Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   49   50   51   52   53   54   55   56   ...   69

dur. Oraya çatcaq tutub asdırarsan!" Koroğlu,  əfəndinin gözləmədiyi halda, kağızı alıb baxır və deyir: 
"Sən elə bilmə ki, mən savadsızam. Mən dedim sən yazasan ki, sizin dilinizdə olsun. Al düzəlt!"
 
 
Koroğlu "sizin dilinizdə" dedikdə Türkiyə türkcəsinin İstanbul şivəsini nəzərdə tuturdu... Öz dili 
isə, heç şübhəsiz, Azərbaycan "Koroğlu"sunun dili — Azərbaycan türkcəsi idi.
 
 "Koroğlu"nun dili sadəcə xalq danışıq dili deyildir — xalq danışıq dilinə əsaslanan, xüsusi üslub 
tipologiyası ilə seçilən folklor (daha dəqiq desək, aşıq!) dilidir ki, o zəngin linqvopoetik ifadə imkanlarına 
malikdir. Bu baxımdan bir sıra dil — məqam fiqurlarını nəzərdən keçirək. Onlardan biri müqayisədir...
 
 Müqayisə Azərbaycan, ümumən türk dastan-eposları üçün olduqca səciyyəvidir və  həmin 
müqayisələrdə  əsərin yaranıb formalaşdığı dövrün bədii zövqü, estetik xarakteri təzahür edir — 
"Koroğlu"dakı müqayisələr (geniş  mənada metaforlaşdırma) "Kitabi-Dədə Qorqud"da olduğu kimi, 
realistdir; məsələn: Yarpaq kimi baş  bədənnən tökərəm; çay kimi coşmuşam; Çənlibel üstündə  əsrəmiş 
nərsən; Eyvazım bənzər laçına; Dava günü qızmış nərdi; Bu gələn Eyvaz, bu gələn; belə baxanda gördü 
Bağdad bağlarında xurmanın sayı var, amma dəlilərin sayı yoxdu; şir kimi qızaram meydan içində, 
Təpinib bağrını yararam, paşa; Dumantək yurdunu, yuvanı bürür, Tamam dağı, daşı yararam, paşa; 
Bilmirəm baharam, yoxsa ki, qışam, Qorx o zamandan ki, qaynayam, coşam, Qırılmaz qayayam, 
tərpənməz daşam, Fərhad külüngünü çala qoymaram; Adlı-sanlı  dəlilər hamısı yan-yana düzülüb, 
qurbanlıq mal kimi yatır; Tökülübdü qaş-qabağın, Boranmı, qışdımı  nədi?; Koroğluyam, qoç oğluyam, 
qoçam mən; Havada dövr edən tərlan quşam mən, Sarlar şikarımı ala qoymaram, Çaqqal əniyi qurd 
olmaz, Yenə qurd oğlu qurd olu; Çənlibeldən səni deyib gəlmişəm, Ala gözlüm, qız birçəklim, Qırat, gəl!; 
Paşa, Koroğluya kələ-kələlər nə eləyə bilib ki, sənin kimi kərtənkələlər nə eləsin? Hansı igidin sonu 
yoxdu, Ocaq yanar, daş cingildər; Sinəsi döşəkdi, məməsi balış; Qarşu yatan qarlı dağlar baxar qarına 
gümrənər, İgid hicran çəkər, ölməz, baxar yarına, gümrənər; Bəylər, biz səhra qurduyuq, Quzu qapmaq 
işimiz və s. və i.a.
 
 "Koroğlu"da baş qəhrəman, onun dəliləri, hətta müsbət mənada düşmənləri qurda bənzədilir ki, 
bu müqayisənin dərin tarixi-mifoloji kökləri vardır: 
 
Koroğlu deyiləm, ona timsalam, 
Həm Rüstəmi-Zalam, həmi Salsalam, 
Neçə xotkarları taxtından salam, 
Qənimlər üstündə ulayan mənəm.
 
 Yaxud: 
 
Bir ac qurdam, gəldim bura, 
Əyri qılınc boynun vura... 
 
Yaxud da: 
 
Osmanlı qoşunu gəlir qurd kimi, 
Var get, əcəm oğlu, durma bu yerdə. 
.
 
 "Koroğlu"dakı müqayisə — metaforlaşdırma sənətkarlığının yüksəkliyini "düşmənin gəldiyi" 
məlumatını vermək üçün işlədilən aşağıdakı bənzətmə-obraz da təsdiq edir: 
 
Dağlara düşüb alaça, 
Payızdımı, yazdımı ola? 
Deyəsən qurd-quş hərlənir, 
Qarğadımı, qazdımı ola?.. 
 
 Dastanın dilindəki poetik nəfəs genişliyi, improvizatorluq həmin dastanı yaradan xalqın dil-üslub 
(və  təbii ki, ədəbi-estetik təfəkkür) axtarışlarının hansı  səviyyədə, hansı metaforik düşüncə 
tipologiyasında getdiyini göstərir — həm uğurları, həm də, necə deyərlər, qüsurları görməyə imkan verir.
 
 "Koroğlu"da elə  uğurlu təsvirlər işlənir ki, onlar hər hansı personajın xarakterini təfsilata yer 
vermədən aydın şəkildə müəyyənləşdirir. Məsələn, "...Keçəl Həmzə sayılmayan, urvatı olmayan bir adam 
idi. Məclisə qoymazdılar ki, başmaq oğurlayar, tövləyə qoymazdılar ki, quşqun oğurlayar. Keçəl Həmzə 
keyf məclisi başlananda gəlib bir təhər özünü salmışdı içəriyə ki, qarnını doyursun...". "Keçəl Həmzə 
çarığını geydi, patavasını bərkitdi, dəstərxanına bir-iki çörək qoyub belinə bağladı, düşdü yolun ağına...". 
"...Bunu deyib Keçəl Həmzə elə  ağladı, elə  ağladı ki, gözünün yaşını  bıldır-bıldır tökdü. Koroğlunun 
Keçələ yazığı gəldi".
 
 Yaxud:
 


 "Koroğlu Qıratın nalbəndini qabağına çəkəndə Dəmirçioğlu dükanın içində idi. Baxdı ki, atasının 
yanına bir müştəri gəlib, paltarından çodara oxşayır, amma sir-sifəti lap pəhləvan sir-sifətidir. 
Dəmirçioğlunun müştəriyə quşu qondu. Amma elə ki, Koroğlu başladı nalbəndlə zarafat eləməyə, nalları 
əzib geri qaytarmağa, Dəmirçioğluna xoş gəlmədi. Bir istədi ki, çıxıb onun cavabını versin, sonra "lənət 
şeytana" deyib gözlədi ki, görsün işin axırı nə olur".
 
 Yaxud 
da: 
 
Axır əcəl gəldi, yetdi, hay, haray!.. 
Cəkdiyim qovğalar bitdi, hay, haray!... 
Tüfəng çıxdı, mərdlik getdi, hay, haray!.. 
Mənmi qocalmışam, ya zəmanəmi?.. 
 
 "Koroğlu" dastanı təşəkkül tapdığı dövrdən bu günə qədər Azərbaycan şifahi xalq ədəbiyyatının 
(xüsusilə aşıq sənətinin) möhtəşəm əsərlərindən biri kimi, milli mədəniyyətin etnik əsaslar üzərində daha 
möhkəm dayanmasında, inkişaf edib zənginləşməsində heç bir digər  əsərlə müqayisəyə  gəlməyən bir 
ictimai-estetik mövqeyə, nüfuza malik olmuşdur. 
 


 
 
AZƏRBAYCAN TÜRKCƏSİNİN MİLLİLƏŞMƏSİ 
 
 
 Azərbaycan türk ədəbi dili milliləşənə qədər (və milliləşmə prosesində), ümumiyyətlə, türk dilləri 
(ədəbi və qeyri-ədəbi formalar) ilə tarixi-tipoloji əlaqədə inkişaf etmişdir, ona görə də Azərbaycan türk 
ədəbi dilinin təşəkkülü, təkamülü və milli əsaslar üzərində yenidən təşkil olunması kimi məsələlərin iza-
hı ümumtürk kontekstindən çıxış etməklə mümkündür.
 
 
Məsələnin təfərrüatına, şərti olaraq, fikir verməsək, demək olar ki, türk dilləri ilə roman dillərinin 
ədəbi milliləşməsi analoji şəkildə gedir...
 
 Roman 
dilləri tarixinin mütəxəssisləri göstərirlər ki, Roma imperiyası dağılandan sonra ədəbi 
(antik) latın dili bir müddət roman tayfaları, xalqları məskun olan, yayılan  ərazilərdə  işlənir, lakin eyni 
zamanda "yerli dialektlər" (xalq latın dili bazasında) təxminən VIII əsrdən başlayaraq tədricən müstəqil 
dillərə çevrilir və latınla tarixi-tipoloji əlaqədə müasir roman dillərinin milli xarakteri formalaşır. "Xalq 
latın dili ilə tanışlıq prosesində  məlum olur ki, roman dil təzahürlərinə yaxın olan cəhətlər məhz onda 
müşahidə edilir. Bu belə nəticəyə gəlməyə imkan verir ki, roman dillərinin mənbəyini ədəbi dil (klassik 
latın) deyil, canlı danışıq dili (xalq latın dili) təşkil edir" (prof. M. V. Sergiyevski). Və  hətta burada 
diferensiallaşmaqda, eyni zamanda milliləşməkdə olan dilin klassik ədəbi formanın təşəkkül tapdığı 
coğrafi mərkəzə yaxınlığı-uzaqlığı da şərtdir — "İtalyan  ədəbi dili öz vokalizm və konsonantizminin, 
eləcə də qrammatik quruluşunun xarakterik cəhətlərinə görə latın dilinə digər roman dillərinin hamısından 
yaxındır" (prof. M. V. Sergiyevski).
 
 ...İlkin orta əsrlərdən etibarən əvvəl qədim türk (runik) mətnlərində, uyğur abidələrində, sonra isə 
türk xalqlarının yayıldığı geniş coğrafiyada — müxtəlif regionlarda, əsasən, XI—XII əsrlərdən başlayaraq 
mövcud olan (yazılı abidələrdə  təmsil olunan) türki, prinsip etibarilə, klassik latını xatırladır, bununla 
belə, xalq dilinə müəyyən qədər yaxınlığı  və ona görə  də, klassik latından fərqli olaraq, regional 
xüsusiyyətlər kəsb etməsi ilə diqqəti çəkir: XI—XII əsrlərdən başlayaraq türk xalqlarının yaşadığı 
ərazilərdə türkinin ən azı üç müstəqil (Qafqaz—Kiçik Asiya, Orta Asiya, Ural—Volqaboyu) və bir sıra 
yarımmüstəqil (keçid xarakterli) regional təzahürləri XVI—XVII əsrlərə qədər intensiv, sonra isə qeyri-
intensiv şəkildə mövcud olmuşdur.
 
 
Tədqiqatlar göstərir ki, türk dünyasında bizə  məlum olan ilk yazılı  ədəbi dil — türkinin əsası 
Mərkəzi Asiyada (Altayda, Monqolustanda, Şərqi Qazaxıstanda...) meydana çıxmış, sonralar Orta 
Asiyaya, oradan isə  əsasən, iki istiqamətdə ardıcıl olaraq yayılmışdır: Ural—Volqaboyu və Qafqaz—
Kiçik Asiya istiqamətlərində... Ona görə də Qafqaz—Kiçik Asiya və Ural—Volqaboyu türkisi Orta Asiya 
ilə  həmişə bağlı olmuş, hətta bir sıra dövrlərdə açıq-aşkar onu təqlid etmişdir (məsələn, Azərbaycanda 
Kişvəri, Ş. I. Xətai, M. Füzuli...) Orta Asiyada türkinin üç etnik-tipoloji qolu — oğuz (türkmən), qıpçaq 
(qazax, qırğız) və karluq (özbək) yanaşı mövcud olmuşdur (hətta buraya dördüncü qolu da aid etmək 
mümkündür — uyğur...).
 
 Bir 
sıra tədqiqatçılar türkinin daha kiçik regional variantlara bölündüyü fikrini irəli sürürlər — 
məsələn, Q. M. –R. Orazayev Orta Asiya, Volqaboyu—Ural türkisi ilə yanaşı Şimali Qafqaz türkisindən 
bəhs edir və XVI əsrə, hətta XX əsrin  əvvəllərinə  qədər Dağıstan, Kabarda-Balkar və Çeçen-İnquşus-
tanda meydana çıxmış türkdilli abidələrin  Şimali Qafqaz türkisində yazıldığını göstərir. Biz burada iki 
cəhəti bir-birindən fərqləndirməyin tərəfdarıyıq: birincisi, özünün klassik keyfiyyətində müstəqil Şimali 
Qafqaz türkisi XVI əsrə qədər mövcud olmamışdır və artıq qeyd edildiyi kimi, daha geniş regionu əhatə 
edən Qafqaz—Kiçik Asiya türkisi vardır, ikincisi isə, XVI—XVIII əsrlərdən sonra milli türk dillərinin 
təşəkkülü öz növbəsində türkinin regional tiplərinin diferensiasiyası ilə müşayiət olunur — bu mənada və 
XVI əsrdən sonra.
 
 
Qafqaz-Kiçik Asiya türkisinin Şimali Qafqaz, Zaqafqaziya və Kiçik Asiya formalarının meydana 
çıxması  təbii-tarixi hadisədir. Lakin "Dərbəndnamə", "Tarixi-Dağıstan", "Qisas ülənbiya", "Qisseyi-
Yusif" və s. yazılı abidələrin dili üzərindəki müşahidələr göstərir ki, Şimali Qafqaz türkisi, bir qayda ola-
raq, Zaqafqaziya türkisinin (demək olar ki, Azərbaycan türk dilinin) təsiri altında olmuşdur. Bu isə belə 
bir səhv təsəvvür oyatmışdır ki, guya "Şimali Qafqaz türkisi"nin dil xüsusiyyətləri onda, heç olmasa, iki 
əsas variantı ayırmağa imkan verir: Şimal (yaxud qumuq) və  Cənub (yaxud Azərbaycan). Onların 
arasındakı  fərq, təxminən başqırdların istifadə etdikləri "türki" ilə tatar dili arasındakı  fərq qədərdir. 
Başqa sözlə, yazı dilləri canlı danışıq dillərinin müəyyən təsirini öz üzərində hiss etmişdir ("Volqaboyu—
Ural türkisi" — başqırd və tatar, "Şimali Qafqaz türkisi" — qumuq və Azərbaycan türklərinin)"  
(Q. M. –R. Orazayev).
 
 
Şimali Qafqaz türkisi ona görə  bərabər  şəkildə qumuq və Azərbaycan variantlarına "parçalana" 
bilməz ki, Zaqafqaziya türkisi var və o, ümumi Qafqaz türkisinin əsasını  təşkil edir. Təsadüfi deyil ki, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə