Numerologiya


Psixomatrisin dördüncü xanasının analizini aparaq



Yüklə 327,42 Kb.
səhifə16/20
tarix10.01.2023
ölçüsü327,42 Kb.
#98426
1   ...   12   13   14   15   16   17   18   19   20
numerologiya

Psixomatrisin dördüncü xanasının analizini aparaq:

  • SAĞLAMLIQ "4-YOX": Psixomatrisdə 4 rəqəmi yoxdursa, bu o deməkdir ki, siz doğuşdan zəif orqanizmə sahibsiniz. Ona görə də, siz sağlamlığınızı möhkəmləndirməli və onun qayğısına qalmalısınız. Peşəkar idmanla məşğul olmaq məsləhət deyil, çünki məşqlər sizdən böyük enerji tələb edir və nəticə etibarilə xəstələnməyinizə səbəb ola bilər. Bir qayda olaraq, psixomatrisində 4 rəqəmi olmayan insanlar fiziki əməyə o qədər də meylli deyillər. Əks halda, fiziki əməklə məşğul olduqda zəifləyir və alkoqol, narkotik, mübahisə və ailə daxili konfliktlərə səbəb olur. Sağlamlığınız möhkəm olduqdan sonra siz qarşınıza istədiyiniz məqsədi qoya və reallaşdıra bilərsiniz.

  • SAĞLAMLIQ "4" BİR RƏQƏM: Psixomatrisdə cəmi bir 4 varsa, bu o deməkdir ki, doğuluşdan sizə sağlamlıq verilib, ancaq o elə də möhkəm deyil. Həyatın irəliləyən dövrlərində sağlamlıqlarında problemlərlə üzləşirlər. Əgər psixomatrisdə həm də "2222" varsa, siz idmanla və fiziki işlə məşğul ola bilərsiniz.

  • SAĞLAMLIQ "44" İKİ RƏQƏM VƏ DAHA ÇOX: Psixomatrisdə iki 4 və ya daha çoxdursa, bu insana doğuluşdan möhkəm sağlamlıq verilib. İdmanla profesional səviyyədə məşğul olmaq olar. Bu göstəriciyə sahib insanlar nadir hallarda xəstələnirlər. Kiminləsə mübahisə etdikdə, öz fiziki gücündən istifadə etməklə qarşı tərəfi susdurmağa cəhd göstərirlər.

Psixomatrisin V xanasıRedaktə



Parisdə Rodin muzeyinin qarşısındakı "Düşünən İnsan" heykəli
Psixomatrisdə 5 rəqəmi insanın məntiq və intuisiyasını ifadə edir. Məntiq və intuisiya, gələcəkdəki planları qurmaq, situasiyaların analizini aparmaq, dəqiq elmlərdə təhlil aparmaq üçün insanın ehtiyacı olduğu ən vacib elementdir.
Psixomatrisin beşinci xanasının analizini aparaq:

  • MƏNTİQ "5-YOX": Psixomatrisdə 5 rəqəminin olmaması, həmin insanın məntiqdən istifadə etməməsinə işarədir. Həmin insanı xəyalpərəst adlandırmaq olar. Ona görə də, onlar çox uzun müddətli planlar qura bilmirlər. Demək olar ki, onlar plan qurmur, sadəcə xəyallarındakı fikirləri təsvir edirlər. Belə insanların öz dünyaları var və onlar həmin dünyada yaşamaqdan məmnundurlar. Psixotrisində 5 rəqəmi olmayanlar ciddi surətdə texnika və ya dəqiq elmlərlə məşğul olmasınlar. Onların, əsasən, humanitar sahələr və incəsənətlə məşğul olmaları məqsədəuyğundur.


  • Yüklə 327,42 Kb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə