Numerologiya


Psixomatrisin xarakteristikasıRedaktə



Yüklə 327,42 Kb.
səhifə2/20
tarix10.01.2023
ölçüsü327,42 Kb.
#98426
1   2   3   4   5   6   7   8   9   ...   20
numerologiya

Psixomatrisin xarakteristikasıRedaktə


Pifaqor kvadratı qurulduqdan sonra həmin kvadratın sətirləri, sütunları, diaqonalları və ayrı-ayrı xanalar üzrə təhlil aparılır. Təhlil müvafiq insanın doğum gününə uyğun olaraq onun xarakteri, sağlamlığı, həyatda tutduğu mövqeyi və s. müəyyənləşdirilir. Pifaqorun kvadratı nümunədə də göründüyü kimi 3 sətir, 3 sütun, 2 diaqonal və 9 xanadan ibarətdir. Hər bir sətir, sütun, diaqonal və xana müvafiq anlam daşıyır. Psixomatrisin hər bir kateqoriyası rəqəmlərinin sayına görə keyfiyyət dərəcələrinə malikdir. Həmin keyfiyyət dərəcələri aşağıdan yuxarıya doğru yüksələn xətlə inkişaf edir.

Psixomatrisin sətirləriRedaktə


Psixomatrisin üfüqi cizgi üzrə 3 sətri var. Sətirlərin keyfiyyət dərəcələrini müəyyənləşdirmək üçün həmin sətrdəki müvafiq rəqəmlərin sayının cəmi götürülür.
Qeyd: Sətrdəki rəqəmlər riyazi deyil simvolik məna daşıyır. Yəni, hər bir simvol vahidə bərabərdir. Əgər birinci sətirdə "1" xanasında iki simvol, "4" xanasında bir simvol, "7" xanasında simvol yoxdursa, birinci sətrin keyfiyyət dərəcəsi: 2+1+0=3 (3) olaraq qiymətləndirilir.

Psixomatrisin I sətriRedaktə


Psixomatrisin birinci sətri "1", "4" və "7"-ci xanalardan ibarətdir.
Birinci sətir aşağıdakı kimi xarakterizə olunur:

  • İnsanın həyatda məqsədli yaşaması

  • Müəyyən məqsədi əldə etməyə çalışması

  • Qarşıya məqsəd qoyma və öz hüquqlarını müdafiə

Birinci sətrin keyfiyyət analizi: (Keyfiyyət dərəcəsini müəyyən etmək üçün birinci sətirdə olan rəqəmlərin sayının cəmi hesablanır.)

  • Əgər heç bir rəqəm yoxdursa (birinci sətir boşdursa) – Bu insan qarşısına məqsəd qoymur, başqa insanlara və təsadüflərə güvənir. Onu öz fikrindən daşındırmaq və öz planlarını rədd etməyə məcbur etmək olduqca asandır.

  • Bir rəqəm – Nisbətən zəif məqsədlidir. Bu keyfiyyətə malik insanlar tez-tez mübahisə edirlər. Ancaq mübahisə etmələri heç də o demək deyildir ki, onlar mübahisənin qalib gələn tərəfi olurlar. Onlar sadəcə mübahisədə qalib gəlməyə can atırlar. Dostlarına və təsadüflərə güvənir.

  • İki rəqəm – Normal məqsədli yaşam. Bu insan həyatda yavaş-yavaş irəliləyir. Əvvəlcə öz potensialını müəyyən etdikdən sonra, qarşısına müvafiq məqsədlər qoyur.


  • Yüklə 327,42 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə