Numerologiya



Yüklə 327,42 Kb.
səhifə11/20
tarix10.01.2023
ölçüsü327,42 Kb.
#98426
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
numerologiya

Xarakter "111" ÜÇ RƏQƏM": Psixomatrisində "111" olan insanlara "qızıl xasiyyət" adı verilir. Bu insanlar hamıyla dil tapa bilirlər. Söhbət burasındadır ki, onlar mübahisədə istənilən şəxsə güzəştə gedə bilirlər.(hətta psixomatrisind tək bir olana da.) Ən əsası onu bilmək lazımdır ki, bu tipli insanları təhqir etmək olmaz, lazım gəldikdə istənilən despot adamın üzərində qələbə çala bilər.

  • Xarakter "1111" DÖRD RƏQƏM": Psixomatrisində "1111" işarəsinə sahib olanlar heç vaxt özlərini başqasının üzərində asanlıqla liderlik edə biləcəyi ilə aldatmasın. Siz lider işarəsi ilə anadan olmusunuz, lakin bunu əldə edə bilmədikdə,(səbəbi: zəif enerji və ya başqa səbəblər) işdə liderliyi qazanmadıqda depresiyaya qapılmayın. Bunu yadda yadda saxlamaq lazımdır ki, hər bir şəxs unikaldır. O cümlədən siz. Siz çox istedadlısınız və psixomatrisin birinci sətrinə görə də özünüzü qiymətləndirməyi bacarırsınız. Siz işdə başqasının üzərində liderlik yox, məhz öz şəxsi karyeranızı qura bilərsiniz. Kişilər çox vaxt idarəçi və ya hərbçi olurlar. Yaltaqlıq və zarafatı xoşlamırlar.

  • Xarakter "11111" BEŞ RƏQƏM": Çox özündən əmin, başqasının sözünü ciddiyə almayan və onu yerinə yetirməyən, icra etdiyi əməllərdə yalnız özünə güvənən bir insandır. Hökmranlıqdan əl çəkin. Bu sizin uçurum və böhran nöqtənizdir. Özünüzü elmdə, incəsənətdə, peşədə axtarın. Öz istedadınızı kəşf edin. Əgər sizinlə eyni xarakterə malik insanla yaşayırsınızsa, sizin iki çıxış yolunuz var: Həmin insanın sizin üzərinizdə hökmranlığına yol verməmək və ya ona boyun əymək.Əgər siz üzərinizdə kiminsə ağalıq etməsini xoşlamırsınızsa, o zaman bu keyfiyyətlərə məxsus insanla ailə qurmayın.

  • Xarakter "111111" ALTI RƏQƏM VƏ DAHA ÇOX": Əgər keyfiyyət göstəricisi altı rəqəmə çatdısa, artıq bu xarakterin yüklənməsi deməkdir. Yəni hökmran xarakterin dəyişilməsi. Bu insanlar ikili hiss yaşayırlar. Bir yandan bilirlər ki, hakimiyyət onların olmayacaq, digər tərəfdən isə ən aşağı səviyyədə də yaşamaq istəmirlər. Bu tipli insanlar öz sirlərini sərxoş olduqda söyləyirlər. Çox sakit və dözümlüdürlər. Lakin bu sakitlikləri heç də o demək deyildir ki, onlar acıqlı olmurlar. Zaman keçdikcə bütün hirslərini özlərində toplayırlar. Bir müddətdən sonra onlarda emosiya partlayışı baş verir. Ona görə də, yaxınları onun bu xüsusiyyətini bilib qabaqcadan həmin insanı sakitləşdirməlidirlər.

    Yüklə 327,42 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   7   8   9   10   11   12   13   14   ...   20




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə