Numerologiya


Psixomatrisin səkkizinci xanasının analizini aparaq



Yüklə 327,42 Kb.
səhifə20/20
tarix10.01.2023
ölçüsü327,42 Kb.
#98426
1   ...   12   13   14   15   16   17   18   19   20
numerologiya

Psixomatrisin səkkizinci xanasının analizini aparaq:

  • DÖZÜMLÜLÜK "8-YOX": Psixomatrisdə 8 rəqəmi yoxdursa, bu insanın dözümlülük hissi yox dərəcəsindədir. Bu insanlar çox vaxt əsəbi olurlar.

  • DÖZÜMLÜLÜK "8" BİR RƏQƏM: Psixomatrisdə bir 8-in olması o deməkdir ki, bu insana valideynlərinə qarşı borcluluq hissi verilib. Həmçinin dözümlülük hissinə də malikdirlər. Bu insanlar bəzən valideynləri ilə mübahisəli vəziyyətə düşürlər və ailələrinə qarşı zəif dözümlülük nümayiş etdirirlər. Bu zaman onlar düşünməlidirlər ki, onların övladları da eynilə onların təkrarları olacaq. Bu əlaqələr təbiətdə bir-birilə sistemli surətdə sıx bağlıdır.

  • DÖZÜMLÜLÜK "88" İKİ RƏQƏM VƏ DAHA ÇOX: Bu insanlar doğuluşdan valideynlərinə borcluluq hissi, valideynlərinə qayğı hissi ilə dünyaya göz açırlar. Bu insanlar mərhəmətli olurlar. Çox dözümlü, yaxınlarını düşünəndirlər. "888" işarəsinə sahib olanlar da eyni xüsusiyyətlərə malikdirlər. Onlar həddindən artıq dözümlü, valideynlərinin qayğısını çəkən, yaxınlarını düşünən olurlar.

Psixomatrisin IX xanasıRedaktə


Psixomatrisdə "9" insanın yaddaş və gələcəyi görmə keyfiyyətinə işarədir. Həmin rəqəmin sayından asılı olaraq insanda bu xüsusiyyətlərin də keyfiyyət dərəcələri dəyişir.
Psixomatrisin doqquzuncu xanasının analizini aparaq:

  • YADDAŞ "9" BİR RƏQƏM: Bu o deməkdir ki, bu insan unutqandır və başqasına qarşı kin saxlamır. Söyləmək olarmı, bu insan savadlı deyil? –Əsla. Yaddaşla məntiqi qarışdırmaq olmaz. Yaddaş sadəcə olaraq verilən informasiyanı yadda saxlamaq gücüdür.

  • YADDAŞ "99" İKİ RƏQƏM: Psixomatrisdə "99" güclü yaddaşdan xəbər verir. Bu insanlar asanlıqla verilən informasiyanı qəbul edir və yaddaşlarında uzun müddət saxlaya bilirlər. Bu onlara elmi işlərlə məşğul olmaq üçün böyük imkanlar yaradır.

  • YADDAŞ "999" ÜÇ RƏQƏM VƏ DAHA ÇOX: Bu işarə həmin insanda gələcəyi görmə xüsusiyyətinə işarədir. Onlarda tez-tez dejavü (bir hadisəni qabaqcadan yaşamaq hissi) halları baş verir. Gördükləri yuxular çox vaxt həyatda reallaşır. Bu insanların psixomatrisində ikilərin sayı nə qədər çox olarsa, bir o qədər onlarda gələcəyi görmə gücü yüksək olar. Ən güclü gələcəyi görməyə malik insanların psixomatrisində "9999 və ya 99999" işarəsinə təsadüf edilir.

MənbələrRedaktə


  • Джуно Джордан. Классическая нумерология. Издательский дом "София".,2005

  • Александр Федорович Александров. Дата рождения — ключ к пониманию человека.Издательский дом "София".,2000

  • А.И. Печёнкин.Нумерология.Издательский дом "ACT".,2005

  • Калюжный В.В..Нумерология.Издательский дом "Харвест".,2009

  • Андрей Костенко.Числа Судьбы.Издательский дом "Харвест".,2008

  • Глэдис Лобос.Практическая нумерология.Издательский дом "Харвест".,2004

Xarici keçidlər


Yüklə 327,42 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə