Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə100/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   96   97   98   99   100   101   102   103   ...   113

Bildirişlər


1. Ömrün uzunluğu və nemətlərdən faydalanma Allahın iradəsindən asılıdır. Bu istiqamətdə heç bir məbudun rolu yoxdur.

2. Bəşər nəslinin nemətlərdən faydalanması ilahi lütf nişanəsi deyil. (Ata-babaların ömrünün uzunluğu və rifah içində yaşaması sizi çaşdırmasın.)

3. Allah kafirləri cəzalandırmağa tələsmir.

4. Ömrün uzunluğu bizi sevindirməməlidir. Allah kafirlərə günahlarını yumaq üçün möhlət olaraq uzun ömür vermişdir.4

5. Millətlər və mədəniyyətlər tarixindən xəbərdarlıq, bütün bunlardan ibrət götürülməsi bəyənilmiş işdir.

6. Kafirlər millətlərin bir-birinin ardınca məhv olub getdiyini görə-görə qələbə ümidindədirmi?!



● Ayə 45:


﴿قُلْ إِنَّمَا أُنذِرُكُم بِالْوَحْيِ وَلَا يَسْمَعُ الصُّمُّ الدُّعَاء إِذَا مَا يُنذَرُونَ﴾

De ki, mən yalnız vəhy yolu ilə sizə xəbərdarlıq edirəm. Amma (ey peyğəmbər, bil ki) karlar öyüd verilən zaman onu eşitmirlər!”



Bildirişlər


1. Peyğəmbərlərin müjdə və xəbərdarlıqları şəxsi mülahizələrə, fərziyyələrə yox, qəti ilahi vəhyə əsaslanır.

2. İlahi nemətlərdən düzgün faydalanmayanlar onlardan bəhrələnməmiş kimidirlər. Qulağı olduğu halda haqqı eşitməyən, gözü olduğu halda haqqı görməyən kəs əslində kar və kordur.

3. Bəzən təbliğat düzgün şəkildə aparılsa da, qarşı tərəfin qabiliyyətsizliyi səbəbindən səmərə vermir.

4. Bəzilərinin hidayət olacağına doğru yola gələcəyinə ümid bəsləməyə dəyməz.


Qara qəlbə qonmaz vaizin sözü,

Necə daşda qalmır mismarın izi.

● Ayə 46:


﴿وَلَئِن مَّسَّتْهُمْ نَفْحَةٌ مِّنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ﴾

Rəbbinin əzabından onlara azca yetişsə, şübhəsiz deyəcəklər: «Vay olsun bizə, həqiqətən, biz zalım olmuşuq.»”


Bildirişlər


1. Peyğəmbərlərin xəbərdarlıqları ilə oyanmayan kəslər əzab şallağı ilə oyanar. Azca əzab görünən kimi bütün qürurlar sınar, yatmış vicdanlar oyanar.

2. Zalımlar bir gün öz zülm-sitəmlərini etiraf edəcəklər.

3. Peyğəmbərlərin xəbərdarlıqlarına biganə qalanlar zalımdırlar.


● Ayə 47:


﴿وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَإِن كَانَ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا وَكَفَى بِنَا حَاسِبِينَ﴾

Biz Qiyamət üçün ədalət tərəziləri quracağıq. (Həmin gün) bir nəfərə olsun zülm olunmayacaq. Xardal dənəsi ağırlıqda olsa belə, onu (həmin əməli hesab üçün) gətirəcəyik. Hesabı bizim aparmağımız yetər.”



Nöqtələr


Bu ayə salehlərə müjdə, xətakarlara xəbərdarlıqdır. Bildirilir ki, hər bir əməl artırılıb-əskildilmədən dəyərləndirilər. Feyz Kaşani deyir:
Ayıq ol, burada zərrə hesabda,

Hesab var, kitab var, belədir qayda.
Xardal kiçik və qara toxumu olan bitkinin adıdır. O, kiçikliyinə görə misal çəkilir.

“Mizan” dedikdə ölçü vasitəsi nəzərdə tutulur. Bu söz Quranda dəfələrlə işlədilmişdir. Məlum məsələdir ki, hər bir şey özünə münasib vasitə ilə ölçülür. Məsələn havanın dərəcəsi termometrlə, uzunluq metrlə, çəki kiloqramla ölçülür. Şübhəsiz ki, insan və onun əməlləri üçün də münasib ölçü vasitəsi mövcuddur. Əgər uzunluq üçün metr, çəki üçün kiloqram ölçü kəmiyyətidirsə, insan üçün ölçü kamil insandır. Necə ki, rəvayətdə deyilir: Məsum imamlar, peyğəmbərlər və onların canişinləri ədalət ölçüsüdür.1 Əmirəlmöminin Əlinin (ə) ziyarətnaməsində oxuyuruq: “Salam olsun sənə, ey əməl mizanı!”2



Sual: Əgər Allah bu sayaq dəqiq hesab aparırsa, Onun əfv və kərəmini necə başa düşək?

Cavab: Hesab-kitab bir prinsip, lütf və bəxşiş isə digər prinsipdir. Hər prinsipin öz yeri var və onlar bir-birinə zidd deyil.

Sual: Bəzi ayələrdə buyurulur ki, Allah bəziləri üçün mizan qurmur. Yoxsa mizan xüsusi fərdlərə aiddir?

Cavab: Xeyr, mizan bütün insanlar üçün qurulasıdır. Amma mizan əməllərin hesabı üçün qurulduğundan başdan ayağa günah içində olan cəhənnəm əhli üçün mizan qurmağa dəyməz.3

Bildirişlər


1. Ölçülməsi mümkün olan hər bir şey, hər bir şəxs və hər bir əməl üçün münasib mizan olacaq.

2. Allahın hesabı çox dəqiqdir.

3. Əməllərimiz dünyada məhv olub getmir, Qiyamətdə onlarla üzbəüz dayanasıyıq.

4. Allah həm alim, həm adil, həm də hesab aparandır.



● Ayə 48:


﴿وَلَقَدْ آتَيْنَا مُوسَى وَهَارُونَ الْفُرْقَانَ وَضِيَاء وَذِكْرًا لِّلْمُتَّقِينَ﴾

Həqiqətən, Biz Musa Haruna Furqan, nur, təqva əhli üçün zikr əta etdik.



● Ayə 49:


﴿الَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِالْغَيْبِ وَهُم مِّنَ السَّاعَةِ مُشْفِقُونَ﴾

O kəslər ki, gizlində Rəbbindən qorxar o kəslər ki, qiyamətdən çəkinər.”



Nöqtələr


Peyğəmbərlərin ümumi məqsədi eyni olduğundan, onların səmavi kitablarının da çöhrəsi eynidir. Bu ayədə Tövratın zikr olunmuş xüsusiyyəti digər ayələrdə Quran haqqında bəyan olunur: Furqan (haqqı batildən ayıran); ziya (nur); zikr4.

Bildirişlər


1. Hər bir peyğəmbərin ayrıca bir kitabla gəlməsi zəruri deyil. Musa və Harun hər biri peyğəmbər olsa da, onların bir kitabı vardı və bu kitab Tövrat idi.

2. Müəyyən bir yolda ilahi yardımdan faydalanmaq üçün insan bir neçə şeyə ehtiyac duyur: doğru yolu tanımaq, yola işıq salan nur. Məqsədə diqqət.5

3. Peyğəmbərlərin hidayətindən bəhrələnmək üçün təqva ruhiyyəsi əldə etmək lazımdır.

4. Allah qorxusu və qiyamətə görə nigaranlıq təqva nişanələridir.




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə