Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   56   57   58   59   60   61   62   63   ...   69

sarayda xalq ədəbiyyatının, incəsənətinin nümayəndələri xüsusi nüfuza malik idilər. Nəinki XVI əsrdə
hətta XVII, XVIII əsrlərdə belə Şah İsmayıl Xətai xalq sənətkarları — aşıqlar tərəfindən "mürşidi-kamil" 
sayılırdı. Qurbaninin aşağıdakı sözləri bunu təsdiq edir: 
 
Mürşidi-kamilim, şeyx oğlu şahım, 
Bir ərzim var qulluğunda, şah, mənim... 
 
 Etiraf 
etmək lazımdır ki, Şah  İsmayıl Xətainin övladları milli dövlət quruculuğu sahəsində 
qoyulmuş yolu, müəyyənləşdirilmiş ideologiyanı davam etdirə bilmədilər. XVI əsrin sonu, XVII əsrin 
əvvəllərində isə I Şah Abbas Səfəvilər dövlətini, demək olar ki, farsların ixtiyarına verdi. Bu, milli dövlət-
çilik ənənələrinə, mənsub olduğu xalqa qarşı tarixi xəyanət idi. Və bundan sonra Azərbaycanın bir dövlət 
tərkibində olan Şimalı ilə  Cənubunun yenidən ayrılması üçün şərait yarandı. I Şah Abbas Səfəvilərin 
mərkəzini  İrana köçürməklə öz sarayını "narahat" regiondan — Azərbaycandan uzaqlaşdırır, lakin Və-
təni yadların ayağına verdiyi barədə düşünmürdü.
 
 ...Milli 
düşüncənin çiçəkləndiyi XVII—XVIII əsrlərdə (Azərbaycan  İntibah dövründə!) 
Azərbaycanın ərazisi, daha doğrusu, azərbaycanlıların yaşadığı ərazi bir neçə dövlətin ixtiyarında idi ki, 
onların heç biri xalqın — Azərbaycan türklərinin milli ideallarını ifadə etmirdi. Bu, Azərbaycan dövlətçi-
liyi tarixinin paradokslarından biri idi...
 
 
Səfəvilərin süqutundan sonra Azərbaycanda (və həmhüdud regionlarda) bir müddət Nadir şah at 
oynatdı. Lakin tarix ona az-çox mükəmməl bir dövlət qurmaq səlahiyyəti verməmişdi. Heç bir ideoloji 
əsası olmayan, yalnız qılınc gücünə yaradılmış dövlətin uzun zaman yaşayacağını düşünmək siyasi 
sadəlövhlük idi. Nadir isə dövlət xadimindən, siyasətçidən çox, qorxmaz bir əsgər, dahi bir sərkərdə 
olmuşdu.
 
 ...Xanlıqlar dövrü Azərbaycanın milli dövlətçilik tarixində olduqca maraqlı (və tamamilə təbii!) 
hadisədir. Ölkənin bu cür kiçik "dövlətlərə parçalanmasının  əsası XVI əsrdə qoyulmuşdu. Yəni hələ 
Səfəvilər dövründən etibarən yerli hakimlərin geniş səlahiyyətləri, hətta özlərinə məxsus hərbi qüvvələri 
—qoşunları vardı. Bu, qədim türk dövlətçilik  ənənəsindən gəlirdi. Və bu da bir paradoksdur ki
Azərbaycanda oturaq həyatın artıq möhkəmləndiyi dövrdə də köçəri türk imperiyalarının adəti qorunub 
saxlanmışdı. Biz, xüsusilə, ordunun birbaşa mərkəzi hakimiyyətə deyil, ayrı-ayrı hakimlərə tabe olması 
ənənəsini nəzərdə tuturuq ki, bu, yeni tarixi dövrdə Azərbaycan üçün artıq münasib deyildi. Ölkənin 
"narahat" geopolitik şəraiti bu cür "inzibati sərbəstlik"dən imtina olunmasını israrla tələb edirdi.
 
 ... 
Xanlıqlar dövründə Azərbaycanda milli dövlətçilik təfəkkürünün tamamilə süqut etdiyini 
söyləmək düzgün olmazdı — heç olmasa ona görə ki, kifayət qədər güclü yerli idarə sistemi vardı  və 
"dövlətin — xanın iradəsi onun bütün təbəələrinin həyatında özünü bu və ya digər dərəcədə hiss etdirirdi. 
Lakin mərkəzi hakimiyyətin olmaması istər-istəməz dərəbəylik  əhval-ruhiyyəsi yaradır, ümummilli 
proseslərin lazımi miqyasda cərəyanına imkan vermirdi. Xanlıq üsul-idarəsi Azərbaycanı müxtəlif sosial-
siyasi "mühitlərə, mikroregionlara bölməklə, daxili ziddiyyətlər yaratmaqla əslində siyasi baxımdan 
sahibsiz bir regiona çevirdi. Və bu hadisə o zaman baş verdi ki, Şimaldan Rusiya, Cənubdan isə artıq  
farslaşmış  İran dövləti öz hüdudlarını genişləndirməklə  məşğul idilər. XIX əsrin  əvvəllərindən etibarən 
Azərbaycan dövlətçiliyi ayrı-ayrı kiçik xanlıqların timsalında həmin dövlətlərin (Rusiyanın,  İranın) 
işğalçılıq ehtiraslarına qarşı mübarizə aparmaqda idi. Bu amansız mübarizə milli dövlətçilik 
təfəkkürünün, demək olar ki, darmadağın edilməsi ilə nəticələndi... 
 XIX 
əsrin  əvvəllərindən dünyanın, eləcə  də  Şərqlə  Qərbin iqtisadi, siyasi-ideoloji 
münasibətlərinin tarixində olduqca qaynar bir dövr başlayır. Məhz bu dövrdə qabaqcıl  Şərq mütə-
fəkkirləri milli birlik, ictimai ittifaq, müstəqil dövlətçilik idealları üzərində daha ardıcıl, daha intensiv 
düşünməyə ehtiyac duyurlar. Azərbaycanda bu cür mütəfəkkirlər kifayət qədər çox olmuşlar: 
A. Bakıxanov, M. F. Axundov, Ş. C. Əfqani...
 
 A. 
Bakıxanovun, xüsusilə M. F. Axundovun dövlətçilik görüşləri barədə bu və ya digər dərəcədə 
bəhs olunmuşdur. Lakin bizim fikrimizcə, yeni dövrdə  Şərq xalqlarının, o sıradan Azərbaycan xalqının 
milli dövlətçilik axtarışlarının ideoloji əsaslarını  əks etdirən nə A. Bakıxanov, nə  də  M. F. Axundov, 
məhz Şeyx Cəmaləddin Əfqani olmuşdur.
 
 Orta 
əsrlərin sonu yeni dövrün əvvəllərindən etibarən dünyanın texnoloji, ictimai-mədəni, ideoloji 
"tarazlığ"ı qarşısıalınmaz bir sürətlə pozulmağa başladı — hər cəhətdən irəli getmiş Qərbin hər cəhətdən 
geri qalmış  Şərqə müxtəlif formalarda müdaxilələri onu (Şərqi) tədricən silkələdi, hərəkətə  gətirdi. Və 
Şərqin Qərb qarşısında heyrəti, tərəddüdləri, müxtəlif xarakterli reaksiyaları get-gedə daha fəal bir şəkildə 
təzahür etdi ki, həmin təzahürlərin ən intensivi, heç şübhəsiz, C. Əfqaninin fəlsəfi-ideoloji yaradıcılığı idi 
— geri qalmış  Şərqlə irəli getmiş  Qərbin yeni dövrdəki çoxtərəfli münasibətlərinin tarixi xarakteri ən 
obyektiv şəkildə məhz həmin fəlsəfi-ideoloji yaradıcılıqda öz inikasını tapmışdır.
 


 C. 
Əfqani müxtəlif ölkələrdə yaşamış, müxtəlif dövlətlərin başçıları  (İran  şahı, Türkiyə sultanı, 
Rus çarı...) ilə görüşüb, xüsusilə müsəlman  Şərqinin gələcəyi barədə söhbətlər etmiş, istər həmin 
ölkələrin, istərsə  də  Qərbin böyük ideya-fikir adamları ilə müxtəlif mövzularda fəlsəfi polemikalar 
aparmış, özünün ya bilvasitə, ya da bilavasitə ideya davamçılarını yetirmişdir. Ona görə də C. Əfqaninin 
fəlsəfi-ideoloji yaradıcılığı barədə danışarkən mütəfəkkirin yalnız  əsərlərindən çıxış etməklə 
kifayətlənmək olmaz, onun tələbələrində yaşayan "ruh"unu da dindirmək lazım gəlir. Çünki yeni dövrün 
böyük müsəlman filosofunun XIX əsrin ikinci yarısında təbliğ elədiyi ideyaların çoxu XX əsrin 
əvvəllərində (yeni tarixi şəraitdə!) müsəlman Şərqində (eləcə də Azərbaycanda) geniş yayılaraq ictimai-
siyasi proseslərə  əhəmiyyətli (hətta demək olar ki, həlledici!) təkan vermişdir ki, həmin ideyalardan 
mühümü "milli vəhdət fəlsəfəsi"dir.
 
 
Əsasən panislamist kimi tanınan, çox hallarda panislamizmin banisi sayılan C. Əfqaninin eyni 
zamanda "milli vəhdət fəlsəfəsi"nin müəllifi kimi məşhurlaşması  nədən irəli gəlirdi? — sualına cavab 
vermək o qədər də çətin deyil. Məlum olduğu kimi, yeni dövrdə (XVII əsrdən sonra) müsəlman Şərqində 
aparıcı ideologiya müsəlmançılıq, yaxud, ümmətçilik idi, digər ideologiyalar həmin ideologiyadan çıxırdı, 
istər-istəməz onun "semantika"sını daşıyırdı. C. Əfqaninin böyüklüyü onda idi ki, belə bir dövrdə "milli 
vəhdət fəlsəfəsi"ni çox cəsarətlə irəli sürüb hər bir müsəlmanın eyni zamanda bir türk, fars, ərəb, yaxud 
hind olduğunu dedi...
 
 Ümumiyyətlə, XIX əsr (və hətta XX əsrin əvvəlləri) müsəlman Şərqində ümmətçiliklə millətçilik 
arasında "dialoq"un geniş sosial-siyasi münasibətlər sferasına çıxdığı dövrdür. Həmin dövrdə o xalqlar ki
milli özünüdərk prosesini tam dəyəri ilə yaşayırlar, onlarda milli dövlətçilik düşüncəsi lazımi key-
fiyyətdə qərarlaşır. Müsəlman xalqları içərisində azərbaycanlılar bu baxımdan xüsusi fərqlənirdilər...
 
 Orta 
əsrlərin sonu, yeni dövrün əvvəllərindən etibarən müsəlman Şərqində dini ideologiya Qərblə 
— Qərb təfəkkür tərzi ilə üz-üzə dayanmalı oldu. Və  həmin ideologiyadan tələb olundu ki, Qərbin nə 
üçün inkişaf edib Şərqi əsarət altına aldığı, Şərqin isə get-gedə daha çox əsarət altına düşdüyünü izah et-
sin... İslam ideoloqları həmin tələbata cavab vermək imkanına malik deyildilər, ona görə belə bir təsəvvür 
(mif!) yaratmağa çalışırdılar ki, Qərbin  Şərqə qarşı istifadə etdiyi "təcavüz" metodları qeyri-etik 
metodlardır. Qərb, ümumiyyətlə, əxlaqsızlıq mənbəyidir... C. Əfqani bu cür asan yol (mif yaratmaq yolu!) 
tutmaq istəmədi — o qəbul etdi ki, Şərq xalqları Qərb xalqlarından geri qalmışdır. Və bu, iddialı Şərqin 
filosofu üçün böyük qələbə idi...
 
 
Həmin "qələbə"dən (əslində, məğlubiyyətdən!) sonra C. Əfqani belə bir suala cavab verməli idi 
ki, Şərqin geri qalmasında İslam dininin günahı, yaxud Qərbin irəli getməsində Xristian dininin xidməti 
nədən ibarətdir?... Böyük mütəfəkkir müxtəlif tarixi faktlara əsaslanaraq göstərir ki, "istər müsəlman, istər 
xristian və ya bütpərəst olsun, fərqi yoxdur, bu dini tərbiyə sahəsində millətlərin  əvvəlki barbarlıqdan 
qurtulub, daha qabaqcıl bir mədəniyyət səviyyəsinə doğru irəlilədiklərini inkar etmək də mümkün 
deyildir". Və beləliklə, müxtəlif mənşəli xalqlar arasında kifayət qədər uğurla yayılan dinlər, o cümlədən 
də  İslam dini ilk dövrlərdə güclü fəlsəfi ruha malik olduğu halda, sonralar (görünür, orta əsrlərin 
sonlarında), filosofun fikrincə, anti-fəlsəfi məzmun kəsb etməyə, hətta vicdan azadlığını (fəlsəfəni!) 
boğmağa, elmləri simasızlaşdırmaga başladı. Ona görə  də C. Əfqani  Şərqin geri qalmasının səbəbini 
İslamda deyil, "cahil təfsirçilərin İslama etdikləri əlavələr"də görür.
 
 Ümumiyyətlə, hər şeydən əvvəl, iudaizm, buddizm və xristianlıqdan fərqli olaraq İslam dünyanın 
daha ağıllı dövründə, yəni zəkanın (fəlsəfənin) ibtidai inamları, mifologiyanı  sıxışdırdığı bir dövrdə 
formalaşdığına görə əvvəlki dünya dinlərindən daha çox fəlsəfi olmuşdur; ikincisi, İslam həm təşəkkül-
formalaşma, həm də yayılma-mənimsənilmə (ictimai şüura yiyələnmə) prosesində  əvvəlki dinlərin, 
dünyagörüşlərin proqressiv təsirini öz üzərində hiss etdiyi üçün dünyaya həmin dinlərdən, 
dünyagörüşlərdən daha açıq olmuş, fikir plüralizminə kifayət qədər geniş imkan vermişdir; üçüncüsü, 
müxtəlif etnik mənşəyə, etnopsixologiya və etnik dünyagörüşlərinə  mənsub xalqlar (ərəblər, farslar, 
türklər və b.) tərəfindən bir neçə əsr ərzində (və İslama qədərki zəngin düşüncə mədəniyyəti əsasında!) 
qəbul edilən İslam istər-istəməz çevik təfəkkür mühitləri ilə hesablaşmalı olmuşdur...
 
 C. 
Əfqani mühafizəkar  İslam ruhanilərindən, "filosoflarından fərqli olaraq, müsəlman  Şərqinin 
(ümumən  Şərqin!)
 
Qərb elmi, mədəniyyəti, həyat tərzi qarşısına cəsarətlə  çıxmasını  tələb edirdi. Şərq 
dövlətlərinin despot hökmdarına məsləhət görürdü ki, dövlətin idarə olunmasında demokratiyaya şərait 
yaratsınlar, xalqın təbii tarixi istedadını boğmasınlar...
 
 C. 
Əfqani  Şərqin Qərbdən geri qalmasının səbəbini despotizmdə, yuxarıdan aşağı zülmdə, 
ədalətin, insafın, mürvətin olmamasında görür. Və Dağıstaniyə  məktubunda yazır: "Mənim möhtərəm 
dostum, bu məktubda yazdıqlarım  İranın indiki vəziyyətinə aiddir. Qeyd etmədiyim  şeyləri də bu 
minvalla müqayisə edə bilərsiniz, təki bizim məmləkətin bütün müsibətlərinin səbəbinin zülm olduğu sizə 
aydın olsun". Böyük mütəfəkkir onu da əlavə edir ki, əgər Osmanlı dövləti Bosniyada, Hersoqovinada və 
Bolqarıstanda  ədalətli və insaflı dövlət kimi tanınmış olsaydı, o ölkələr Osmanlı  səltənəti tərkibində 
qalardı...
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə