Numerologiya


Psixomatrisin III xanasıRedaktə



Yüklə 327,42 Kb.
səhifə14/20
tarix10.01.2023
ölçüsü327,42 Kb.
#98426
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
numerologiya

Psixomatrisin III xanasıRedaktə



Amerikalı alim Robert Lanza
Psixomatrisdə 3 rəqəmi elmlərə – ilk növdəbə texnikaya və dəqiq elmlərə marağı əks etdirir. Yadda saxlamaq lazımdır ki, psixomatrisdə 3 rəqəminin çoxluğu həmin insanın dəqiq elmlərə və texnikaya nə qədər maraq göstərdiyini, 3 rəqəminin azlığı isə həmin insanın humanitar elmlərə maraqlı olduğunu ifadə edir. İnsanın dəqiq elmlərdə yaxşı nəticə göstərməsi üçün onun psixomatrisində 3 rəqəmindən savayı, 2,5 və 9 rəqəmlərinin də olması şərtdir.
Psixomatrisin üçüncü xanasının analizini aparaq:

  • MARAQ "3-YOX": Psixomatrisdə 3 rəqəminin olmaması insanın humanitar elmlərə və incəsənətə meylli olduğuna işarədir. Biz uşağın maraqları haqqında söhbət apardıqda, xüsusən, oğlan uşaqları problemlə üzləşirik. Demək olar ki, bütün atalar belə düşünürlər ki, humanitar elmlər və incəsənət kişi maraqları ilə üst-üstə düşmür və uşaqlıqdan onları dəqiq elmlərlə maraqlanmağı məcbur edirlər. Bu davranış məntiqi deyil, çünki təbiət həmin uşağı formalaşdırır və onun həyatdakı təyinatını qabaqcadan müəyyənləşdirir.

  • MARAQ "3" BİR RƏQƏM: – Sizin psixomatrisinizdə bir 3 var, bu yaxşı əlamətdir, yoxsa pis? Hər şey sizdən asılıdır. Əgər siz qarşınıza öz qabiliyyətinizi inkişaf etdirmək məqsədi qoyursunuzsa, o zaman siz istədiyinizə nail olacaqsınız. Yəni siz istədiyiniz elmlə, həm humanitar, həm də dəqiq elmlərlə məşğul ola bilərsiniz. Belə ki, psixomatrisdə bir 3-ün olması, sizin humanitar elmlərdən ayrılmadığınızı, dəqiq elmlərə isə yenicə atıldığınıza işarədir. Ona görə də seçdiyiniz ixtisas aralıq xarakteri daşımalıdır: iqtisadiyyat, təbiyyat elmləri, siyasi praktika və s.

  • MARAQ "33" İKİ RƏQƏM: Psixomatrisdə iki 3-ün olması sizin dəqiq elmlərə və texnikaya marağınızın olmasına işarədir. Əgər siz psixomatrisdə həm də "22" kombinasiyasına maliksinizsə, deməli, siz bu sferada uğurlar əldə etmək imakanına maliksiniz.

  • MARAQ "333" ÜÇ RƏQƏM: Psixomatrisdə "333" kombinasiyası varsa, bu insanın elmə marağı stabil deyil. Bu maraq müxtəlif istiqamətlərdə təzahür edə bilər. Dəqiq elmlərə və texnikaya güclü maraq, onları elmin müxtəlif sahələrinə cəlb edir. Bu da onların maraqlarının tez-tez dəyişməsinə səbəb olur. Bu göstəriciyə malik insanlar, əsasən, riyaziyyat, fizika, texnika (avtomatlaşdırma, komputerləşdirmə) sahələrinə maraq göstərir.


  • Yüklə 327,42 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə