Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   53   54   55   56   57   58   59   60   ...   69

əsrlərdən sonra əsaslı bir dəyişikliyə  məruz qalmamışdır — dəyişən dialektlərlə  ədəbi dil arasındakı 
münasibətin xarakteridir...
 
 Azərbaycan tarixi dialektologiyasının problemləri ilə son illər ardıcıl məşğul olmuş E. İ. Əzizov 
məsələni bu cür şərh edir: "...Azərbaycan dili dialektlərinin inkişafında iki mərhələni müəyyənləşdirmək 
olar:
 
 1. 
Xalqın formalaşmasında iştirak etmiş  qəbilə  və tayfaların dil xüsusiyyətlərinin saxlanması 
mərhələsi (XII əsrə  qədər). 2. Tayfa dilləri xüsusiyyətlərinin itirilməsi və  şivələrin  ərazicə
 
müəyyənləşməsi mərhələsi (XII-XIII əsrlər) Və 
bundan sonra göstərir ki, "müasir Azərbaycan 
şivələrinin  əsas xüsusiyyətləri artıq orta əsrlərin ilk dövrlərində formalaşmışdır və belə bir fakt şübhə 
doğurmur ki, həmin proses XI əsrə qədər başlanmışdı".
 
 
Əlbəttə, E. İ. Əzizovun XVIII əsri xatırlatması təsadüfi deyil...
 
 XVIII 
əsr Azərbaycan türk ədəbi dili ən müxtəlif ədəbi dil təzahürlərini inkişaf tendensiyasının 
vahidliyi ilə özündə ehtiva edir (və bu baxımdan bütöv hadisə kimi meydana çıxır), ona görə də XVIII əsr 
ədəbi dilinin mövcud dialekt və  şivələrlə  əlaqəsinə  həmin inkişaf tendensiyası ilə  əlaqə formasında 
baxmaq (diferensial məqamları ancaq bu kontekstdə  dəyərləndirmək) metodiki nöqteyi-nəzərdən 
uğurludur. Fakt isə bundan ibarətdir ki, XVIII əsrdə həm dialekt və şivələr arasında təmərküzləşmə gedir, 
həm folklorun dili bu əsasda canlanır və intibah təfəkkürünün təsiri ilə regional etnoqrafik ümumiləşmə 
verir, həm də klassik üslubun normativ təcrübəsi kömək edir — ona görə də demokratizmlə normativlik 
yanaşı mövcud olur.
 
 Xanlıqlar dövründə "xüsusən  şifahi rəsmi dil kimi Azərbaycan dili geniş dairədə  işlənilmiş  və 
ərəb, fars dilləri məhdud dairədə yazılı sənədlərdə qalmışdır" (Ə. Dəmirçizadə).
 
 
Şifahi rəsmi dilin xüsusiyyətləri barədə müəyyən məlumat almaq üçün ən maraqlı  mənbə 
"Şəhriyar"dır — burada adi danışıq dili ilə  şifahi rəsmi dil elmi dəqiqliklə  fərqləndirilir... Və demək 
lazımdır ki, ümumiyyətlə, XVIII əsr boyu, xüsusən əsrin ikinci yarısında şifahi ədəbi dil yazılı dilə təsir 
edib onu keyfiyyətcə yenidən təşkil etdiyi kimi, yazılı dil də şifahi ədəbi dilə indiyə qədər görünməmiş bir 
şəkildə (çünki yazılı dillə şifahi dil arasında bu cür təmas hələ olmamışdı) təsir edir.
 
 
"Şifahi ədəbi dildə ümumxalq əsası üstünlük qazanır, yeni əsl Azərbaycan dili elementləri geniş 
istifadə olunur. Şifahi  ədəbi dil leksik-qrammatik sinonimlikdən heç də bütünlükdə azad deyildisə  də, 
onun əsas mənbəyi Azərbaycan dilinin dialekt və şivələri idi" (M. S. Şirəliyev).
 
 XVII—XVIII 
əsrlərdə Azərbaycan türk şifahi ədəbi dilinin müstəqilləşməsinə dialekt və şivələrin 
yeni sistemi ilə əlaqəsinin stabilləşməsi təsir edir və bu stabillik yazı dilində gedən proseslər üçün də şərt 
olur.
 
 XVI, 
XVII, 
XVIII 
əsrlərdə  ədəbi dilin demokratik əsaslar üzərində  təşəkkül tapıb inkişaf 
etməsinə ruhanilik mane olmadı, çünki dinin dili ərəbcə idi; həm tənəzzül etməkdə olan klassik üslubu, 
həm də  tərəqqidə olan folklor üslubunu kifayət qədər ictimai (demokratik) məzmunlu qüvvələr 
daşıyırdılar, — ictimai (demokratik) təfəkkür isə normativliyi müdafiə edir,
 
lakin novatorluğa prinsipial 
şəkildə qarşı durmur, milliliyə həssas olur. Yazı təkcə ruhaniliyin əlində deyildi, əsrlər boyu ruhaniliklə 
heç bir əlaqəsi olmayan, yaxud da əlaqəsi olan ziyalılar imkan düşən kimi ən uzaq əyalət kəndlərində belə 
məktəb açdılar, savadı xalqdan gizlətmədilər və ona görə də XVII, xüsusilə XVIII əsrdə yazılmış çünglər 
— kütləvi mənbələr kifayət qədərdir.
 
 "Ayrı-ayrı qohum milli dillərin formalaşması prosesində relyefə uyğun olaraq özünəməxsus 
"qarşılıqlı kömək" prinsipi, yaxud qanunu fəaliyyət göstərir" (V. V. Vinoqradov), — XVII—XVIII 
əsrlərdə Azərbaycan türk ədəbi dili ilə yanaşı Türkiyə türk və türkmən  ədəbi dillərində  də milliləşmə 
prosesi gedir; həmin proseslər analoji mədəni-ictimai hərəkatla müşayiət olunur. Və burasını da qeyd 
etmək lazımdır ki, hər üç halda milli ədəbi dilin təşəkkülü millətin təşəkkülünü qabaqlamışdı, — XIX 
əsrin ortalarından etibarən hər üç regionda 
getməkdə olan millətin
 təşəkkülü prosesinə artıq mövcud milli 
ədəbi dil təkan verirdi; görünür, həqiqətən "əhəmiyyətli dərəcədə  məhz dil milləti formalaşdırır" 
(F. M. Sössür).
 
 Bununla 
belə, qeyd etmək lazımdır ki, nə Türkiyə türk, nə də türkmən ədəbi dilinin milli əsaslar 
üzərində keyfiyyətcə yenidən təşkili Azərbaycan türk ədəbi dilindəki qədər ardıcıl olmamışdır — biz 
bunun əsas səbəbini dialekt və şivə xüsusiyyətləri ilə ədəbi dil arasındakı münasibətin tarixi xarakterində 
görürük: nə türkmən, nə də Türkiyə türk ədəbi dili milliləşmə gedişində dialekt və şivə mövcudluğu ilə 
Azərbaycandakı qədər yaxın (və davamlı) təmasda deyildi. Və bu da, heç şübhəsiz, müxtəlif oğuz ədəbi 
dillərinin sonrakı taleyinə də öz təsirini göstərməli idi (və göstərdi).
 
 XVIII 
əsr Azərbaycan türkcəsinin etnik-tarixi məzmunu, heç şübhəsiz, XVII—XVIII əsrlərə, 
hətta XVI əsrə  qədərki ümumxalq dili prosesləri ilə  əlaqədardır — bu proseslər isə kifayət qədər 
mürəkkəb, çoxplanlı olduğuna görə, ancaq sabit (yaxud dinamik) dialekt münasibətləri, daha konkret 
desək, dialekt təmərküzləşməsi ideyasından çıxış etmək özünü doğrultmur. Eramızın ilk əsrlərindən 
başlayaraq Azərbaycan  ərazisində  (əslində, daha geniş  ərazidə — burada "Azərbaycan  ərazisi" sonrakı 


dövrdəki etnik təmərküzləşmənin məntiqinə uyğun olaraq şərti nəzərdə tutulur) müxtəlif türk tayfalarının 
regional birləşməsi prosesi gedir və bu proses təxminən XI—XII əsrlərdə, yəni Azərbaycanda ilk orta 
əsrlər türk dövlətinin (Atabəylər dövlətinin) təşəkkülü ilə özünün ikinci keyfiyyət mərhələsinə keçir.
 
 
Şübhəsiz, həmin mərhələnin XVIII əsrdə yekunlaşdığını və
 
beləliklə, həmin dövrdə dialektlərin 
sabit sisteminin yarandığını göstərən tədqiqatçılar tamamilə haqlıdırlar, bununla belə, "qəbilə-tayfa 
xüsusiyyətlərini itirməklə şivələrin məhəlli müəyyənləşməsi" prosesinin gedişi Azərbaycanın bütün ərazi-
sində eyni keyfiyyətə malik olmamışdır; görünür, daha qədim məhəlli sabitlik Şimali Azərbaycanın 
Şərqdən Qərbə doğru orta zolağında, Cənubi Azərbaycanın böyük mədəniyyət mərkəzləri (Naxçıvan da 
buraya daxil olmaqla) ətrafında qərarlaşır (bunlar sonrakı dövrlərdə  ləhcələri və dialektləri təşkil edir), 
XVI—XVII  əsrlərə  qədər intensiv davam edən (lakin getdikcə daha kiçik həcmdə) köçmələr (məsələn, 
XVII  əsrin  əvvəllərində  Cənubi Azərbaycandan bir qrup əhalinin Muğana köçürülməsi, yaxud daha 
sonralar Gürcüstan sərhədindən camaatın Qarabağa gəlişi və s.) isə dialekt-şivə münasibətlərinin stabil-
liyini bir sıra hallarda pozsa da, XI—XII əsrlərdən sonra əsaslı bir dəyişikliyə  səbəb olmamışdır. Eyni 
sözləri XVI əsrin sonu, XVII əsrin  əvvəllərindən başlayaraq gedən  İran-Türkiyə müharibələri, ləzgi 
basqınları barədə də demək mümkündür.
 
 Azərbaycan  ərazisindəki dialekt və  şivələrin sistemləşməsi, təmərküzləşməsi və milliləşməkdə 
olan ədəbi dillə əlaqəsi Qafqaz—Kiçik Asiya regionundakı dil (dialekt-şivə) prosesləri kontekstindədir — 
həmin proseslər isə öz növbəsində ümum-türk mühitində gedir.
 
 Azərbaycan türk milli ədəbi dili tarixinin görkəmli tədqiqatçılarından M. Cahangirov yazır: "... 
a) Azərbaycan  ədəbi dilində tarixən işlək olub, müvazi yaşayan çoxvariantlı qəbiləvari dil ünsürlərində 
mahiyyətcə birinin get-gedə vahid normaya çevrilərək sabitləşməsi, dilfövqü amillərin diliçi təkamülə 
fəallaşdırıcı təsiri ilə ümumanlam-yatımlı dialekt-şivə ünsürlərinin milli dildə təmərküzləşməsi sayəsində; 
b) müxtəlif ("klassik" və "xalq" sözləri ilə  təyinləşən)  ədəbi dil üslub xətlərinin bir-birini 
zənginləşdirməsi və birinin (əsasən birincisinin) digərinə  (əsasən ikincisinə) yaxınlaşması, "əksməqam" 
ictimai üslublardan kütləvi olanının get-gedə milli ədəbi dil üçün yeganə  əsasa çevrilməsi, funksional-
üslubi diferensiallaşma prosesinin tam müəyyənlik alması, müvafiq üslublara uyğun olaraq mənzum və 
mənsur ifadə formaları arasında nisbi-təqribi tarazlığın yaranma zəminəsində; c) ədəbi dilimizin şifahi və 
yazılı qolları arasında vaxtilə mövcud olan kəskin fərqlərin tədricən azalması, vahid normaların 
yaranmağa, sabitləşməyə, möhkəm bir qanun şəkli almağa başlaması nəticəsində — tarixən məhdud isti-
fadəli ənənəvi ədəbi (yazılı ədəbi!) dil ümdə aparıcı üslubların tam müəyyənləşməsi ilə genişişlək milli 
ədəbi dil halında ilkin formalaşmasını XIX əsrdə başa çatdırmışdır".
 
 
M. Cahangirovun bir neçə onillik tədqiqat əsasında gəlib çıxdığı bu nəticələri, heç olmasa ötəri 
şəkildə,  şərh etməyə ehtiyac duyulur... a bəndində milli ədəbi dilin ümumxalq əsası, b bəndində üslub 
inteqrasiyası və c bəndində isə normanın müəyyənləşməsi və kütləviləşməsi məsələləri diqqət mərkəzinə 
çəkilir — prinsip etibarilə, ancaq Azərbaycan kontekstindən (həm sinxron — coğrafi, həm də diaxron — 
geneoloji baxımlardan) çıxış edilir, milli ədəbi dilin formalaşmasının mərhələvi xarakterə malik olduğu 
göstərilir (XIX əsrdə ancaq ilkin formalaşmadan bəhs olunur).
 
 T. 
Hacıyevin son illər Azərbaycan türk ədəbi dilinin milliləşməsi probleminə  həsr olunmuş 
məqalələri, hər  şeydən  əvvəl, görkəmli dil tarixi tədqiqatçısının strateji model təqdim etmək cəhdinin 
nəticəsidir. M.
 
Cahangirov kimi T. Hacıyev də Azərbaycan milli ədəbi dilinin təşəkkülü problemini, 
prinsip etibarilə, Azərbaycan kontekstində (geniş regional — türkoloji kontekstdə deyil) həll etmək 
tərəfdarı kimi çıxış edir və bir qayda olaraq, tipoloji plana üstünlük verir... Azərbaycan türk milli ədəbi 
dilinin təşəkkül tarixini alman, ispan, xüsusilə rus ədəbi dillərinin təşəkkül tarixi ilə müqayisə edən 
tədqiqatçı, nəhayət, belə bir qərara gəlir ki, "Azərbaycan milli dilinin tarixini artıq orta əsrlərdə kapitalist 
inkişaf yoluna çıxmış Avropa xalqlarının dilləri ilə müqayisədə deyil, zəngin və olduqca qədim yazılı 
ədəbi dil ənənələrinə malik Şərq dilləri kontekstində öyrənmək məqsədəuyğundur". Bununla belə, 
T. Hacıyev həmin strateji istiqaməti inkişaf etdirməmiş və ancaq bəzi ümumi qeydlərlə kifayətlənmişdir, 
ona görə  də bu sahədə müəlliflə fikir mübadiləsi etmək, yaxud polemik aparmaq mümkün deyil
Azərbaycan türk ədəbi dili tarixinin milliliyə  qədərki dövrü ilə milli dövrünün tipoloji müqayisəsinə 
gəldikdə isə T. Hacıyev həmin sahədə üzərində düşünmək üçün zəngin nəzəri material verir. Onun dərin 
inamına görə "xalqımızın tarixinin ən qədim mərhələlərində müəyyənləşən, XIII—XVI yüzilliklərdə 
Şimali və Cənubi Azərbaycanda ünsiyyət vasitəsi kimi funksionallaşan ümumxalq danışıq dili XVII əsrdə 
milli dilin formalaşması üçün struktur-dil bazasını təşkil edir".
 
 Azərbaycan türk milli ədəbi dili tarixi üzrə mütəxəssislərin istər polemik, istərsə də heç bir qeyd-
şərt qoymadan qəbul etmək mümkün olan mülahizələri Azərbaycanda XVII əsrə aid dil proseslərinin 
kontekstini və xarakterini daha yaxşı başa düşməyə kömək edir. Ümumiyyətlə, XVII əsrdə mövcud olan 
"nitq fəaliyyəti" formalarının aşağıdakı sistemini təsəvvür etmək mümkündür:
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə