Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   51   52   53   54   55   56   57   58   ...   69

 XVIII 
əsr Azərbaycan türk ədəbi dilinin tarixi xarakteri barədə bir sıra mülahizələr mövcuddur...
 
 
Ə. Dəmirçizadə "Azərbaycan  ədəbi dili tarixi xülasələri" kitabında "XVIII əsrdə (xanlıqlar 
dövründə) Azərbaycan  ədəbi dili" adlı bölmə vermiş  və dövrün dil-üslub mənzərəsini, öz ifadəsi ilə 
desək, "çox müxtəsər, təqribi və ümumi şəkildə" təsvir etmişdir. 40-cı və 50-ci illərdə nəşr olunmuş bir 
sıra məqalə və proqramlarda XVIII əsr (Vaqif mərhələsi) xüsusi şəkildə fərqləndirilmiş, lakin ədəbi dilin 
həmin mərhələdəki funksional məzmunu aydınlaşdırılmamışdır.
 
 
Ə. Dəmirçizadə sonrakı kitablarında Azərbaycan türk ədəbi dilinin tarixini, ümumiyyətlə, 
aşağıdakı dövrlərə bölmüşdür:
 
 
I. Ümumxalq dili əsasında Azərbaycan ədəbi dilinin formalaşıb inkişaf etməsi dövrü.
 
 II. 
Azərbaycan milli dili əsasında ədəbi dilin sabitləşməsi dövrü.
 
 III. 
Azərbaycan  ədəbi dilinin dövlət dili kimi yenidən qurulması  və sosialist milli dili əsasında 
inkişaf etməsi dövrü — sovet dövrü.
 
 Müəllif göstərir ki, I dövr "təqribən XI—XII əsrlərdən başlanır və XVIII əsrin sonlarına qədərki 
müddəti əhatə edir", — həmin dövr, tədqiqatçının fikrincə, aşağıdakı mərhələlərdən ibarətdir:
 
 I. 
Başlanğıc mərhələsi;
 
 II. 
Xətai-Füzuli mərhələsi;
 
 III. 
Vaqif 
mərhələsi.
 
 "...XV 
əsrə qədərki ədəbi dil XVI—XVII əsrlərdəki ədəbi dildən az-çox fərqləndiyi kimi, XVIII 
əsr dili də  əvvəlki mərhələlərdəki  ədəbi dilə nisbətən daha çox fərqli xüsusiyyətlərə malikdir" — 
beləliklə, Ə. Dəmirçizadə XVIII əsr Azərbaycan türk ədəbi dilinin müstəqilliyini qəbul edir, bununla belə, 
XVII  əsri  ədəbi dilin tarixində  Xətai-Füzuli mərhələsinin sonu
 
hesab etməklə onun XVIII əsrə aparan 
inkişaf məntiqini nəzərdən qaçırır və  nəticə etibarilə, XVIII əsr Azərbaycan türk ədəbi dilinin (Vaqif 
mərhələsinin) müstəqilliyini mütləqləşdirir, ona görə  də  əsrin dil-üslub mühiti bu və ya digər dərəcədə 
təsvir olunur, lakin dinamikası, demək olar ki, aşkarlanmır.
 
 
Ə. Dəmirçizadənin bölgüsündə XVIII əsr Azərbaycan türk ədəbi dili I mərhələnin sonuna düşür
bu isə o deməkdir ki, XVIII əsrdə dilin qədim dövrü yekunlaşır...
 
 T. 
İ. Hacıyev məsələni daha düzgün həll edir — onun təklif etdiyi dövrləşdirmədə  qədim dövr 
("təşəkkül dövrü") XVI əsrin sonu, XVII əsrin  əvvəllərində başa çatır, yeni dövr ("sabitləşmə dövrü") 
bundan sonra başlayır; fakt da belədir ki, XVI əsrin əvvəllərindən etibarən tədricən, XVII, xüsusilə XVIII 
əsrdə ədəbi dil sürətlə yeni dövrün elementlərini və nəhayət, keyfiyyətini təqdim edir.
 
 XVIII 
əsr Azərbaycan türk ədəbi dilinin nisbi müstəqilliyi dedikdə biz ədəbi dilin sinxron tarixi 
tipologiyası ilə yanaşı onda əks olunan daxili dinamikanı  nəzərdə tuturuq. Belə ki, XVIII əsrə  qədərki 
(XVI əsrin əvvəllərindən) və XVIII əsrdən sonrakı ədəbi dil XVIII əsrin "potensiyası"nı təşkil edir.
 
 Müşahidələr göstərir ki, Azərbaycan türk ədəbi dilinin demokratikləşmə (və milliləşmə) 
istiqamətindəki inkişafı aşağıdakı funksional-tipoloji mərhələlərdən keçir:
 
 I 
mərhələ — XVI əsrin əvvəllərindən sonlarına qədər;
 
 II 
mərhələ — XVI əsrin sonu, XVII əsrin əvvəllərindən XVIII əsrin ortalarına qədər;
 
 III 
mərhələ — XVIII əsrin ortalarından XIX əsrin ortalarına qədər.
 
 I 
mərhələdə klassik üslub ədəbi dilin bütövlükdə keyfiyyətini müəyyən edir, əsas mənbələr — 
Ş. İ. Xətainin, M. Füzulinin əsərləri klassik üslubdadır, qəzəl  ən populyar janr olmaqda davam edir. 
Bununla belə, potensial olaraq, ədəbi dilin demokratik gücü hiss edilir; əsrin  əvvəlində  Ş. İ. Xətai, 
sonunda isə M.
 
Əmani klassik üslubla xalq üslubunu, lakin hələ birincinin üstünlüyü şəraitində 
qarşılaşdırırlar — Qurbaninin dili bu qarşılaşdırmadan faktik olaraq kənarda qalsa da (XVII əsrə  çıxış 
verir), dövrün ədəbi dil panoramına daxildir və öz növbəsində mərhələnin funksional tipologiyasına təsir 
göstərir.
 
 XVI 
əsrdə ədəbi dil ikili xarakterə malik idi və bu, həqiqətən, "o dövr dilinin daxili dinamikası ilə 
izah edilməlidir" (S. Q. Əlizadə). Bir tərəfdən klassik üslubda sabitləşmiş norma inkişafının yüksək 
formasına çatır, digər tərəfdən folklor üslubunun normaları perspektivliyini hiss etdirir.
 
 XVI 
əsr klassik normativliyin parıltısı altında xalq dilinin
 
canlı, lakin işlənməmiş, o zaman üçün 
kobud olan ifadələrini gizlədir — bu ifadələr nəinki bir sistem halında, hətta ayrı-ayrılıqda belə ümumən 
mərhələnin nitq mədəniyyəti prinsipləri baxımından çox zaman məqbul hesab olunmur.
 
 II 
mərhələdə "daxili dinamika" artıq bütünlüklə funksionallaşır: tamamilə müxtəlif xarakterli 
olub, prinsipcə bir-birinə qarşı duran nitq təzahürləri meydana çıxır... S. Təbrizi, Q. Təbrizi və Məsihinin, 
Məhcur  Şirvani,  Şakir  Şirvani və  Ağaməsih  Şirvaninin dilində klassik üslub mövcud olmaqda davam 
edir; digər tərəfdən zəngin folklor bazasına  əsaslanan folklor üslubu təkcə  şifahi  şəkildə yaşamaqla 
qalmır, — kütləvi surətdə yazıya almır; bu da onunla nəticələnir ki, klassik üslub əsas istinadgahı olan 
yazıdan sıxışdırılır və beləliklə, folklor üslubunun normativləşməsi də sürətlənir. Ümumiyyətlə,  şifahi 
şəkildə (yazı sistemindən kənarda) yaranmış  mətnin yazıya alınması  həm yazı
 
mədəniyyətini 
demokratikləşdirir, həm də bütövlükdə ədəbi dilin (yazılı ədəbi dilin) strukturunda milliliyi gücləndirir. 


Yazılı
 
nitqdə klassik üslubla folklor üslubunun, demək olar ki, bərabər təmsil olunması II mərhələnin əsas 
keyfiyyətlərindən biridir və buradan III mərhələyə keçid mövcuddur; XVIII əsrin ortalarından etibarən 
ədəbi dilin ümumi strukturunda folklor üslubunun aparıcı rolu təmin olunur, klassik üslub tarixi möv-
qeyini itirir. Ona görə  də XVIII əsrin ortalarından etibarən "folklor üslubu" ifadəsi tamamilə yeni 
məzmun daşıyır,  əsrin ikinci yarısında klassik üslub — folklor üslubu oppozisiyası yoxdur — 
M. V. Vidadi—M. P. Vaqif—"Şəhriyar" (və  nəhayət, Q. Zakir) ilə  təmsil olunan demokratik (və milli) 
ədəbi dil var... Şərq  ədəbi-mədəni mühitinə istinad edən klassik üslub isə  Ağaməsih  Şirvani—Şakir 
Şirvani—Məhcur  Şirvani xətti ilə deformasiyaya uğrayır, XIX əsrdə xüsusi mədəni-tarixi  şəraitin ye-
tişməsi ilə  əlaqədar olaraq diferensial imkanlar əldə edir. XX əsrin  əvvəllərindəki "üslublar yarışında" 
məğlub olub hər cür ünsiyyət sferasını tərk edir.
 
 Beləliklə, XVIII əsr diqqəti ədəbi dilin inkişafında iki mühüm mərhələnin qovşağı kimi cəlb edir; 
klassik üslubla folklor üslubu dil təfəkkürünün dialektikası əsasında qarşılaşır, demokratik (və milli) olan 
keyfiyyətlər davamlı olub sabitləşir.
 
 
İntibah hərəkatı  ədəbi dilin milli əsaslar üzərində yenidən təşkilində (məsələyə diferensial 
yanaşsaq deməliyik ki, ümumxalq-folklor dilinin normativləşməsində, klassik dilin həmin normativləşmə 
prosesinin məntiqinə uyğun olaraq "yenidən dərkində" və onların dialektik yekununun hazırlanmasında) 
əsaslı rola malik olur — eyni zamanda, bu universal hadisədir və qeyd etmək lazımdır ki, Qərbi Avropada 
milli ədəbi dillərin
 
təşəkkülü intibah hərəkatı ilə bilavasitə bağlı olmuşdur: roman mənşəli milli italyan, 
ispan və fransız  ədəbi dilləri, german mənşəli milli ingilis, alman və niderland ədəbi dilləri Avropa 
intibahının məhsuludur;  əlbəttə, bu mənada milli Azərbaycan türk ədəbi dilinin təşəkkülünün də 
Azərbaycan intibahı ilə əlaqədar olması tamamilə qanunauyğundur.
 
 
Ədəbi dilin strukturunda folklor üslubunun aparıcı mövqeyə  çıxması ümumxalq dilində gedən 
proseslərlə də bağlıdır — XVII—XVIII əsrlərin intibah dövrü olması burada da özünü göstərir: etnik və 
etnolinqvistik proseslər ədəbi dilin məzmununa təsir edir.
 
 
V. V. Vinoqradov  yazır: "...tarixi-dialektoloji axtarışlarsız nə rus ədəbi dilinin xəlqi  əsasları 
haqqındakı məsələni, nə onun canlı xalq şivələri ilə bağlı üslublarının formalaşması və tarixi haqqındakı 
məsələni, nə də rus ədəbi dilinin tarixi fonetika, tarixi qrammatika və tarixi leksikologiyasının çoxsaylı və 
müxtəlif səciyyəli ayrı-ayrı problemlərini tam şəkildə izah etmək olmaz."
 
 
Şübhəsiz, bu, Azərbaycan türk ədəbi dilinin tarixinə  də bilavasitə aiddir, — XVIII əsrdə  ədəbi 
dilin funksional-tarixi qatlarını  aşkarlamaq, ictimai-tarixi məzmununu müəyyən etmək bunsuz mümkün 
deyil. Və əlavə edək ki, ədəbi dilin strukturunda baş verən hadisələr heç də həmişə XVII—XVIII əsrlər-
dəki qədər etnolinqvistik (dialektoloji) proseslərlə bağlı olmamışdır.
 
 XVI, 
xüsusən XVII—XVIII əsrlərdə Azərbaycanda dialekt təmərküzləşməsi güclənir, 
müharibələr, çəkişmələrlə əlaqədar olaraq baş verən yerdəyişmələr həmin prosesə təsir edir; ölkənin etnik 
baxımdan daha stabil (və təmiz ərazilərində, o ərazilərdə ki, zəngin folklor mədəniyyəti mövcud idi və o, 
dialektlərin təmərküzləşməsində mühüm rol oynayırdı) şifahi ədəbi dilin yeni dalğası özünü göstərir — 
tədricən kəndlərdə, kiçik şəhərlərdə  məktəblərin açılması ilə  əlaqədar olaraq (məsələn, dövrün 
M. V. Vidadi,  M. P. Vaqif  kimi  söz  ustaları bu cür məktəblərdə  təhsil almışlar) həmin  şifahi  ədəbi dil 
yazıya alınır, XIII—XVI əsrlərdə xüsusi mədəniyyət mərkəzlərinə gedib çıxa bilən dil yazıla bilərdi, bu 
isə o demək idi ki, əyalətin dili yazılı dil olmaq imkanından məhrum idi, ona görə də şəhərlilərin ərəb, 
fars elementləri ilə zəngin danışığı xalqın yazı dili kimi işlənirdi, — XVII—XVIII əsrlərdə isə kəndlər, 
milli  şəhərlər yazılı dilin demokratikləşməsinin ictimai-etnik bazasını  təşkil edirlər. Yəni etnolinqvistik 
(dialektoloji) proseslər ümumi ictimai-tarixi (o cümlədən mədəni-tarixi) prosesin tərkib hissəsinə çevrilir.
 
 
Milli dilin formalaşmasında şifahi ədəbi dil həmişə mühüm rola malik olur, məsələn, məlumdur 
ki, "XV—XVII əsrlərdə xalq ozanlarının ("нapoдных  певцов") yaradıcılığında ümum-rus şifahi  ədəbi 
dili qərarlaşır. Öz mənşəyi etibarilə o, əlbəttə, keçmişin xalq yaradıcılığı ilə bağlıdır, leksik və qrammatik 
xüsusiyyətləri etibarilə isə XV—XVII əsrlər canlı rus dialektlərinin ümumiləşdirilməsindən ibarət olub, 
rus xalqı və onun dilinin təşəkkül tapdığı epoxanın törəməsidir. Onun yaranması XV—XVII əsrlərdə rus 
milli dilinin inkişafının aydın təzahürlərindən biri olmuşdur" (L. P. Yakubovski).
 
 
Əlbəttə,  L. P. Yakubovskinin  fikrində konkret mübahisəli cəhətlər ola bilər, lakin məsələnin 
məntiqi tərəfi heç bir mübahisə törətmir: həqiqətən, ədəbi dilin milli əsaslar üzərində yenidən qurulmasını 
dövrün folklor dilindən kənarda təsəvvür etmək mümkün deyil, heç olmasa ona görə ki, milli təfəkkür 
şifahi xalq ədəbiyyatının (və onun vasitəsi ilə etnik təfəkkürün) bazasında müəyyənləşir. Orta əsrlərin 
klassik mədəniyyəti (eləcə  də  həmin mədəniyyəti yaradan təfəkkür tipi) heç zaman öz-özlüyündə milli 
mədəniyyətin (və  təfəkkürün)  əsasında dura bilməz, çünki o həddindən artıq normativ hadisə olub
genetik  əsaslarından təcrid olunmuşdur (və bir qayda olaraq, regional təsirlər hesabına təkmilləşir). 
XIII—XVI  əsrlərdə Azərbaycan mədəniyyəti (eyni zamanda həmin mədəniyyətə xidmət edən  ədəbi dil 
diferensiallığı) bu baxımdan diqqəti cəlb edir, — qeyd olunan dövrün dili milli dilin təşəkkülündə bila-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə