Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   52   53   54   55   56   57   58   59   ...   69

vasitə  iştirak etmir, əksinə, demək lazımdır ki, ədəbi dilin milli əsaslar üzərində yenidən təşkili orta 
əsrlərin yazı dilinin
 
XVI əsrdən sonra tədricən arxaikləşməsi hesabına gedir.  
 
Şifahi xalq ədəbiyyatının dili ədəbi dilə onun inkişafının bütün tarixi dövrlərində eyni 
intensivlikdə təsir göstərmir,
 
XVII  əsrdəki və XVII əsrin birinci yarısındakı təsir tarixi təsirdir.
 
 
Ə. Dəmirçizadə göstərir ki, "təxminən XV əsrə  qədər Azərbaycan  ədəbi dilinin qida mənbəyi 
Şirvan şivələri olduğu halda, XV—XVII əsrlər arasında Cənub və Qərb şivələri olmuşdur. Halbuki XVIII 
əsrdə Azərbaycan ədəbi dili daha çox Qarabağ-Gəncə-Qazax şivələrindən qida almışdır".
 
 
Hər şeydən əvvəl, qeyd edək ki, XV əsrə qədər Şirvan şivələrinin Azərbaycan türk ədəbi dilinin 
qida mənbəyi (yeganə, yaxud əsas qida mənbəyi) olması mübahisəlidir, hətta demək olar ki, düzgün fikir 
deyil, — XIII—XIV əsrlər Azərbaycan mənbələri: İ. Həsənoğlu, Q. Bürhanəddin və İ. Nəsimi şeirlərinin 
dili vahid bir ədəbi dil tipi kimi diqqəti cəlb edir; bu dildə isə müasir Şirvan  şivələrinin xüsusiyyətləri 
başqa  şivələrlə (məsələn, Cənub  şivələri ilə) müqayisədə elə bir üstünlüyə malik deyil. İ. Həsənoğlu, 
Q. Bürhanəddin və İ. Nəsiminin, "Dastani-Əhməd Hərami"nin dilini, artıq ümumən qeyd olunduğu kimi, 
regional keyfiyyət kəsb etmiş türki adlandırmaq mümkündür — həmin regional keyfiyyət isə hələ o qədər 
diferensial xarakterə malik deyil ki, onun Azərbaycan  ərazisindəki hər hansı  şivələrlə (məsələn,  Şirvan 
şivələri ilə) oxşar cəhətlərindən bəhs edilsin. XV—XVII əsrlərə  gəldikdə isə bizi belə bir məsələ dü-
şündürür: M. C. Həqiqinin, Kişvərinin, nəhayət, M. Füzulinin dili hansı əlamətlərinə görə Cənub və Qərb 
(?) şivələrinə yaxın hesab olunur?.. XVI əsrdə Təbriz paytaxtdırsa, Ş. İ. Xətai Təbrizdə yazıb-yaradırsa, 
bu, o deməkdirmi ki, Cənub  şivələri (həm də bu cür qeyri-müəyyən  şəkildə) dövrün ədəbi dilinin qida 
mənbəyini təşkil edir?.. Halbuki ədəbi dilin XII—XIV əsrlərdəki norması ilə XV—XVI əsrlərdəki 
norması arasında bu baxımdan elə bir fərq yoxdur.
 
 
Və nəhayət, XVIII əsrdə Qarabağ-Gəncə-Qazax şivələrinin əsas qida mənbəyi olması məsələsi də 
müəyyən  şərh tələb edir... Hər  şeydən  əvvəl, qeyd edək ki, Ə. Dəmirçizadə "Azərbaycan  ədəbi dilinin 
tarixi"nə yazdığı "Ümumi nəticədə" XVIII əsrdə "milli dil rüşeym normaları bu və ya digər  şivə 
("dialekt")  əsasında deyil, təmərküzləşmə-ümumiləşmə yolu ilə ümumxalq dili əsasında  ədəbi dildə 
sabitləşməyə başlamışdı" fikrinə gəlib çıxır. Şübhəsiz, həmin mülahizə "Qarabağ-Gəncə-Qazax şivələri-
nin əsas qida mənbəyi olması" fikrini bu və ya digər dərəcədə təkzib edir. Müşahidələr göstərir ki, hazırkı 
dialekt diferensiasiyası get-gedə (XVIII əsrin sonlarına doğru sabitləşir və  həmin sabitləşmə milli 
normanın müəyyənləşməsinə kömək edir, dialekt diferensiasiyası  kəsilmədən normanın milliləşməsi 
mümkün deyil) milli norma, ictimai kütləvilik qazanır — Azərbaycanın qərb rayonları  qədim folklor 
(xüsusilə  aşıq)  ədəbiyyatının geniş yayıldığı  ərazi olduğundan  ədəbi dilin demokratik əsaslar üzərində 
yenidən təşkili burada xüsusi sürətlə gedir, lakin nə Qarabağ, nə  Gəncə, nə  də Qazax şivələri 
demokratikləşmədə olan ədəbi dilə bilavasitə  təsir etmir (məsələn,  M. P. Vaqif  dilindəki yüksək  ədəbi 
normativlik bunu sübut edir), çüzi təsirlər olursa (məsələn, M. V.  Vidadinin dilində olduğu kimi), bunlar 
normativləşə bilmir; beləliklə, XVIII əsrdə  ədəbi dil heç bir konkret dialektə (yaxud koyneyə) istinad 
etmir, ölkənin qərb rayonlarında getdikcə daha funksional şəkildə mövcud olan (və bir neçə  əsrlik 
normativləşmə tarixinə malik) folklor dilinə dayanır, onun kontekstində meydana çıxır.
 
 
Qədim Azərbaycan türk ədəbi dilinin (türkinin regionlaşmış formasının) əsasında duran dialektin 
mütləq şəkildə Azərbaycan ərazisində (həm də müasir dialekt-şivə diferensiallığı zəminində) axtarılması 
düzgün deyil və o da düzgün deyil ki, ədəbi dillə onun əsasında duran dialekt arasındakı münasibət 
mexaniki olaraq iki-üç əsrdən bir "dəyişdirilir" — hazırkı dialekt-şivə diferensiallığı ilə ancaq və ancaq 
XVI  əsrin  əvvəllərindən etibarən demokratik əsaslar üzərində yenidən təşkil olunan (XVIII əsrdə 
keyfiyyəti müəyyənləşən) ədəbi dil tipi (milli ədəbi dil) arasındakı əlaqədən danışmaq mümkündür.
 
 M. 
Şirəliyev Azərbaycan dilində dörd dialektik qrupdan bəhs edir:
 
 I. 
Şərq qrupu — Bakı, Şamaxı, Quba dialektləri, Salyan və Lənkəran şivələri.
 
 II. 
Qərb qrupu — Qazax, Gəncə, Qarabağ dialektləri, Borçalı və Ayrım şivələri.
 
 III. 
Şimal qrupu — Nuxa (Şəki) dialekti, Zaqatala, Vartaşen (Oğuz) və Qutqaşen (Qəbələ) 
şivələri.
 
 IV. 
Cənub qrupu — Naxçıvan, Ordubad, Təbriz,  Ərdəbil dialektləri, Noraşen və  Şahbuz 
şivələri.
 
 Azərbaycan dialektlərinin tam olmayan həmin sistemi nə vaxt formalaşmışdır?
 
 ...Şübhəsiz, bu və ya digər dövlət qurumu, inzibati-ərazi bölgüsü dialekt diferensiasiyasının təbii-
coğrafi və etnik-sosial məzmununu ifadə etmir — ikinci tərəfdən, müşahidələr göstərir (və elmi dilçilik 
bu fikri təsdiq edir) ki, Azərbaycan türkcəsi kontekst kimi götürülüb həmin kontekstdə gedən dialekt 
diferensiasiyasından deyil, müxtəlif "yarus"lardan ibarət türk dialektlərinin müvafiq tarixi-coğrafi 
məcmusu kimi meydana çıxan Azərbaycan türkcəsindən danışmaq daha düzgündür... Çünki Azərbaycan 
dialektləri Azərbaycan türkcəsi formalaşandan sonra meydana gəlmir — Azərbaycan  ərazisindəki 
müxtəlif türk dialektləri təmərküzləşərək Azərbaycan ümumxalq dilini formalaşdırır ki, bizim fikrimizcə, 
bu proses IX—XI əsrlərdən başlayıb XVI əsrdə başa çatır və müasir dialekt sistemi təxminən XVI—XVII 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə