Bəhmənin qoluna san imiş ilan,
Düşmüş İsfəndiyar tunc çardağından.
Yəni Bəhmənin uzun və qüvvətli qoluna əcəl ilanı sanlmış, İsfəndiyar
tunc qalasından düşüb həlak olmuşdur. İsfəndiyar - Keyler sülaləsindəııdir.
Güştasbın oğludur. Firdovsinin "Şahnamə "sində pəhləvan kimi təsvir olunur.
Bəhmən isə Güştasbın nəvəsidir. Qədim İran şahlanndandır. Əsil adı
Ərdəşirdir.
152
Nəslimə əzəldən ölümdür qismət,
Öldürən bu əmrə verir şəhadət.
Yəni qatilim mənim Keylər nəslindən olduğumu öz sui-qəsdi ilə isbat
etdi. Bu öldürülmək də mənə babalarımdan miras qalmış bir taledir.
153
Könlünü çevirmə Rövşənəyimdən,
Təbii, işıqla Günəş olur şən.
Yəni qızımdan, Rövşənəkdən məhəbbətini əsirgəmə, həyat məhəbbətlə
gözəlləşir.
154
Gecənin gözünə qaranlıq axdı.
Bağdadı Kaxsız və Kərxsiz buraxdı.
Yəni çərxi-fələyin gözü kor, üzü qara oldu ki, İranın Bağdadını saraysız,
qalası/, və Kərxsiz qoydu. Bağdad Kərxi Bağdad hasarı xaricində sənətkarlara
məxsus geniş bir yer idi.
155
Dünyadan al günəş qanad çəkincə,
Yaqut içdi, şəvə daldı sevincə.
Yaqut - Günəş, günəşli gündüz; şəvə - qaranlıq gecə deməkdir. Yəni
Günəş batdı, gecə oldu.
156
Əbləh atlı səhər gəlib üfüqdən.
Axuru çəməndə yerləşdirirkən...
Əbləh atlı səhər - sübh vaxtı göyün iki rəngli olmasını bildirir; çəmən -
göy, səma deməkdir. Yəni Günəş dan yerinin alaqaranlığından çıxıb, göyə
yüksələrkən...
157
Göy günbəz altında gəl qurma büsat,
Kəhrəba qələdə yaramaz nişat!.
Göy günbəz - səma, göy; kəhrəba qələ - yer, dünya deməkdir. Yəni bu
dünyada şadlıq, sevinc məclisi qurma.
158
Üzünü kəhrəba kimi saraldar,
Əlbəsən lacivərd bir rəngə çalar.
Yəni dünya ' vəfasızdır, bugünkü al yanağını sabah saraldar; bugünkü toy
paltarını sabah matəm geyimi ilə əvəz edər.
159
Etsin mey özümü unudan kimi,
442
iki məğz yaratsın mənə dan kimi.
443
Dan - dan yeri deməkdir. Dan, yaxud sübh iki olur; birincisinə yalançı
sübh, ikincisinə həqiqi sübh deyərlər. Beytin mənası: elə şərab ver ki, məni
özümdən çıxartsın, iki məğzli etsin - beynimi iki qat işıq eləsin.
160
Ey dövlət, hardasan, məni sevindir,
Mehdi qapısında taxtını endir.
Burada Mehdi sözü, çox güman ki, şairin mədh etdiyi Atabəy
Nüsrətəddinə işarədir.
161
- Ey qoca pəhləvan, - söylədi ona, -
Başın kölgə salmış öz ayağına.
Yəni qocalıqdan belin elə bükülmüş ki, başının kölgəsi ayağına
düşmüşdür.
162
Gözəlcə bir cavab verdi pəhləvan:
"Söylərkən dilimiz dönər çox zaman”.
Yəni dil ağızda sümüksüz ətdir, hər cür mənasız və yalan söz söyləməyə
qabildir.
163
Dörd tağ altında beş növbət nə gərək?
Şeşdərsiz olurmu bu doqquz fələk?
Dörd tağ - dörd ünsür: kainatın əsasında duran su, od, torpaq, külək; beş
növbət - şahlann sarayı önündə gündə beş dəfə çalman hərbi musiqi; şeşdər
- nərd oyununun duşeşi; doqquz fələk - göyün xəyal edilən doqquz təbəqəsi.
Yəni dünyada şahlığın beş növbətini vurma, çünki bu səmanın altında həyat
nərdi duşeşsiz oynanmır, demək, səndən üstünləri də ola bilər.
164
Diləkçin kim köynək geysə tərsinə,
Duayla avanda çevirər yenə.
Müsəlman Şərqində Allahdan ehtiyacım istəmək üçün köynəyi tərsinə
geymək adət kimi olmuşdu. Yəni ehtiyacını diləmək üçün köynəyini tərsinə
geyən adam məqsədinə çatdıqdan sonra onu yenə rastına çevirib geyə bilər.
165
İran başçıları xidmətdə durdu,
Onun daşlarıyla tərəzi qurdu.
İranın böyük adamları ona tabe oldular. Tərəziyə onun daşlarını qoydular,
yəni onun böyüklüyünü təsdiq etdilər.
166
Diniylə atəşə çöküncə dehqan,
Həm atəş söndü, həm ona inanan.
Dehqan - burada Zərdüştün ruhanisi, muğ mənasindadır, Beytin mənası:
muğ atəşkədədə atəşpərəstlik dini ilə Zərdüştün ayinlərini icra ederkən həm
od söndü, həm özü öldü.
167
Novruz ilə Səddə bayramlarında...
444
Səddə - Novruza əlli gün qalmış iranlıların bayram etdiyi gündür; güya
od bu gün tapılmışdır. Atəşpərəstlik dininin banisi Zərdüştün iradəsi ilə
keçirilən bu bayramda od yaxıb şənlik edərlər.
445
Dostları ilə paylaş: |