkəmli  siyasi  və  hərbi  xadimi  Gül  təkinin 
(685-731)  və  onun  qardaşı  Şərqi  türk  kağanatlığın  kağanı  (716-734) 
Bilgə  kağanın  (683-734;  kağanlıq  dövrü  –  716-734)  şərəfinə  həsr 
edilmiş epitafiyalarda da çəkilmişdir (GT, C12; BK, Ş 72 (15) (16, 26, 
37, 57, 67). 
Görkəmli türk filoloqu və lüğətçisi Mahmud Kaşğarlı (1028//29-
1101//1126)  “tat  tavğaç”  sözündən  danışarkən  sözün  “tat”  hissəsinin 
“farslılar”a aid  olduğunu bildirir  (17, 454). Başqa bir  yerdə isə  yazır 
ki,  tatlar  –  bütün  türklərə  görə  farsca  danışanlardır  (18,  280).  Aka-
demik  V.V.Bartold  Türkmənistan  türkmənlərinin  oturaq  əhalini  “tat” 
adlandırdıqlarını söyləyir (18, 196, 459-460). Onun göstərdiyinə görə, 
X  əsrdə  Türküstanda  “öz  yaranmasına  görə  tam  aydın  olmayan”  tat 
deyə iranlıları adlandırırdılar (19, 459). 
Göründüyü  kimi,  akademik  V.V.Bartoldda  türklərin  kimləri 
“tat” adlandırdıqları haqqında yetərincə bilgi olmamışdır. Bu təsdiqini 
onun “Kitabi-Dədə Qorqud” dastanını rus dilinə tərcümə edərkən das-
tanda  “tat əri” deyiminin olduğu “Saqalı uzun tat əri baňladıqda” sət-
rini  mətnin  rus  dilinə  tərcüməsinə  salmadığında  da  göstərir  (20,  14). 
Kitabın  tərtibçiləri  isə  akademik  V.V.Bartoldun  abidənin  rus  dilinə 
tərcüməsinin  akademik  H.Araslı  və  M.T.Təhmasibin  nəşr  etdirdikləri 
1950-ci  il  Bakı  nəşrinə  istinad  edərək  həmin  sətri  rus  dilində  “когда 
длиннобородый  тат  (тат  “чужестранец”,  “иноверец”)  провоз-
глашал призыв к молитве” şəklində öz nəşrlərinin “Tərcüməyə şərh” 
hissəsində göstərmişlər (20, 261). 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə