Numerologiya



Yüklə 327,42 Kb.
səhifə13/20
tarix10.01.2023
ölçüsü327,42 Kb.
#98426
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
numerologiya

ENERJİ "22" İKİ RƏQƏM: Əgər sizin psixomatrinizdə "22" varsa, demək olar ki, sizin bəxtiniz gətirib. Bu normaldır, hansı ki, bütün insanların bu enerji dərəcəsinə ehtiyacı var. Bu insanların yaxşı enerjiləri var, digər insanlarla rahatlıqla ünsiyyət qura bilirlər. "22" enerjisinə sahib insanlar, yaxşı nitq mədəniyyətinə sahib olurlar. Qarşıya istənilən sayda məqsəd qoymaq olar. Çünki, onların enerjiləri həmin məqsədlərə çatmağa kömək edəcək. Yaxşı enerjiyə malik insanlar tənbəlliyə meylli deyillər.

  • ENERJİ "222" ÜÇ RƏQƏM: Əgər psixomatrisdə "222" varsa, bu ekstrasens işarəsinin göstəricisidir. Doğulandan və ya sonradan siz ekstrasens keyfiyyətlərə sahib olursunuz. Ekstrasens kimdir?. Bu sualın cavabı olduqca asandır: ekstrasens – xüsusi (fövqəladə) keyfiyyətlərə malik olurlar. Hamının sahib olmadığı hipnoz, şəfavermə, gələcəyi görmə kimi xüsusiyyətlər ekstrasensorikanın mühüm hissələridir. Bu enerjiyə sahib insanlar digərlərindən enerjini alıb, başqalarına ötürmək qabiliyyətinə malikdirlər.

  • ENERJİ "2222" DÖRD RƏQƏM VƏ DAHA ÇOX: Əgər psixomatrisdə dörd "2" və daha çoxdursa, bu o deməkdir ki, siz "enerji donoru"sunuz. Bu insanlarda enerji boldur və istədikləri qədər onu sərf edə bilərlər. Bu qədər enerjiyə sahib olmağın müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də vardır. Mənfi tərəfləri ondan ibarətdir ki, bu insanlar televiziya proqramlarına çox baxdıqda onlarda tənbəllik hissi oyanır. Bəzən hər şeyə soyuqqanlılıqla yanaşırlar. Hər şeydən əvvəl, bu enerjiyə sahib insanlar özlərini idmanda, tibbdə, müəllimlikdə və fiziki əməkdə sınaya bilərlər. Çünki, bu sahələr yüksək enerji tələb edən sahələrdir. Bu insanlar enerjilərini sərf etməsələr, onlarda enerji artıqlığı yaranacaq və bu proses onların qıcıqlı, əsəbi olmasına gətirib çıxaracaq, tez-tez mübahisə edəcəklər. Mübahisə və konfliktlərdən sonra artıq enerjilərini itirib, yenə normal enerjilərinə sahib olacaqlar. Ancaq, enerjinin bu tərzdə sərfi, təbii ki, məsləhət deyil. Bu ilk növbədə, insan sağlamlığına, onun ruhi vəziyyətinə ziyan gətirə bilər. Enerjini işləməklə, fiziki əməklə itirmək daha məqsədə uyğundur. Artıq enerjini yaxşı itirməyin digər vasitəsi dişi pişikləri bəsləməkdir.(erkək pişiklər daha az enerji sovururlar).

    Yüklə 327,42 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   9   10   11   12   13   14   15   16   ...   20




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə